beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nigah hansı xəstəliyin qarşısını alır?

Yaşları 40-ı keçmiş kişilərlə qadınlar arasında aparılmış araşdırma zamanı onlarda ağciyər, döş və prostat xərçənglərinin də yer aldığı 13 adda xərçəng xəstəliyi aşkarlanıb
"Lancet" bildirir ki, Norveç alimlərinin apardıqları tədqiqata 1970-2007-ci illər arasında xərçəng xəstəliyi diaqnozu qoyulmuş 440 min kişi və qadın cəlb olunub.
Məlum olub ki, indiyədək ailə həyatı qurmamış kişilərin xərçəng xəstəliyinə tutulma riski evli həmcinsləri ilə müqayisədə 2 dəfə artıqdır.
Alimlərin dediklərinə görə, evli kişilərlə müqayisədə subay kişilərin həyatlarında rejim yoxdur və bu, onların səhhətinə çox pis təsir edir.
Üstəlik, evli kişilər özlərini nasaz hiss edəndə arvadlarının təkidləri ilə həkimə gedərək müayinə olunurlar. Bu isə xərçəng xəstəliyinin ən erkən mərhələdə aşkarlamağa və müalicə etməyə imkan verir.


Tarix: 07.01.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 380 Bölmə: Maraqlı Məlumatlar