beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpənizin ünsiyyət inkişafını izləyin

Hər valideyn körpəsinin tez bir zamanda danışmağını istəyir. Həqiqətən körpənizin ilk sözünü eşitmək çox sevindiricidir! Amma bilməlisiniz ki, körpələrin danışma qabiliyyətləri öz sürətləriylə inkişaf edir. Hər körpənin ilk illərdəki inkişaf sürətləri özlərinə məxsus olur. Ancaq bu valideynlərin körpələrinin dil inkişafına dəstək olmasına və interaktiv bir mühit yaratmasına maneə deyil.

Bu yazıda ilk bir il ərzində edə biləcəyiniz sadə testləri paylaşacağıq. Əgər uşağınız bu testlərə cavab vermirsə eşitmə qabiliyyəti ilə əlaqədar olaraq pediatrla görüşməyiniz məsləhət görülür. İlk il ərzində qulaq infeksiyaları ilə qarşılaşmaq mümkün olsa da, davamlı təkrarlanan infeksiyalar körpənizin dil inkişafını maneə törədə bilər, unutmayın!
0 - 3 ay:
Mütəxəssislərə görə körpələr qarşılıqlı təsir içində olmaq istəyirlər və hətta özlərinə xas səslər çıxararaq bunu sınayırlar. Körpənizin ünsiyyət qurmağa çalışıb-çalışmadığını anlamaq üçün, ona yaxın məsafədə oturun və heç nə deməyin. Körpənizə ifadəsiz və sakit bir şəkildə baxın və ondan ünsiyyət qurmağa çalışdığını göstərən bir işarə gələnə qədər gözləyin. Səslər çıxarması, əlini ya da qolunu oynatması bəhs etdiyimiz işarələrdən biri ola bilər.
Körpənizin ünsiyyət inkişafını izləyin
4 - 8 ay:

Körpələr müəyyən sözləri seçərək bir dili öyrənərlər. Körpənizin sözlərin mənaları arasındakı fərqi anlamağa başlayıb başlamadığını, ona öz adı xaricində adlarla səslənərək və fərqli şəkillərdə vurğulayaraq öyrənə bilərsiniz.
Körpənizin sizi görə bilmədiyi, dönüb baxmalı olduğu bir yerdə dayanın və adını deyin. Sizə tərəf dönür mü? Əgər dönürsə üzündə boş bir ifadə yoxsa gözlənti dolu bir ifadə olduğuna diqqət edin. Sonra yenidən əvvəlki mövqeyinə qayıtmağını gözləyin və adını təkrar söyləyin. Bu dəfə reaksiyasının nə olacağına baxın.
İndi öz adına bənzəyən bir adla səslənin. Əgər adı çəkiləndə reaksiya verirsə və öz adını digər adlardan ayırd edə bilirsə demək ünsiyyət qabiliyyəti inkişaf edir.


9 - 12 ay:

Birinci ilin sonlarına doğru körpələr ünsiyyətə daha açıq olmağa başlayırlar. Aktiv bir şəkildə təmas qurmağa çalışırlar, ümumiyyətlə işarələrdən istifadə edir və müxtəlif səslər çıxarıb göz əlaqəsi quraraq məqsədlərinə çatırlar. Mütəxəssislərə görə bu dövrdə körpələr barmaqla işarə edərkən əslində barmağı yox hədəfdədiki obyekti ya da insanı göstərmək istədiklərini bildirirlər.
Körpənizin "barmaqla işarə" dən nə başa düşdüyünü öyrənmək üçün yaxın ətrafdakı bir obyekti göstərin amma televiziya ya da radio kimi səsli obyektləri seçməyin çünki bu vəziyyətdə körpəniz barmağınızı deyil də səsi təqib edə bilər. İndi körpəniz barmağınıza baxır, yoxsa işarə etdiyiniz obyektə? Və necə bir reaksiya verir?


Tarix: 03.01.2015 / 13:52 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Körpəyə qulluq