beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amneziya (roman)

Amneziya Əli Əkbərin 2010-cu ildə "Qanun"nəşriyyatında çapdan çıxmış romanıdır. Utopiya və anti-utopiya janrlarında qələmə alınmış "Amneziya" romanında, avtoritarizmin tüğyan etdiyi bir ölkədə yaşayan Murad adlı stomatoloqun bir neçə cəbhədə apardığı mübarizədən bəhs olunur, baş qəhrəmanın məişətdən siyasətə, romantizmdən sərt realizmə qədər həyatının bütün qatları əhatə edilir.

Kitabın süjeti

Kitab haqqında yazıçı Çingiz Hüseynovun rəyi:

" Kitaba girişdə müəllif öz işini esxatoloji perspektivdə avtoritarizm anatomiyası kimi müəyyənləşdirir, bütün bu leksikon, kitabın girişi də daxil olmaqla, azərbaycan dilinin strukturuna və tərkibinə yad olan bir formada dəqiq təkrar olunur və eyni zamanda bu sözlərin zənciri diqqət mərkəzində olan əyalətin mental xüsusiyyətlərini və məğzini açmağa kömək edir.

Aydındır ki, müəllif öz qarşısına əsasən Avrasiya regionunda insaniyyətin indiki inkişaf mərhələsində aktual olan, böyük və müərəkkəb bir məsələni qoyur və onu bədii vasitələrlə həll etməyə çalışır, belə ki, qaldırılan problemlərin miqyası, insan təbiətini, onun psixikasını, həyat tərzini, hətta leksikonunu avtoritarizmin indiki çılğın inkişaf zamanında analiz etmək cəhdindən çıxış edərək əsərin janrını roman kimi təyin etmək olur. Onu da qeyd etmək lazımdır ki, roman təkcə təsvir olunan problemə görə yox, həm də ən yeni təsviri-ifadə vasitələrinə görə müasirdir: burada realist və qrotesk stili; kobud rus və primitiv-milli qarışığından ibarət olan, sadə, dolğun və ifadələrlə zəngin dil; utopiya və antiutopiya elementlərinin mövcudluğu, burada həqiqətin, konkret olaraq, hətta fikirləşilmiş, ancaq uydurulmamış şəkildə təsviri; elə bil ki, təsvir olunanlar real kökə malikdirlər, hətta halusinasiyalar da daha çox həqiqətə, nəinki, sərsəmələrə oxşayır.

Romanda iştirakçılar çoxdur, çox qəhrəmanlıdır, hadisələr ağlabatan bütün demokratik prinsiplər və normalar itmiş kiçik bir dövlətdə baş verir və o açıq aydın adlandırılır. Romandakı zaman da dəqiq müəyyən olunur: hadisələr bu ildə - 2010-cu ildə tüğyan edir, hətta artıq qədəm qoymuş, çoxdan gözlənilən yuxarıdan aşağıya qədər dəyişkliyi özü ilə gətirmiş 2011-ci ilə də keçir: avtoritar hakimiyyət çökür və demokratik quruluşun birinci addımı kimi Daxili İşlər Nazirliyini şüşəli binaya köçürülməsi olur. 2011-ci il hələ qədəm qoymayıb, belə ki, baş verənlərə inanmaq və ya inanmamaq olar, əgər ümidlər puça çıxarsa, onda əsərin növbəti nəşrlərində bu rəqəmləri düzəldərək onu dala çəkmək olar, o vaxta qədər ki, gözlənilənlər baş vermiş olsun. Zamanın və məkanın avtoritarizmlə əlaqəsini konkretləşdirən yeganə amil keçmişdə və indi mövcud olan bəzi məmurların adlarının çəkilməsidir.

Hökümət başçısı, Elena Çauşeskunun tərcümeyi halına oxşar olan Qənirə Milli adlanır. O anadır, xalqın anasıdır. O, müxalifətin lideri Niyazi Milli seçkilərdə qaliub gəldiyi halda, seçkinin nəticələrini saxtalaşdıraraq vəfat etmiş prezident əri İslam Millinin yerinə keçir... O öz hakimiyyətini silahın gücü ilə möhkəmləndirir. Həyacanlanmış xalqı dayandırmaq üçün mitinqçləri güllələməyə əmr verir və burada adamlar ölür, romanda hətta dəqiq rəqəm də göstərilir : 131 adam. Bütün şüarlar və transparentlər onu tərifləyir, bütün mətbuat onun haqqında hay salır, o- xalqda olan bütün yaxşı şeylərin cəmləyicisi, ağıl dəryasıdır və yüksək intellektə malikdir. Gürcüstanda da polis rüşvətxorluğuna qarşı mübarizə aparan prezident Saakaşvili yox, adı uydurulmuş David Çixladzedir.

Hökümətin oğurluq, rüşvət kimi konkret real işləri yeni qədəm qoymuş demokratik era kimi, romanın baş qəhrəmanı Muradın elementar dialoq söhbətlərində, seksual, məhəbbət-erotik situasiyalarda yer alan müxtəlif müsahibələrində, məişət hadisələrində səslənir, misal üçün, Muradın prezident haqqında şeiri əzbərləməkdən imtina etdiyi üçün məktəbdən qovulmaqla üzləşən oğlu Özgürün problemi Muradın məşuqəsi Şeylanın bir zəngi ilə aradan qaldırılır. Şeyla hakimiyyətin ideoloqu, xalq arasında Qebbels adlandırılan Siyavuş Orucun qızıdır. Onun zəngindən sonra Murad və oğlunun problemi o saat həll olunur.

Muradın çəkdiyi mənəvi əzabları və sosial həyacanaları, avtoritarizmin atmosferası və anatomiyası haqqında təsəvvür əldə etməyə kifayət edir, baxmayaraq ki, qəhrəman reallıqda yox öz xəyallarında yaşayır, və hətta etdiyi cinayətə görə həbsxanadan qurtulmaq üçün özünü dəliliyiə vururaq aparılan tədqiqat işlərini yanlış yola çəkməyə cəhd də edir. Avtoritarizmin dəhşətlərininin bu və buna oxşar olan düşüncələrdə əksi, romanda "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılmaması kimi real öldürmə hadisəsi ilə yanaşı təsvir olunur.

"Hər şey necə başaldı" və ya "Trivial reminsesnsiya" kimi proloqları keçdikdən sonra avtomobil qəzası nəticəsində yaddaşını itirmiş baş qəhrəmanının həyatında reallıqla arzu olunanın fantasmaqorik qarışığından ibarət hal, aydın qiymətləndirmə və amneziya baş verir, hadisələr beşinci fəsildə epiloq kimi yazılmış əlavədən sonra keçmiş avtoritarizm şəraitində tapdalanmış qanunlar və insan hüquqları işləyən normal bir dövlətdə cərəyan edir. Tədricən müxalifət də, qarşıdurmalar da öz-zünə zəifləyir, keçmiş yalnız kitablarda qalır, yeri gəlmişkən Muradda həmçinin: onu da ailəsi atır, həbsaxanada oturaraq gündəlik yazır, bu oxudğumuz roman da odur. Artıq bu roman iki dəfə nəş edilib, eləcə də yeni həbsxana qeydləri aparılır, yeni nəşrlər hazırlanır, və bununla yaxşı honorarlar qazanılır... Beləliklə, roman sona çatdırılır və cəmiyyəti amneziyaya salma, qəhrəman-despot, eləcə də siyasətə qarşı çıxan və tarixi mövcud hakimiyyətlə başlanmasına inanan xalqdan yorularaq zəifləyən qəhrəman-mübarizləri səciyyəvi hallarla aşağıya salmaqla sonlanır."


Tarix: 13.03.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 529 Bölmə: Kitablar elm