beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın mədəniyyət siyasəti

XX əsrin 80-90-ci illərində, Azərbaycan sovetlər məkanının tərkibi hissəsi olduğu dövrdə, «yenidənqurma»nın kulminasiya nöqtəsi dövründə mədəniyyət siyasəti aparıcı mövzulardan birinə çevrilmişdir. Həmin mərhələdə Sovet İttifaqının Kommunist Partiyasının «yenidənqurma» rəhbərliyi, Avropadan nümunə götürərək, mədəniyyət siyasətinə maraq göstərirdi. Burada mədəniyyət siyasəti partiyanın mədəni konsepsiyalarının reallaşdırılması kimi dərk olunurdu. Kulturoloqların bir qismi bu zaman radikal təkliflərlə çıxış edirdilər. Onlar göstərilən konsepsiyanın və ondan irəli gələn siyasətin «demokratik cəmiyyət»əuyğun olmamadığını göstərdilər. Eyni zamanda da bildirirdilər ki, mədəniyyət olduqca azad və müstəqil bir hadisə olduğundan hər hansı bir siyasi təzyiqdən sərbəst formada inkişaf etməlidir. Eyni zaman da, bu qəbildən olan tədqiqatçılar mədəniyyətin cəmiyyətdən (və ya hakimiyyətdən) fundamental şəkildə asılı olduğunu dərk edərək mədəniyyət siyasəti sahəsində tədqiqatlarını davam etdirməyə qərara gəlmişdirlər.
Mədəni-siyasi problemlər geniş diapozonda tədqiq edilirdi — mədəniyyət siyasətinin fundamental nəzəri problemlərdən tutmuş onun modellərinin işlənilməsinə qədər. 1985-1991-ci ildə postsovet ölkələrində, o cümlədən də Azərbaycanda da baş verən dəyişikliklər mədəniyyət siyasətinin nəzəri əsaslarının yenidən işlənilməsini tələb edirdi. Çünki mədəniyyət siyasətinin yeni modeli mədəni dəyərlərin yaradılması, yayılması və mənimsənilməsində avtoritar-partiya idarəetmə metodlarını deyil, məhz ictimai tələbatı ehtiva edir.
Göstərilən amillər 90-ci illərin ikinci yarısında mədəniyyət siyasətinin tədqiqində və modelləşdirilməsi sahəsində tədqiqatların aparılımasını şərtləndirdi. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olması Azərbaycanda yeni mədəniyyət siyasətinin işlənilməsini sürətləndirdi. Lakin Azərbaycan milli mədəniyyət siyasəti barədə məruzəni hazırlanan zaman bunun üçün nəzəri və konseptual əsasların olmadığı özünü büruzə verdi. Misal üçün, həmin problemlə 1996-ci ildə qarşılaşan Rusiyanın milli məruzəsinin çatışmayan cəhətlərinə Avropa ekspertləri tərəfindən «keçid dövründə olan cəmiyyətdə mədəniyyət siyasətini müəyyən etmək olduqca çətindir» qeyd olunaraq bəraət qazandırılmışdır.
2000-ci ilin sonunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsi «Avropada mədəniyyət siyasəti: əsas faktların xülasəsi və tendensiyalar» adlı birgə layihəni başa çatdırdı. Həmin ilin sonunda sonunda Strastburqda Avropa Şurasının mədəniyyət üzrə komitəsinin xüsusi iclasında üç cənubi Qafqaz Respublikasının mədəniyyət nazirliklərinin görüşündə bu ölkələrdə yeni mədəniyyət siyasətinə kömək və onu inkişaf etdirmək üçün STAGE (“Support for Transition in the Arts in Greater Europe”) regional proqramı təqdim olunmuşdur. Layihənin əsas məqsədi hər üç dövlətə yeni və dinamik mədəniyyət siyasətinin inkişaf etdirilməsi və mədəni mübadilənin gücləndirilməsində yardımın göstərilməsindən ibarət idi. Layihənin əsas prinsipləri aşağıdakılardır: mədəni özünəməxsusluğun, mədəni çeşidliyinin, yaradıcılığın, eləcə də ölkənin mədəni həyatında bütün təbəqələrin iştirakının dəstəklənməsi.
Bu proqramın ən mühüm məsələlərindən biri mədəniyyət siyasəti üzrə milli məruzənin yazılması idi ki, bununda əsas ideyası müxtəlif mədəniyyət sahələrinin tam açılması, mədəniyyət siyasətinin əsas tendensiyalarının aşkar olunması, onun nailiyyətlərinin və çatışmamazlıqlarının qiymətləndirilməsindən ibarət idi. Ümumiyyətlə, STAGE layihəsi 2000-2003-cü illəri əhatə edən Birinci və 2003-2005-ci illəri əhatə edən İkinci fazalardan ibarət idi. Lakin 2005-ci il sentyabrın 15-16-da Kiyevdə keçirilmiş STAGE layihəsinin 5-ci (geniələndirilmiə) Nazirlər kollokviumda layihənin gediəində əldə edilmiə uğurlu və səmərəli nəticələr nəzərə alınaraq, sözügedən layihənin bitməməsi və sadəcə başqa formatda davam etməsi qərarı qəbul olunmuşdur. Məhz bu səbəbdən “Mədəni Əməkdaşlıq üzrə yeni regional və transversal layihə proqramı (Kiyev Təşəbbüsü)” elan edilmişdir. Sözügedən təşəbbüsə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir. Bununla da, 2006-cı il dekabrın 15-də Buxarestdə nazirlər səviyyəsində “Kiyev Təşəbbüsü” regional proqramın açılış konfransı keçirilmiş və tədbirin nəticəsində “Kiyev Təşəbbüsü” Bəyanatı qəbul olunmuşdur. “Kiyev Təşəbbüsü” Regional Proqramı mədəniyyət və mədəni irsin rolunun davamlı inkişaf prosesləri və regional əməkdaşlıqda təşviq edilməsi üçün yeni imkan və yanaəmanı təklif edən operativ çərçivədir.
Bu məqsədlə, “STAGE” layihəsi çərçivəsində Avropa Şurasının ekspert qrupu 2001-ci ilin may ayında Azərbaycanda olmuədur. Bu səfər zamanı ekspertlər Avropa Şurasının dəstək verə biləcəyi sahələri qeyd etmişlər və Mədəniyyət Nazirliyi ilə vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən irəli sürülən təklifləri nəzərə almışlar. 2001-ci il iyunun 13-dən 17-dək bu layihə çərçivəsində Tbilisi şəhərində “Mədəniyyətin keçid dövründə maliyyələşdirilməsi” mövzusunda seminar keçirilmiədir. Seminarda Azərbaycan Respublikası 6 nəfər nümayəndə heyəti ilə təmsil olunmuşdur. Bundan sonrakı illər ərzində qeyd olunan layihə çərçivəsində keçirilən bütün tədbirlərə ölkəmizin müvafiq sahəsini təmsil edən mütəxəssislər də qatılmışlar.
Azərbaycan Respublikası keçid dövrü adlanan tarixi mərhələdə hazırladığı Milli Məruzədə göstərilir ki, Mədəniyyət Nazirliyi mədəniyyət siyasətini son onilliklərdə əksər Avropa ölkələrinin qabaqcıl təcrübəsinə əsaslanaraq, bu ölkələrdə rəhbər tutulan əsas prinsiplər nəzərə alınaraq, ölkəmizin milli maraqlarına uyğun olubolmamadığı müəyyən edərək hazırlayır. Milli Məruzədə Azərbaycanın mədəniyyət siyasətinin üç əsas prioritet istiqamətləri müəyyənləşdirilmişdir:

Mədəni və tarixi irsin qorunması (burada mədəniyyət təsisatlarının bütün infrastrukturu özündə əks etdirir);
Yaradıcılığın himayə edilməsi;
mədəniyyətin insan inkişafı amili kimi dərk edilməsi və qəbul olunmasının gücləndirilməsi.
Milli Məruzədə Hökümətin və Mədəniyyət Nazirliyinin göstərilən prioritetləri reallışdırmaq üçün yaradılan və bu işə cəlb olunan təsisatların məqsəd və fəaliyyət sahələri müəyyən olunur:

Alternativ maliyyə mənbələrinin axtarışı;
Mədəniyyət sahəsində inzibatçılığa dair treninqlər;
Mədəni inkişaf strategiyalarının işlənib hazırlanması;
Xeyriyyəçi mədəniyyət fondunun təsis edilməsi;
Mədəniyyətin idarəolunmasında desentralizasiya və dekonsentralizasiyası;
Qeyri-hökümət təşkilatları və digər vətənaş cəmiyyəti təşkilatları ilə partnyorluq əlaqələrinin qurulması;
Gənclər siyasətinin işlənilməsi.
Qeyd edilməlidir ki, həmin dövrdə hazırlanan milli hesabatda qanunvericilik tədbirləri ilə yanaşı mədəni islahatların həyata keçirilməsində, yüksək nailiyyətlərin əldə edilməsində və onların dəstəklənməsində böyük əhəmiyyət maliyyələşmə məsələsinə verilir. Yuxarıda qeyd etdiyimiz kimi, keçid dövrünün böhranları Azərbaycanın milli məruzəsində də, xüsusilədə maliyyələşmə bölməsində öz əksini tapmışdır. Xüsusilə vurğulayaq ki, hesabatda maliyyələşmə məsələlərinə həsr olunmuş fəsildə 1997-ci ildən sonra əldə edilən məlumatlar əsasında hazırlanmışdır. Milli məruzəni hazırayan müəlliflər hesabatın özündə belə ölkəmizdə mədəniyyət siyasətinin modernləşdirilməsi yolunda olan əngəlləri vurğulayaraq, bu maneələri tarixi şəraitlə izah etməyə çalışırdılar. Misal üçün, hesabatı hazırlayan ekspert komandası Milli Mədəniyyət Fondunun fəaliyyətini təhlil edən zaman, onun iş istiqamət və prinsiplərini, xüsusilə bədii tədbirlər üçün təsadüfi və qeyri-sistematik maliyyə yardımının göstərdiyini müəyyən etsələr belə, bu fəaliyyətin mexanizmlərini aydanlışdırmağa müvəffəq olmamışlar. Keçid dövrünün mənzərəsini dolğun təsvir edən Milli Məruzədə, qeyd olunur ki, mədəniyyət sektorunda çalışan yaradıcı adamların əmək haqqları olduqca aşağı olduqlarına görə, mütəxəssislər bu sahəni atıb gedirdilər. Lakin mədəniyyət müəssisələrində vəziyyəti yaxşılaşdırmaq məqsədilə atılan ilk addımlardan biri kimi, ölkə Prezidentinin «Azərbaycan Simfonik Orkestrinin fəaliyyətini yaxşılaşdırmaq haqqında», «Yaradıcı xadimlərin fərdi pensiyalarla təmin edilməsi haqqında», «Qırmızı kitaba daxil eilən gənc istedadların fərdi təqaüdlərlə təmin edilməsi haqqında», «Azərbaycan Akademik Opera və Balet Teatrının balet truppasının sosial təminatı haqqında», «Gənc yazıçılarının fərdi təqaüdlərlə təmin edilməsi haqqında» fərmanları imzalanmışdır. Milli məruzədə göstərilir ki, mədəniyyət sahəsində xarici investisiyalar, maliyyə dəstəyi və birgə müəssisələr təşviq olunur. Kinematoqraflar İttifaqı ilə Britaniyanın özəl İTİL şirkətinin birgə fəaliyyəti buna misal gətirilir. Keçid dövründə Azərbaycanda həyata keçirilən səmərəli mədəniyyət siyasətinin nümunəsi kimi Azərbaycan Opera və Balet Teatrını dəstəkləmək üçün xarici neft şirkətlərinin, bankların və digər təşkilatların kapital qoyuluşu əsasında Operanı Himayə Fondu yaradılmasını göstəmək olar. Hesabatda bu cür nümunələrin geniş işıqlandırılması və mədəniyyət sferasının digər müəssisələrinə də tətbiq edilməsi tövsiyyə olunmuşdur. Milli hesabatda göstərilir ki, həmin illərdə ölkəmizdə mədəniyyət siyasətinin formalaşmasına öz tövhəsini verən iki qeyri-hökümət təşkilatı fəaliyyət göstərirdi: Soros Fondu və Avrasiya Fondu. Həmin təşkilatlar Mədəniyyət Nazirliyinin Bakıda sektorial strategiyasını, (məsələn, M.FAxundov adına Dövlət Kitabxanasının kompüter şəbəkəsi ilə təmin edilməsi), mədəniyyət sahəsində qeyri-hökümət təşkilatlarını, ayrı-ayrı incəsənət və mədəniyyət xadimlərin və gənclərin layihə ərizələrini maliyyələşdirən əsas təşkilatlardır. Soros Fondu Mədəniyyət Nazirliyi üçün cəmiyyətin mədəni həyatda iştirakına dair sosioloji araşdırmaları maliyyələşdirmişdir. Qeyd edək ki, Milli Məruzəni hazırlayan işçi qrup SİAR – Sosial və Marketinq Tədqiqatları Mərkəzi tərəfindən aparılan həmin araşdırmaların nəticələrindən bəhrələnmişdir. Azərbaycanın mədəniyyət siyasəti üzrə xülasə Bonn mədəniyyət siyasəti və müqayisəli tədqiqatlar institutunun saytında yerləşdirilmişdir. STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət siyasəti üzrə hazırlanan Milli məruzəsinin ətraflı şərhi Mədəniyyət Nazirlyinin təşəbbüsü ilə 2003-cü ildə dərc olunmuş «Azərbaycan Respublikasının Mədəniyyət Siyasəti» kitabında ətraflı şərh olunur.
Yuxarıda təsvir olunan dövrdə Azərbaycanda optimal mədəniyyət siyasətinin işlənilməsi məqsədilə mütərəqqi təcrübənin öyrənilməsi və istifadə edilməsinə, aparıcı ölkələrin mədəniyyət siyasətlərinin müqayisəli təhlilinə böyük ehtiyac duyulurdu. Belə ki, Azərbaycanda yeni mədəniyyət siyasətinin işlənilməsi zamanı Sovet, Qərb və rus mədəniyyət məktəblərinin təcrübəsi, xüsusilə də Rusiya Mədəniyyət İnstitutunun konsepsiyaları, Norveç və Yaponiyanın sosial-mədəni inkişafına dair tarixi nailiyyətləri, BMT və UNESKO, Avropa Şurası və mədəniyyət siyasəti sahəsində beynəlxalq təşkilatların sənədləri və müasir fəaliyyət təcrübəsi öyrənilmiş və tətbiq edilmişdir. Azərbaycanda «Yeni mədəniyyət siyasətinin formalaşmasına yardım» layihəsinin reallaşdırılmasında və 2001-ci ilin aprelindən onu həyata keçirmək məqsədilə əməli addımlar atmış təşəbbüslərdən biri Açıq Cəmiyyət İnstitutunun — Butapeşt Soros Fondu ilə «Simurq» Azərbaycan Mədəniyyət Assosiasiyası ilə birgə həyata keçirilmişdir. Layihənin əsas məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlətin etik-normativ əsası kimi sovet tipli Azərbaycan mədəniyyətinin demokratik mədəniyyətə transformasiya etməsinə yardım idi. Ölkəmizdə mədəniyyətin sosial bazasının öyrənilməsi, yeni mədəniyyət siyasətinin xarakterinin və vəzifələrinin müəyyənləşdirilməsi, mədəniyyətin düzgün başa düşülməsində müxtəlif strukturlara və sosial qruplara kömək göstərilməsi, onun insanın inkişafında, həyatın keyfiyyətinin və Azərbaycan cəmiyyətinin rifahının yüksəldilməsində funksiyasının və imkanlarının öyrənilməsi layihənin prioritetlərini təşkil edirdi. Layihə çərçivəsində aparılan tədqiqatlar nəicəsində əldə olunan qənaətə görə, tarix boyu dövlətlərin əsas məqsədi mədəniyyətin inkişafına qayğının göstərilməsilə yanaşı daim dünya mənzərəsinin yaradılması olmuşdur. Bu faktdan dayaq götürən tədqiqatçılar 2001-2005-ci illər ərzində alimləri və mütəxəssislərin bir çox suallarına cavab verən mədəniyyət siyasətinin hərtərəfli nəzəriyyəsinin yaradılmasına nail olmuşdular. Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə mədəniyyət siyasətinin nəzəriyyəsi Qərbi Avropada və Azərbaycanda dövlət və mədəniyyətin qarşılıqlı əlaqələrinin çoxillik tarixinin öyrənilməsi və müasir dövrdə münasibətlərinin modelləşdirilməsi nəticəsində meydana gəlmişdir.
Beləliklə, 2001-ci ilin sonlarında Mədəniyyət Nazirliyi yaxın beş ili əhatə edən «Azərbaycan mədəniyyətinin dövlət inkişaf proqramı»nı işləyib hazırlamışdır. Həmin proqramda Azərbaycanın dövlət mədəniyyət siyasətinin strateci məqsədləri və əsas prioritetləri müəyyənləşdirilmişdir:
− Mədəni və tarixi irsin mühafizəsi;
− Yaradıcılığın dəstəklənməsi;
− Sahənin hüquqi, elmi, informativ inkişafı;
− Kadr hazırlığı və gənc istedadların dəstəklənməsi;
− Milli kinematoqrafiyanın dirçəlişi və inkişafı;
− Mədəniyyət turizmi infrastrukturunun yaradılmasıvəinkişafı;
− Kitab nəşrinin inkişafı;
− Kitabxana və muzey sistemlərinin köklü sürətdə modernləşdirilməsi. «Azərbaycan mədəniyyətinin dövlət inkişaf proqramı» mədəniyyətin idarəolunmasının yeni demokratik formalarının yaradılmasına, dövlətsizləşdirməyə və bəzi mədəniyyət obyeklərinin tədricən özəlləşdirilməsinə xeyli yer ayrılır. Mədəniyyət müəssisələri və təsisatları üçün güzəştli tariflər müəyyən etmək vasitəsi ilə mədəniyyət sahəsinin inkişafını stimullaşdıran, habelə bu sektora kənardan əlavə vəsait ayrılmaları cəlb edən vergi siyasətinin işlənib hazırlanması da göstərilən proqramda xüsusi əhəmiyyət kəsb edir.
Proqramın reallaşdırılmasında beynəlxalq əməkdaşlığın dinamik inkişaf etdirilməsi, onun yeni forma və modellərinin axtarılması mühüm amil kimi müəyyən edilmişdir. Burada, həmin kontekstdə UNESKO və Avropa Şurası kimi beynəlxalq təşkilatlarla çoxcəhətli əməkdaşlığa böyük önəm verir. Dünyada nüfuz qazanmış beynəlxalq təşkilatlar dünyadaki mədəni quru-culuq proseslərində ölkənin rolu və yeri haqqında təsəvvür yaratmağa imkan yaradır. Son illərdə Azərbaycan xarici mədəniyyət siyasətində nəzərə çarpan əsas tendensiyanı beynəlxalq əlaqələrdən beynəlxalq əməkdaşlığa doğru hərəkət kimi müəyyən etmişdir. Avropa Şurasının Cənubi Qafqaz ölkələrində reallaşdırdığı regional STAGE layihəsi yeni mədəniyyət siyasətinin formalaşmasını dəstəkləməklə yanaşı beynəlxalq əməkdaşlığın təcəssümüdür.
Bu gün Azərbaycan Respublikasında mədəniyyət siyasəti deyildikdə, müxtəlif sosial institutlar tərəfindən işlənilən tədbirlər kompleksi nəzərdə tutulur ki, yaradıcı fəaliyyət göstərən subyektin formalaşmasına, yaradıcılıq sahəsində şərtlərin, sərhədlərin və prioritetlərin müəyyənləşdirilməsinə, yaradılan mədəni dəyərlərin seçim prosesinin və translyasiyasının təşkil olunmasını və onların cəmiyyətin ixtiyarına verilməsini şərtləndirir.
Mədəniyyət siyasətinin subyektlərinə aid edilir:

dövlət orqanları;
işgüzar strukturlar;
mədəniyyət xadimləri.
Qeyd olunmalıdır ki, mədəniyyət xadimləri mədəni siyasətində ikili rol oynayırlar – eyni zamanda həm obyekt, həm də mədəniyyətin subyekti kimi çıxış edirlər. Mədəniyyət obyektlərinə isə aiddir:

qeyd etdiyimiz kimi, mədəniyyət xadimləri;
mədəniyyət sahəsi;
mədəni dəyərlərin istehsalçısıvə istehlakıçısı olan cəmiyyət.
Azərbaycan Respublikasında tətbiq edilən mədəniyyət siyasəti Fransada və keçmiş Sovet İttifaqında yayılan, mədəniyyət siyasətinin «dördüncü» modeli adlandırılan strukturla eynilik təşkil edir. Mədəniyyət siyasətinin «dördüncü modeli» güclü administrasiya, dövlət tərəfindən güclü maliyyələşmə, mədəni həyat üzrə bütün tərəfdaşların, xüsusilə də regional və yerli cəmiyyətlərin müxtəlif peşə təşkilatlarının fəaliyyətinin stimullaşdırılması və əlaqələndirilməsini tələb edir.
Azərbaycanda dövlətin mədəniyyət siyasətinin planlaşdırılması və reallaşdırılması məsələləri aşağıdakıları nəzərdə tutan çoxsəviyyəli sistem vasitəsilə həyata keçirilir:
Milli Məclisin -Azərbaycan Parlamentinin Mədəniyyət qanunverici əsasını təşkil edən Mədəniyyət Məsələləri üzrə Daimi Komissiyası və sosial qanunvericilik şöbəsi: burada mədəniyyətin qanunvericilik əsasları təmin edilir;
Mədəni quruculuğun strategiya və taktikasını işləyib hazırlayan Prezident Aparatının Humanitar Siyasət şöbəsi;
Azərbaycan Respublikasının dövlət büdcəsinin tərtibi və dövlətin sosial proqramlarının həyata keçirilməsini təmin edən Nazirlər Kabinetinin Elm, Mədəniyyət, Xalq Təhsili və Sosial Problemlər Şöbəsi;
• Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi: birləşdirici mərkəz rolunu oynayaraq yuxarıda göstərilən funksiyaları özündə cəmləşdirir: rəhbərlik edir, konkret realizasiyaları və əlaqələndirməni həyata keçirir və dövlət mədəniyyət siyasətinin həyata keçirilməsinə bilavasitə nəzarət edir; mədəniyyət sahəsi üçün dövlət büdcəsini tərtib edir. Azərbaycanda mədəniyyət iqtisadiyyatı mədəniyyət siyasətinin tərkib hissəsini təşkil edir. Belə ki, Azərbaycanda mədəniyyət əsasən dövlət büdcəsindən maliyyələşdirilir. 2005-ci ildə bu məqsədlə 45, 5 mln.manat (48,1 mln. ABŞ dolları) vəsait xərclənmiş, onun əsas hissəsi Mədəniyyət Nazirliyi sisteminə daxil olan müəssisələr tərəfindən mədəni tədbirlərin həyata keçirilməsinə yönəlmişdi. 1993-cü illə müqayisədə, 2005ci ildə mədəniyyətə və KİV-ə yönəldilən büdcə xərcləri 51,7%, büdcə xərclərinin tərkibində sahəyə ayrılan vəsaitin xüsusi çəkisi 2%-dən 2,1 % -ə, bu xərclərin ÜDM-də payı 0,2%-dən 0,4-ə qədər artmışdı. Statistik məlumatlara əsasən 2005-ci ildə muzeylərin sayı 31,5 %, fonda əsas əşyaların sayı 177 min., işləyənlərin sayı 857 nəfər və ya 54,3 % artmış, bərpası tələb olunan eksponatların sayı isə 1990 ildəkinə nisbətən 9 min vahid çox olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında əsasnamə təsdiq edilmiədir. Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət, incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat, kinematoqrafiya sahələrində dövlət siyasətini tənzimləyən icra hakimiyyəti orqanıdır. Nazirliyin ölkə prezidenti tərəfindən təsdiq edilmiə əsasnaməsi bu dövlət qurumunun fəaliyyətinin əsas istiqamətlərini, vəzifələrini, hüquqlarını, fəaliyyətinin təşkili məsələlərini müəyyən edir. Mədəniyyət sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak və bu siyasətin həyata keçirilməsinin təmin edilməsi, həmçinin müvafiq sahənin inkişafına yönəldilmiə müxtəlif proqramlar işləyib hazırlanması və reallaşdırılması Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət istiqamətlərini təşkil edir.
Mədəniyyət Nazirliyinə Respublikanın Mədəniyyət və Turizm Naziri rəhbərlik edir. Mədəniyyət Nazirliyinin aşağıdakı strukturda fəaliyyət göstərir:

Rəhbərlik
Nazirin aparatı
İncəsənət şöbəsi
Mədəniyyət siyasəti şöbəsi
Kinematoqrafiya şöbəsi
Mədəni irs şöbəsi
Turizm şöbəsi
Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsi
Elm və təhsil şöbəsi
Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi
Kadrlar şöbəsi
İqtisadiyyat şöbəsi
Maliyyə və uçot şöbəsi
İnvestisiya və texniki proqramlar şöbəsi
Analitik təhlil və proqram təminatı şöbəsi
Ümumi şöbə
İşlər şöbəsi 2000-ci ilin avqust ayından Mədəniyyət Nazirliyində Mədəniyyət Siyasəti adlı yeni şöbə açılmışdır ki, bu şöbə mədəniyyətin strateci planlaşıdırlması məsələlərini, milli və beynəlxalq proqramların işlənib hazırlanmasını həyata keçirir.
Rəsmi məlumatlara görə, hazırda Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət dairəsinə 28 teatr, 6308 tarix və mədəniyyət abidəsi, 1 sirk və 12 konsert müəssisəsi, 3985 kitabxana, 2708 klub, 189 dövlət muzeyi (filiallarla birlikdə), 234 uəaq musiqi, incəsənət və rəssamlıq məktəbi, 33 rəsm qalereyası və sərgi salonu, 21 dövlət qoruğu, 60 mədəniyyət və istirahət parkı, 1 zoopark, Mədəniyyətəünaslıq üzrə Elmi-Metodiki Mərkəz, 4 asudə vaxt Mərkəzi, 6 təsərrüfat təşkilatı, “Azərbaycanfilm” də daxil olmaqla 7 film istehsalı studiya, 134 janrhər və rayon kinoteatrı, Dövlət Film Fondu (Naxçıvan filialı ilə birlikdə), Respublika Kitabxana Kollektoru, bir qəzet (“Mədəniyyət”), iki jurnal (“Mədəni-maarif” və “Pəncərə”) redaksiyası, Dövlət Turizm İnstitutu, Bakı Xoreoqrafiya Məktəbi, Mədəniyyət İəçilərinin İxtisasartırma Mərkəzi, Mingəçevir Turizm Kolleci, Milli Kulinariya Mərkəzi, 62 şəhər və rayon mədəniyyət və turizm şöbəsi, Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi, Bakı, Gəncə, Sumqayıt janrhər turizm idarələri, Şəki Atçılıq Mərkəzi, Bakı Turizm İnformasiya Mərkəzi, Bakı Turizm İnformasiya Mərkəzi, Lənkəran UŞaq düşərgəsi daxildir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən bu sahəyə böyük diqqət və qayğı göstərilmiş, mədəniyyət və turizm işçilərinin əmək haqları artırılmış, mədəni-sosial, maddi-texniki bazanın tamamilə yenidən qurulması prosesinə start verilmiş, teatr, kino, kitabxana iəi, abidələrinin qorunması sahələrində dövlət başçısının fərmanları, sərəncamları verilmiş, Dövlət proqramları iələməyə başlamışdır. Turizm inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Nazirlik dövlətlərarası müqavilələrə uyğun olaraq Avropa, Asiya və İslam ölkələri, ABŞ və Latın Amerikası ilə beynəlxalq mədəniyyət proqramlarını həyata keçirir.Nazirlik çoxtərəfli əməkdaəlıq çərçivəsində BMT, MDB, GUAM, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, YUNESKO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESKO və digər beynəlxalq qurumlar vasitəsi ilə Azərbaycan mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda dünya mədəni sərvətlərinin ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir.
Azərbaycanın vahid mədəniyyət siyasəti Mədəniyyət Nazirliyi ilə bərabər, İdman və Gənclər Nazirliyi, Dövlət Teleradio Şirkəti, Dövlət Arxivi tərəfindən həyata keçirilir, bir sözlə ümumi fəaliyyət sahəsi üçün geniş imkanlar yaranır.
Müasir dövrdə Azərbaycan Respublikasının mədəniyyət siyasətinin ən mühüm vəzifələri kimi kulturologiya elmi əsasında bəşəriyyətin sosial-mədəni inkişaf təcrübəsi əsasında köhnə dünyagörüş, adət və normalarının yenidən işlənilməsi; Avropa və dünya mədəniyyətinin mütərəqqi yeniliklərinin Azərbaycan mədəniyyətinə inteqrasiyasına və yaradıcı tətbiqinə şəraitin yaradılması; «mənəvi istehsal» sferasının idarə edilməsi və maliyyələşdirilməsinə yeni üsulların tətbiqi; təhsil, elm və incəsənətin inkişafının əlaqələndirilməsi; ziyalıların ictimai statusu, hüquqi və sosial müdafiəsinə diqqətin artırılması; kulturoloji bilik və təhsilə əsaslanın «humanitar» mədəniyyətinin formalaşdırılması; mədəni identifikasiya və mədəniyyət müxtəlifliyi proseslərinin harmonikləşdirilməsi; sosial-mədəni inkişaf imkanlarının bərabərliyinin təmin edilməsi; sovet mədəniyyətinin tədricən demokratik mədəniyyətə transformasiya edilməsi; dövlət və QHT arasında mədəniyyət sferasında əməkdaşlığın dəstəklənməsi və inkişaf etdirilməsi; sülh mədəniyyətinin, həmçinin qlobal mədəniyyət siyasətinin vahid prinsiplərinin müəyyən edilməsi.
Mədəniyyət siyasətinin ən mühüm istiqamətlərindən biri millətlərarası və dinlərarası münasibətlər mədəniyyətidir. Azərbaycan Respublikası çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgəyanaşıyaşamasıvə dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib.
Azərbaycan Respublikasının Əsas Qanunu – Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə «Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaə hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaədırmaq qadağandır».
Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı ilə sülh və harmoniya janrraitində yaəamıə və yaəayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irsin bu gün də Azərbaycanda qorunub saxlanılması mədəniyyət siyasətinin prioritet istiqaməlrindəndir.
Azərbaycan mədəniyyət siyasəti ölkəmizin və cəmiyyətimizin daxili işi deyildir. Azərbaycan dünya icmasının bərabərhüquqlu üzvü olduğundan, onun mədəniyyət siyasətidə bəşər mədəni-sivilizasion prosesinin tərkib hissəsi olmalı, varlığın dərk olunmasında dünya mənəvi-dəyər tendensiyalarını özündə əks etdirməlidir. «Qapalı milli inkişaf» eyforiyasından, ifrat rasionalizmdən, sosial ehtiyacların hedonist baxımından ödənilməsinə can atmasından imtina; mövcudatın ekoloji alqoritmlərinin axtarışları; siyasətdə humanitar aspektin gücləndirilməsi; «dünya mədəniyyəti» adlandırılan lokal və universal başlanğıcları ehtiva edən «multimədəniyyət» prinsiplərinin aktuallaşması yuxarıda göstərilən proseslər qəbilindəndir. Tarixi inkişafın müasir mərhələsində mənşəcə Şərq mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan, inamlı addımlarla Qərbə doğru addımlayan Müstəqil Azərbaycanın mədəniyyət quruculuğu «problem sahəsinə» qədəm qoyması ölkənin milli mədəniyyət siyasətinin vacib və təbii komponetləridir.
Qloballaşma proseslərinin dinamik inkişafılə müşahidə olunan müasir dövrdə dünya siyasətində və beynəlxalq mnasibətlər sistemində mədəniyyət faktorunun əhəmiyyəti, ümumdüqya iqtisadi-siyasi proseslərə, dövlətlərarası münasibətlərə təsiri getdikcə artır. Bu səbəbdən dövlətlər mədəniyyət siyasətinə böyük diqqət yetirirlər. «Xarici mədəniyyət siyasəti» termini gündən-günə aktuallaşır, çünki milli mədəniyyətin eksportu, təbliği və populyarlaşdırılması, əks təqdirdə isə xarici mədəni ekspansiyanın qarşısının alınması diplomatiyanın səmərəli instrumenti və dövlətin milli maraqlarının mübarizəsində effektiv vasitə kimi çıxış edir.


Tarix: 09.12.2014 / 13:12 Müəllif: Aziza Baxılıb: 212 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)