beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxu | 20 Fakt

Hər birimiz yatanda müəyyən yuxular görürük. Bəzilərimiz hər gün, bəzilərimizsə nadir hallarda, amma mütləq nə zamansa yuxu görürük.Bəs yuxu haqqında hər şeyi bilirikmi? Yəqin ki, çoxunuz YOX deyəcəksiniz. O zaman yuxu ilə bağlı bəzi həqiqətləri diqqətinizə çatdırıram. qorxulu yuxu

Oyandıqdan 5 dəqiqə sonra yuxumuzun yarısını, 10 dəqiqə sonra isə 90 faizini unuduruq.
Korlar da yuxu görürlər.
Hər gecə 4-7 yuxu görürük.
İfrat psixoloji gərginlik keçirənlərdən başqa hamı yuxu görür.
Elə insanlar var ki, yuxu görmədiklərini düşünürlər. Buna səbəb onların yuxularını yadda saxlaya bilməmələridir.
Ancaq gördüyümüz üzlər yuxumuza girə bilər. Hamımız həyatımız boyu minlərlə üz gördüyümüz üçün yuxuda da istənilən qədər üz görə bilərik.
Hamı rəngli yuxu görə bilməz. Gözləri görən insanların 12 faizi yuxularını ağ-qara rəngdə görürlər.
İnsanlar 1915-50-ci illərdə daha çox ağ-qara yuxular gördükləri halda, 50-ci illərdən sonra bu «tendensiya» dəyişməyə başladı. Mütəxəssislər bunun səbəbini rəngli televizorların istehsalı ilə əlaqələndirirlər.
Yuxu simvolik xarakter daşıyır. Müəyyən bir əşya və hadisə barədə bəhs edən yuxu adətən birbaşa həmin əşya və ya hadisə ilə bağlı olmaya da bilər.
Yuxuda ən çox hiss edilən hiss həyəcandır.
Yuxular arasındakı fasilə orta hesabla 1-2 saatdır.
Heyvanlar da yuxu görürlər.
Yuxunun real həyatla əlaqəsi var. Belə ki, radioda musiqi səsləndirilərkən yuxuda konsertdə olduğunuzu görə bilərsiniz.
Kişilər və qadınlar fərqli yuxular görürlər. Kişilər qadınlara nisbətən yuxularında daha aqressiv hisslər keçirirlər.
Xoruldayarkən yuxu görmək mümkün deyil.
Araşdırmalara görə, yuxuların 18-38 faizi gələcəklə bağlıdır.
Ən uzun oyaq qalma rekordu 18 gün 21 saat 40 dəqiqədir.
İnsanlar heyvanlarla müqayisədə 3 saat az yatırlar.
Yuxu ilə bağlı bildiyimiz hər şey son 25 ilin nəticəsidir.
Alma qəhvədən daha çox yuxusuzluq gətirir.


Tarix: 26.11.2014 / 12:42 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: Maraqlı Melumatlar