beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyvəndin uşaqlara faydaları və zərərləri haqqında

Uşağın immuniteti aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər.
Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immuniteti aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər.

Peyvəndin kənar təsirləri təhlükəlidir
Peyvəndlər aşağı temperaturda qızdırma, infeksiya yerində qızartı və şişkinlik kimi təsirlər yarada bilir. Bəzi peyvəndlər müvəqqəti olaraq baş ağrısı, başgicəllənmə, halsızlıq və iştahasızlıq meydana gətirir. Nadir hallarda rast gəlinən bu kənar təsirlər əndişəyə səbəb olsa da, peyvəndlər uşaqları ölümcül xəstəliklərə yaxalanmaqdan qoruyur. Allergiyaya meyilli uşağa peyvənd vurmaq olmaz.

Peyvənd erkən aparılmalıdır
Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından və onları bu xəstəliklərdən qorumaq üçün peyvənd erkən yaşlarda aparılmalıdır.
Peyvənd vurdurmamaq yaxşı fikir deyil. Çünki belə halda uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır. Tibbi səbəblər üzündən, eləcə də peyvəndə qarşı allergiyası olan uşaqların yolxucu xəstəliklərdən qorunması ətrafındakı insanların immunitet sisteminin möhkəm olmasından asılıdır.


Tarix: 05.01.2015 / 16:30 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Körpəyə qulluq