Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpə nə üçün ağlayır?

Ağlayan körpəyə yaxınlaşın. Uşağın çox möhkəm bələnmədiyinə , ona isti və ya soyuq olmadığına , gözünə gur işıq düşmədiyinə əmin olun. Bəlkə də körpənin oyanmasına səbəb hər hansı səsdir (televizor , zəng , maşın səsi və s.). Yaxud da yeməkdən sonra körpənin bezini dəyişmək yaddan çıxıb. Bəlkə onu yedizdirmək vaxtı artıq yetişmişdir. Fikirləşin körpənin gün ərzində hər şeyi ( yeməyi , yuxusu və s.) qaydasında olubmu?
Fərz edək ki , bütün bu sadaladıqlarımız körpəyə təsir etməyib. Onda ola bilsin ki , uşaq elə-belə qaraqışqırıq salır. Bu, daha tez-tez rast gəlinən haldır.
Ağlayan körpəni qucağa almaq lazımdırmı?
Körpə ağlayanda ona fikir verməmək və ya əksinə , onu dərhal qucağa almaq kimi mövqe düzgün sayılmır. Bu vəziyyətdən çıxış yolu var : ağlayan körpəni qucağa götürməyə tələsməyin. Yaxşı olar ki , onun çarpayısı üstündən rəgbərəng şaxşaxlı oyuncaq asasınız. Bu, ağlayan körpəni çox vaxt sakit edir.
Qucağa isə körpəni hər yedizdirmədən sonra ala bilərsiniz : balacanı dizlərinizin üstündə bir müddət saxlayıb onunla söhbət edin, onu oxşayın. Bu, körpənin əhval-ruhiyyəsini qaldırar, onun psixi inkişafına müsbət təsir edər.


Tarix: 03.01.2015 / 12:10 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Körpəyə qulluq
loading...