beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həqiqi bal saxtasından necə fərqlənir ?

Bəzən min bir dərdin dərmnı adlandırılan bal saxta olarkən nəinki dərman olur, əksinə səhhətimizdə problemlərə səbəb ola bilər.
Hazırkı dövrdə qida və geyim məhsullarının həqiqisi ilə saxtasını fərqləndirmək çox çətinləşib.
Həyatımıza, sağlamlığımıza birbaşa təsir edən qida rasionumuzda əhəmiyyətli məhsullardan olan biri də baldır.
Lakin bəzən min bir dərdin dərmnı adlandırılan bal saxta olarkən nəinki dərman olur, əksinə səhhətimizdə problemlərə səbəb ola bilər.
Buna görə də həqiqi balı saxtasından seçmək üçün aşağıdakılara diqqət etməliyik.
1. Həqiqi bal, soyuq mühitlərdə şəkərlənir(el arasında xarlanır); saxta bal şəkərlənmir.
2. Həqiqi balın çox xüsusi bir qoxusu vardır. Balı kəsərkən, saxlama qabını açıb-bağlayarkən bu qoxu daha tez hiss edilər.
3. Həqiqi bal, qlükozalı bala görə daha qatıdır.
4. Həqiqi bal, şərbət kimi həddindən artıq şirin deyil. Qlükozalı bal daha şirindir.
5. Bal ağıza alındığında orqanızmin adekvat maddələr ifrazı ilə bir neçə növ dad alınar. Süni ballarda isə orqanizm belə müxtəlif ağız suyu ifraz edə bilmir və bir dad olar.
6. Balı şkafda saxlama üsulu doğru deyil. Quruluşu etibarıyla hər vaxt nəmi çəkər. Üzərində təbəqə meydana gələr. Sonra kristallaşar. Bal olmayan məhsullar bu xüsusiyyəti göstərməz.
7. Həqiqi balın xarici görünüşü qoz qabığı və ya buna bənzər boz rəngin tonlarında olar. Qlükozalı ballar isə daha açıq tonda, ağ rəngdə olar.
8. Həqiqi bal, çiçəklərinin növlərinə görə açıq bənövşəyi, sarı, açıq qırmızı və ya buzlu şüşə rənglərində və ya bu rənglərin dəyişik tonlarında ola bilər. Qlükozalı ballar isə açıq şüşə rəngində və daha şəffaf olar.
9. Bir qaşığa bal qoyub oda tutduğunuzda həqiqi bal olduqca axıcı olar, dayanıqlıdır, gec yanar; qlükozalı bal isə tez yanar və kömürləşər.
10. Eyni ölçüdə iki qaba tam süzülmüş həqiqi bal və qlükozalı bal qoyub ağırlıqlarını müqayisə etdiyinizdə, həqiqi bal çox daha ağır gəlir.
11. Nizamlı bir şəkildə qəbul edildiyində həqiqi bal şəkər xəstələrində, şəkər dəyərini yalnız bir neçə bal artırar. Ancaq eyni miqdarda istifadə edilən qlükozalı bal şəkər xəstələrini komaya da sala bilər.


Tarix: 08.01.2013 / 11:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 489 Bölmə: Maraqlı Məlumatlar