beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan arxeologiyası (Daş dövrü) kitabı

Kitabın I cildi Azərbaycan ərazisində Daş dövrü üzrə aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunub. Əsərdə Azərbaycan ərazisində qeydə alınmış dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrindən aşkar olunmuş arxeoloji, paleontoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq edilib. Respublika ərazisində müəyyən edilmiş quruçay, aşel, mustye, üst Paleolit, Mezolit və Neolit arxeoloji mədəniyyətlərinin inkişaf xüsusiyyətləri, ulu sakinlərin əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq təsərrüfatı, ibtidai tikililərin yaranması, odu kəşf etməsi, qayaüstü təsvirlərin meydana gəlməsi, ibtidai insanların mənəvi aləmi və Qarabağın ən qədim tarixi maddi mədəniyyət qalıqları əsasında şərh edilib.

Kitabın ikinci cildi Azərbaycan ərazisində qeydə alınmış Eneolit dövrü abidələrinin elmi tədqiqinə, üçüncü cildi respublikamızın ərazisində aparılmış tədqiqatlar zamanı aşkar olunmuş Tunc və ilk dəmir dövrünə aid maddi-mədəniyyət qalıqlarının tədqiqinə, dördüncü cild Azərbaycanın qədim dövlətləri olan Qafqaz Albaniyası və Atropatenanın e.ə. IV və eramızın III əsrlərinə aid arxeoloji abidələrinin elmi tədqiqinə, beşinci cild ilk orta əsr arxeoloji abidələrin elmi şərhinə, altıncı cild isə IX-XVII əsrlərin arxeoloji abidələrinin elmi tədqiqinə həsr olunub.

Kitab arxeoloqlar, etnoqraflar, tarixçilər, paleogeoloqlar, paleontoloqlar, paleoantropoloqlar, tələbələr və digər oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın baş redaktoru tarix elmləri doktoru Maisə Rəhimovadır.


Tarix: 13.03.2013 / 21:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Kitablar elm