beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hipertoniya xəstələri dərmanları nə vaxt içməlidir?

Ürəkləri normada olmayan insanların dərmanları nə zaman qəbul etmələri çox mühümdür.

"The Globe and Mail" bildirir ki, kanadalı alimlər ürək çatışmazlığı və yüksək qan təzyiqinin müalicəsi üçün istifadə olunan APF ingibitorlarının yatmazdan əvvəl qəbulunu məsləhət bilirlər. Yəni həmin dərmanlar gündüz içilərsə, onların effekti plasebodan artıq olmayacaq.

Təbabətdə "xronoterapiya" anlanan məhfum var. Xronoterapiyaya görə, dərman preparatları insanın təbii ritmlərinə uyğun şəkildə qəbul olunmalıdır. Toronto və Gelf universitetlərinin alimləri də bunu nəzərə alıblar, çünki insanın ürək-damar sistemi də təbii ritmlərə uyğun işləyir. Belə ki, orqanizmdə qan təzyiqini səhər artır, gecələr isə aşağı düşür.

Hipertoniya xəstələrinin çoxunda yüksək təzyiq gecə ilə yanaşı, gündüzlər də müşahidə olunur. Buna rəğmən məhz gecələr yüksək qan təzyiqi daha ağır zərbələr vura bilər.


Tarix: 16.01.2015 / 12:20 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Kardiologiya