beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Milyon dollarlıq səhvlər

Təkrar-təkrar izlədiyimiz filmlərin hamısında çoxumuzun gözündən qaçan elə səhvlər var ki, təsəvvür ediləcək qədər deyil. Tarixin ən yüksək büdcəli filmi olan «Titanik»də belə, 200-dən çox səhv tapılıb. Ən yaxşı filmlər sırasında ilk 50-likdə yer alan filmlərdən biri — «Qiyamət» («Apocalypse Now») ən çox səhvi olan filmdir. Bu iddialı filmdə tamaşaçıların gözündən qaçmayan 391 səhv var.
Səhv tapılan filmlərin bəzilərini diqqətinizə çatdırırıq.

«Terminator 3»: təyyarənin nömrəsi dəyişir. Birinci kadrda N3035C olan nömrə, ikinci kadrda N3973F-ə çevrilir.



«Karib dənizinin quldurları»: çəkiliş heyətinin görünməsi. Cek Varabey gəmi heyəti ilə danışarkən, onun çiyininin üstündən baxdıqda kovboy şapkalı, qısaqol köynəkdə və qara eynəkdə çəkiliş qrupunun nümayəndəsini görə bilərik.



"Şouşenkadan qaçış": Həbsxana kamerasını göstərən əlin dəyişməsi. Endinin həbsxanadan qaçması aşkara çıxdıqdan sonra həbsxana müdiri onun kamerasına tərəf getdiyi səhnədə, müdir gözətçiyə Morqan Frimanı göstərərək, onun sorğu-sual edilməsi istəyir. Kameranın çəkiliş bucağı dəyişdikdə isə əvvəl əl ilə işarə edilən Morqan Frimanın sağ əllə işarə edildiyi görünür.

«Yaxşı, Pis və Zalım»: Kəndirin yerinin dəyişməsi. Blondinin Tuçonu səhrada atdığı səhnədə, Tuçonun boyundakı kəndirə diqqətlicə baxsaq, səhnələr arasında bəzən aşağıya doğru sallandığını, bəzən isə sol çiyininin üstündə olduğunu görə bilərik.



"Üzüklər kralı": yaranın yerinin dəyişməsi. Filmin ikinci hissəsində Frodonun üzünün sağ hissəsi yaralanıb. Ancaq filmin sonrakı dəqiqələrindəki səhnələrdə bu yaranın yeri dəyişir, hətta ölçüsünün də böyüyüb-kiçildiyini görə bilərik.




«Forest Qamp»: ütünün hərəkəti. Forest Qamp Cennini ziyarətə getdiyi və oğuluyla tanış olduğu səhnələrdə ütü stolunun üstündəki ütünün əvvəlcə dik durduğunu, ancaq səhnə dəyişdikdə onun formasının dəyişdiyini görürük. Daha sonrakı səhnələrdə divarda asılı olan şəkilin də itdiyini görə bilərsiniz.



«Troya»: filmin çəkiliş mərhələlərində, səmadakı təyyarə rejissorların gözündən qaçıb.




«Karib dənizinin quldurları»: aktyorun başına taxdığı bandananın etiketində adidas yazılıb.


Tarix: 26.11.2014 / 12:49 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqlı Melumatlar