Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədim Midiya mədəniyyyəti

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Bir dövlət kimi müasir İranın mərkəzi hissəsində yaranmışdı. Midiya haqqında ilk məlumat e.ə. IX əsrin ortalarına aid mixi yazılı qaynaqlarda verilir.
Midiya sənətkarları - dulusçular, toxucular, dəmirçilər əmək alətləri, parça, xalça, silah, bəzək əşyaları, məişət əşyaları və s. hazırlayırdılar. Onların hazırladıqları gözəl sənət nümunələri qonşu ərazilərə yayılırdı. Bu, həmin ölkələrdə yerli mədəniyyətin inkişafına böyük təsir göstərmişdir.

Midiya-Azərbaycan əlaqələri Azərbaycanda (Urmiyada, Naxçıvanda, Qarabağda) tunc dövrünün boyalı qablar mədəniyyəti nümunələrində daha yaxşı izlənir.

Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərindən, Assur- Babil qayaüstü mixi yazılarından məlum olur ki, Midiyada mədəniyyət yüksək inkişaf etmişdi. Midiya əfsanələri (“Astiaq və Tomiris”) Midiya mədəniyyətin öyrənilməsi üçün çox mühüm əhəmiyyətə malikdir.

Midiyada memarlıq güclü inkişaf etmişdi. Suz sarayları, Ekbatananı əhatə edən yeddi cərgə divarları, qırmızı kərpicdən tikilmiş şah sarayı gözəl memarlıq nümunələridir.

Zərdüştlük təqribən e.ə. VII- VI əsrlərdə meydana gəlmişdir. Müqəddəs kitabı “Avesta” sayılır. Zərdüşt təliminə görə şər ilə xeyir, yalan ilə həqiqət arasında ölüm-dirim mübarizəsi gedir.
Zərdüştlüyün təlimində təkallahlılıq təzahür edir. O, Ahrumazdanı vahid allah kimi təbliğ edir. Dünya yaranandan xeyir və şər arasında mübarizə gedir. İnsanlar xeyir və şəri seçməkdə sərbəstdirlər, lakin son anda xeyir şərə, həqiqət yalana qalib gəlməlidir.
“Avesta” e.ə. 330 ildə Makedoniyalı İsgəndər tərəfindən əhəməniləri sarayı Persopolu tutan zaman yandırılmış və əsil nüsxəsi bizə gəlib çatmamışdır.

Yalnız Sasanilər dövründə (III-VII əsrlər) yenidən bərpa edilmiş və dövlət dini elan edilmişdir. 21 hissədən ibarət “Avestanın” yalnız 3 hissəsini bərpa etmək mümkün olmuşdur. 1) Vendidad 2) Visperad 3) Sasna. Bu 3 hissə milli mədəniyyətin inkişafına güclü təsir göstərmiş və onu zənginləşdirmişdir.


Tarix: 08.12.2014 / 16:42 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...