beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar niyə gec danışır və qorxaq böyüyür?

Uşaqların danışmaq qabiliyyətini necə inkişaf etdirmək?

Ana və uşaqların birlikdə oynadığı oyuncaqlar uşağın danışma müddətinə ətsir edir. Uşaqlar üçün hazırlanan teveviziya verilişləri və kompyuter oyunları uşaqların danışıq qabiliyyətinə mənfi təsir edir. Texnologiyanın təqdim etdiyi imkanlar və elm dünyanı sərhəd tanımaz şəkildə kəşf etsə də, 3 yaşına qədər uşaqlarda tv izləmək, kompyuter oyunları oynamaq, dil inkişafına mənfi ətsir edir.

Milli oyunlar artıq yaddaşlardan silinib. Bu oyunlar, əslində, uşaqlarda dil inkişafını sürətləndirir. Böyüklərin erkən dönəmlərdən uşaqlarla maraqlanması, onlarla danışması, dediklərini mimika ilə dəstəkləməsi uşağın danışıq qabiliyyətinə kömək edir. Uşaq valideyni təqlid edərək dili öyrənməyə başlayır. Xüsusən də ana tərəfindən deyilən sözlər uşaqların yadında daha yaxşı qalır və dil inkişafını müsbət istiqamətdə dəstəkləyir. Publika.Az Türkiyənin qadın saytına istinadən xəbər verir ki, kitab oxumaq da uşaqla söhbət etmək və oyun oynamaq qədər vacibdir. Valideynlər uşaqla danışmalı, dinlədiyini hiss etdirməlidir. Uşaq səslərə reaksiya verdiyi zaman daha çox cəsarətləndirməli, məmnuniyyət bəlli etmək lazımdır. Beləcə uşaq danışmağa həvəslənir.

Hansı oyun, ya da oyuncaqlar dil inkişafı üçün faydalıdır?
Mahnı oxumaq
Yanıltmac və bilməcə söyləmək
Oyuncaq telefon, mikrofon kimi danışa və mahnı oxuya biləcəyi oyuncaqlar
Nağıl danışmaq
Saymağı öyrətmək
Şəkilli kitab oxumaq, danışmaq və bu zaman sual vermək
Oyuncaq heyvanları ya da kuklaları danışdırmaq
Tv və ya kompyuter niyə zərərlidir?
Uşaqlar çox gec danışmağa başlayır.
Qorxaq olur və duyğularını ifadə etməkdə çətinlik çəkir.
Beyni daha gec inkişaf edir və diqqət əskiliyi yaşayır.
Görmə qabiliyyəti uşaq ikən zəifləyir.
Qaməti pozulur və köklük problemləri ortaya çıxa bilər.


Tarix: 06.01.2015 / 11:57 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Körpəyə qulluq