Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Kulturologiya (mədəniyyətşünaslıq)Qədim Mesopotamiya mədəniyyəti

Mesopotamiyada ilk sakinlər təxminən b.e.ə. 40-cı minillikdə məskunlaşmışlar. B.e.ə. IV-III minillikdə ilk şəhər-dövlətlər yaranmağa başlayır: Ur, Uruk, Kiş, Laqaş, Nippur, Akkad belələrindəndir. Şəhərlərin çoxu şumerlər tərəfindən qoyulduğu üçün həmin mədəniyyəti şumer mədəniyyəti kimi adlandırmaq qəbul edilmişdir . Şumer mədəniyyətinin mövcudluq tarixi b.e.ə. IV minillikdən III minilliyin I yarısına qədərdir.

B.e.ə. XXIV-XX əsrlərdə Akkad şəhərinin təsirinin güclənməsi nəticəsində bu mədəniyyət şumerlərin varisi kimi inkişaf etməyə başlayır. Tarixi mənbələrdə hər iki mədəniyyət İkiçayarası mədəniyyəti kimi qəbul edilmişdir ki, bu da ilk növbədə həmin dövlətlərin Dəclə və Fərat çaylarının arasında yerləşməsi ilə izah edilir. «Mesopotamiya» sözü yunan dilindən tərcümədə «İkiçayarası» mənasını verir.

qədim MesopotamiyaMədəniyyət tarixində bunu Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)İran mədəniyyəti

Asiyanın cənubunda yerləşən İran qədim Şərqin inkişaf etmiş ölkələrindən biri olmuşdur. Bu inkişaf mədəniyyətdə də özünü təzahür etdirmişdi. Qədim İran mədəniyyəti öz mənəvi zənginliyi iləşöhrət tapmışdır.
Qədim İran əhalisinin etnik tərkibi müxtəlif idi: buraya elamlılar, kutilər, lullubilər, sular, turukilər, prototürklər və başqaları daxil idi. Ölkənin «İran» adlandırılmasına gəldikdə isə, onun coğrafi anlayış olduğu bir çox müəllifləridə məsələn, Y.Yusifovun «Qədim Şərq tarixi» əsərində qeyd edilir.
Qədim İranın zəngin mədəniyyəti incəsənətin müxtəlif sahələrində – ədəbiyyatda, təsviri sənətdə, memarlıqda, həmçinin elmdə, təhsildə əks olunmuşdu. Ədəbiyyatın əsas nümunələri əfsanələrdə, dini rəvayət və hekayətlərdə; təsviri sənət müxtəlif məişət tipli əşyaların bəzədilməsində; memarlıq isə, zərdüşt ideologiyası ilə Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Elitar və kütləvi mədəniyyət anlayışları. «Elitizm» və «kütləvi cəmiyyət» nəzəriyyələri

«Dünyada heç vaxt əsil bərabərlik olmayacaq. İnsanların bir qismi rəhbərlik etmək üçün, çoxluq təşkil edən digər qismi isə tabeçilik altında yaşamağa təhkim olmuşdur. Bu isə elita və passiv kütlənin olmasını zəruriləşdirən ən mühüm şərtlərdir» – bu kiçik ifadə müasir ideologiyanın mədəniyyətin müəyyən hissəsi haqqında irəli sürdüyü nəzəriyyənin xülasəsidir.
«Elita», «kütləvi cəmiyyət» – bu anlayışlar müasir sosioloqların, mədəniyyətşünasların əsərlərində təcəssüm tapan mövzulardır. «Elitizm» və «kütləvi cəmiyyət» mövzularına toxunaraq bu nəzəriyyəçilər bəşəriyyətin tarixi, strukturu və müasir cəmiyyətin sosial dinamikasını aydınlaşdırmağa cəhd göstərirlər. Amerikalı sosioloq U.Kornhauzer təsdiq edir ki, bu anlayışlar müasir mədəniyyətşünaslıq və sosioloji ədəbiyyatlarda əsas hadisələrdən birinə çevrilmişdir.
Elitistlər («elita» sözü mənşəcə Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Kulturologiya elmi və onun tarixi kökləri

Kulturologiya (lat. cultura, yun ) — ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edən elmdir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir.
Üst Paleolit dövründən - yəni “Homo Sapiyens”in (“Ağıllı insan”ın) meydana gəlməsindən başlayaraq ta bu günə qədər insanlar böyük bir kulturoloji mənəvi-əxlaqi dəyərlər məcmusu yaratmış və bu toplum mənəvi irs şəklində nəsildən-nəslə ötürülərək kulturologiya tarixini daha da zənginləşdirmişdir. Şifahi ənənədən gələn qədim türk mif, əfsanə, rəvayət və nağılları, dastanları, mövsüm və mərasim nəğmələri Oğuznamələr,”Kitabi-Dədə Qorqud”, “Manas”, Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Buta

Buta – badama bənzər naxış, qönçə deməkdir. Azərbaycan ornament sənətində ən geniş yayılmış bəzək elementlərindən biridir.

Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır.

buta


Butalar forma etibarı ilə 4 qrupa bölünür:

1.Xalça bəzəyində işlədilən butalar («Muğan-buta», «Salyan-buta», «Xilə-buta», «Bakı-buta», «Sarabi-buta», «Gəncə-buta», "Şirvan-buta");
2.Ailə həyatını təmsil edən butalar («bala-buta», «həmli-buta», «balalı-buta», «evli-buta», «qoşaarvadlı-buta» və s.);
3.Rəmzi mahiyyət daşıyan butalar («cıqqa-buta», «lələk-buta», Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Orta əsrlərdə ərəb mədəniyyəti

Ərəblər işğal etdikləri xalqlardan mədəni cəhətdən aşağı səviyyədə idi. Onlar bu xalqların və hətta işğal etmədikləri xalqların, məsələn, yunanların, romalıların mədəniyyətlərini öyrənib mənimsəyərək öz müstəqil mədəniyyətlərini yaratdılar. Ərəblərin işğal etdikləri ölkələrdən çıxan adamlar Xilafətin idarə olunmasında və İslam mədəniyyətinin yaranmasında iştirak etdilər. Müxtəlif xalqlardan olan alimlər, yazıçılar ərəb dilində yazıb yaradırdılar. Buna səbəb aşağıdakılardır:
1. Ərəb dili xilafətin dövlət dili idi. Dövlət işləri və məhkəmələr ərəb dilində aparılırdı;
2. Ərəb dili islam dininin, "Quran"ın dili idi. Bütün dini ibadətlər, məktəblərdə dərslər ərəb dilində aparılırdı;
3. Yunanıstanın və şərq alimlərinin əsərləri ərəb dilinə tərcümə edilmişdi;
4. Ərəb dilində yazılan əsərlər daha tez və Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Britaniyalı rəssamdan qeyri-adi art-layihə

Britaniyalı rəssam Kris Labroyun işlərindən ibarət seriyada pikaplar uzanır, düyünlənir və fırlanır.

Krisin işləri onun böyük obyektin müstəvidə mümkün davranışlarına olan baxışlarını əks etdirir. O, maşınları, təyyarələri və digər texnikanı memarlıqla birləşdirir və bütün bunları mürəkkəb heykəllərə çevirir.

Avtomobil tematikasına müəllif ilk dəfə deyil müraciət edir: bir il öncə Kris «Avtoaerobika» adlı rəqəmsal işlər seriyasını təqdim edib. Burada avtomobil sənayesi klassikası düyünlənirdi. İndi isə rəssam rəngli pikapları onların müxtəlif formalar aldığı, daha çox plastilinlə işi xatırladan müxtəlif situasiyalara salır. Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Elitar və kütləvi mədəniyyət

Tarixi inkişaf proseslərinin zəruri sosial hadisələri kimi qiymətləndirilən cəmiyyətin təbəqə və zümrələrə parçalanması ideyası elitarizm və «kütləvi cəmiyyət» təlim və nəzəriyyələrində möhkəm yer tutmaqla yanaşı, bu parçalanmanın sosial həyatın bütün sahələrinə nüfuz etməsi və təsiri fikri də təsdiq olunur. Belə ideyalardan biri də mədəniyyət və incəsənət aləmində özünə yer tutmuş, «elitar mədəniyyət» və «kütləvi mədəniyyət» anlayışlarıdır. Əslində bu anlayış və hadisələr yuxarıda haqqında şərh və təhlillər apardığımız mövzuların – elitarizm, «kütləvi cəmiyyət» nəzəriyyələrinin tərkib hissələri olmaqla ayrıca konsepsiyalar kimi yaranmış və həyatda özünü təsdiq etdirməyə çalışmışdır. «Elitar» və «kütləvi mədəniyyət» anlayışları insanların yaradıcılıq prosesində estetik yaşantılara cəlb olunmasının bu və ya Ardı »