Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kulturoloji baxışlar

Mədəniyyətə kulturoloji konteksdə baxışlar aşağıdakı alimlərin olmuşdur.
H.Hesse – intellektual, mənəvi və estetik mədəniyyət, klassik mədəni irs və ziyalıların xüsusi yaradıcı rolunun prioritetlərinə əsaslanan, humanist mədəniyyətin səviyyəsi ilə müəyyən edilən sosial sərvətdir.
A.Toynbi- yaradıcı azlığın fəaliyyəti ilə şərtlənən lokal sivilizasiyaların rəngarəngliyində təzahür olunan , lakin insan təbiətinə xas olan şüur, iradə, xeyir və şəri fərqləndirmək qabiliyyəti və dindarlığın birliyinə malik sosial fenomendir.

K.Yaspers- insanın yaratdığı dil, mənşə və taleh ümumiliyi ilə bağlı olan dəyərlər, həyat formaları, institutlar , təsəvvürlər, etiqadlar dünyasıdır.

M.Haydeqqer – böhran hadisələrinə aparan texnogen sivilizasiyanın utilitar dəyərlərinin və kütləvi mədəniyyətin əksinə olaraq, insan, dil, yüksək incəsənət və mükəmməl təhsil dəyərlərinə əsaslanan əsil insan varlığıdır.

İ.Saburo – tarix və cəmiyyətlə eyniləşdirilən bir çox sosial institutlardan ibarət antropoloji birlikdir.

T.Parsons – mədəniyyətin bir hissəsi olan sosial sistemin antropoloji birliyidir.

H.Smelzer – ruhi dəyər, norma və davranış standartlarının aksioloji məcmuu.

M.Kim və s. sovet müəllifləri – ictimai şüurun üç : elmi-nəzəri, bədii-obrazlı və mənəvi , formasına uyğun üç əsas struktur elementinin - elmi, bədii, əxlaqi, mövcud olduğu “mənəvi həyat “.

V.Diltey – təbiət dünyasından fərqli, həyatın özü kimi tarixi mövcudluq vasitəsidir.

İ.Herder – insan sivilizasiyasının yaranmasına aparan , mədəniyyətlərin birliyi və varisliliyi ilə şərtlənəın sosial hadisə.

E.Orteqa-i-Qasset – mədəniyyətin xilaskarı rolunda çıxış edən kübar elitanın ruhi dəyər səviyyəsi ilə müəyyən olunan sosial sərvət.

Qusserl – yalnız əqli deyil, inam, iradə, istək, hisslər ,digər irrasional və görünməyən hadisələri də əhatə edən fenomen.

N.Danilevski – etno-milli faktora əsaslanan, xüsusiləşmiş “lokal-tarixi”Ⅶ tiplərin mövcudluğu ilə şərtlənən sosial hadisə.

K.Leontyev – dini faktor təsirinin üstünlüyünə əsaslanıb, mədəniyyətin qapalı inkişafı ilə səciyyələnən sosial sistemdir.

L.Qumilyov – coğrafi mühitin həlledici təsiri altında milli mədəniyyətlərin inkişafının təmin edilnəsi və deməli, etnogenezin biosfer və landşaft hadisəsindən ibarət olduğu sistem.

S.Lem – hər bir sivilizasiyada müxtəlif olan mədəniyyət koduna malik fenomen.

K.Levi-Stros – dil mədəniyyətinin əsasını və ağılın qeyri-şüuri strukturunu təşkil edən qeyri-iradi yaradıcılıq.


Tarix: 08.12.2014 / 16:45 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...