beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər yeni ananın bilməsi lazım olan 5 məlumat

1. Körpənizlə birlikdə evdən çölə çıxın
Əgər körpəniz sağlamdırsa, arada çölə çıxmaq həm sizə, həm də körpənizə yaxşı gələcəkdir. Xüsusilə açıq havada gəzmək əhvalınızın yüksəlməsinə köməkçi olar.

2. Hələ duş qəbul etmə şansınız var
Körpənizi tək başına buraxmaqdan qorxduğunuz üçün, evdə tək ikən duş qəbul etmək sizə xəyal kimi gələ bilər, amma inanın 5-10 dəqiqəlik bir duşun kimsəyə zərəri olmaz. Körpənizi də duşa alıb, ümid etdiyiniz qədər uzun olmasa da rahatca duşunuzu edə bilərsiniz.

3. Yeməyə çölə gedə bilərsiniz
Bu həm sizə, həm dəyoldaşınıza mənəvi verəcək. Körpənizi buraxacağınız kimsə yoxsa, onu da alaraq zövqlü bir axşam yeməyi yeyə bilərsiniz.

4. Körpənizi əmziklə qidalanmaq onu daha az sevdiyiniz mənasını verməz
Sinə uclarınız yara olmuş ola bilər ya da ətrafda başqaları varkən əmizdirmək istəmirsiniz. Hətta səhər tez oyanıb yoldaşınızın körpənizi yedirməsini istəmiş belə ola bilərsiniz. Burada qətiliklə problem yoxdur. Südünüzü sağın və buraxın,yoldaşınız gecə oyanıb körpənizi yedirsin.

5. Nə etdiyinizi bilirsiniz
Bir körpəyə baxmaq üçün lazımlı təchizata sahibsiniz, narahat olmayın. Ətrafda hər nə qədər ona necə daha yaxşı baxacağınıza dair təkliflər gəzmiş olsa da, əmin olun siz əlinizdən gələnin ən yaxşısını onsuz da edirsiniz.


Tarix: 05.01.2015 / 16:55 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Körpəyə qulluq