beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Doğum tarixilə uşağın xarakterini müəyyən et

Uşağınızın təzə dünyaya gəlməsinə baxmayaraq onun xarakterinin necə olacağını bilmək istəyirsiz? Beləliklə “tale rəqəmləri” sistemi ilə bunu reallaşdıra bilərsiz.Sizdən tələb olunan sadəcə olaraq rəqəmləri (doğum tarixi,ili və günü) toplamaqdır.
Nümunə:
Sizin uşağınız 9 dekabr 1989-cu ildə doğulub.
Rəqəmləri toplayırıq: 9 +1+ 2 +1+ 9 +8+ 9=39.Beləliklə tək rəqəm alınana qədər toplamağa davam edirik. 3 +9=12,1 +2=3. Deməli uşağın taleyinin nömrəsi 3-dür.

Doğum tarixilə uşağın xarakterini müəyyən et
Bir
“Bir işarəsi “altında doğulan uşaqlar doğulduğu andan xarakterini göstərməyə başlayırlar. Beş yaşında olan bu enerjisi mənbəyi sizin həyatınıza elə istiot qatacaq ki, özünüzü on il qocalmış hiss edəcəksiz. Onun çox enerjili,bütün günü oynamaqla başı qarışan uşaq olmağına baxmayaraq sizin sevginizə çox ehtiyacı var. Gün ərzində onunçün yeni oyunlar və təzə əyləncələr tapmalısız,əks halda tükənməyən enerjisi ilə bütün evi bir-birinə qata bilər.Belə uşaqlar kobud davranışı qəbul edə bilmirlər.

Doğum tarixilə uşağın xarakterini müəyyən et
İki
“İki işarəsi “altında doğulan uşaqlar hələ körpəliyindən hamını heyran edirlər. Ümumiyyətlə o, hərəkətli,adama yovuşan və mehriban olur.Bu uşaqlar etdikləri hər bir hərəkəti başqalarına xoş gəlmək üçün edirlər.Onlar çox vaxt valideynlərini heyfsləndirməməkçün hisslərini gizlədirlər.Nəticədə isə onlardan qabiliyyətli şəxsiyyət çıxır. Həssas və utancaq olan bu balaca tanımadığı bir şəxs gördükdə anasının arxasında gizlənir. Sakit, itaətkar, nəzakətli, zərif və canıyanan olan bu uşaqlar özlərinə qarşı sevgi tələb edirlər.Tərifləmə və səylərini qiymətləndirməni hiss etmədikdə valideynləri ilə münasibəti soyuyur.

Doğum tarixilə uşağın xarakterini müəyyən et
Üç
Belə uşaqlar körpəlikdən baxçanın ulduzu olurlar.Belə uşaqlar özlərinə həddən artıq diqqət tələb edirlər.Onlar bir qədər utancaq olurlar,lakin bu keyfiyyət onlara həyatda nəyəsə nail olmağa mane olmayacaq.Bu işarə altında doğulan oğlanlar “analarının sevimlisi”,qızlar isə “atalarının sevimlisinə” çevrilirlər.Belə uşaqlar böyüdükcə əks cinsin maraq obyektinə çevrilirlər.Əgər övladınız evdə yeganə uşaqdırsa,ideal uşaq keyfiyyətlərini özündə birləşdirəcək.Ailədə yeganə uşaq olmadığı halda adətən kaprizli olur.Övladınız məktəbə gedərkən müəllimlərin və sinif yoldaşlarının sevimlisinə çevriləcək.Onu hər bir yeni ideya həvəsləndirir.İdeya köhnəldikcə,həvəs də ölür.Vaxtınızı və hövsələnizi uşağınızın yolunda qurban versəz,bir neçə illərdən sonra bunun bəhrəsini görəcəksiz.

Doğum tarixilə uşağın xarakterini müəyyən et
Dörd
Dörd rəqəmi altında dünyaya gələn uşaqlar astatərpənməyi və həddindən artıq sakit olaqları ilə fərqlənəcəklər.Ancaq bu sizi narahat etməsin.Çünki,bu keyfiyyətlərlə metodikal şəxsiyyətə çevriləcək.O,özü və bacı,qardaşlarını əyləndirməyi bacaran, üzüyola uşaqdır. Uşağınız üzüyola olmaqı ilə bərabər həm də əliaçıq və sadəlövhdür. Kaprizli uşaq olmamağına baxmayaraq,həmişə valideynləri tərəfindən sevilməyi ni istəyir. Faktiki olaraq bu həssas, kiçik insan hər kəs kimi sevgini və diqqəti tələb edir, ancaq bunu heç vaxt valideynlərinə bildirmir. Həmçinin o həmişə istəyir ki,valideynləri yaxınlığında olsunlar.Onlar köməksiz qalmaqdan qorxurlar.Siz həmişə onlar üçün arxa və dayaq olmalısınız.


Beş
Əgər uşağınız beş rəqəmi oltında doğulubsa, sizin artıq idman zalına getməyə ehtiyac qalmayacaq. Siz artıq ev trenajoruna maliksiniz. Ana olduğun fikrə alışanacam, “balaca quldur” nəinki gəzməyə və danışmağa,hətta evinizdəki qiymətli əşyaları sındırmağa başlayacaq.
Əsas məsələni də unutmayın ki,5 rəqəmi həm də beş duyğu orqanının olmağına da işarə verir.Uşağınız gördüyü hər bir predmeti iyləmək,dadmaq,baxmaq və eşitmək istəyir. Belə uşaqlar mehriban görünməsələr də valideynlərinin qeydinə qalan olurlar. Uşağınızı hər şey çox tez bezdirir.O hətta eyni oyuncaqlardan da bezir.Beləki , belə uşaqlara bacı və qardaşa malik olmaq mütləqdir.


Doğum tarixilə uşağın xarakterini müəyyən et
Altı
Əgər uşağınız evdə tək uşaqdırsa, tələsin! Belə uşaqlar ancaq qardaş və bacıya malik olduqda özünü tamamlanmış hiss edirlər.Uşağınız mehriban olmağı ilə bərabər həm çox dəcəl və kaprizlidi. Onlar kimsənin qayğısına ehtiyac duyurlar, həmişə kiminləsə oynamaq istəyirlər. O sizi əsəbləşdirdiyi halda,tez də vəziyyəti yaxşılığa doğru dəyişməyi bacarır.
“Altı rəqəmi”altında dünyaya gələn uşaqlar həyatda çox erkən yaşlarından müstəqilləşir və müstəqil addımlar atmağa başlayır. Onun sevgisinə sevgi ilə cavab verin.Belə olduğu halda ömrünüzün sonuna qədər özünüzə dayaq qazanacaqsız.


Yeddi
Siz ilk dəfə uşağı görəndə, başa düşəcəksiniz ki, dünyaya başqalarına oxşamayan,qeyri-adi uşaq gətirmisiz. Bir qayda olaraq, "yeddi rəqəmi ” altında dünyaya gələn uşaqlar çox sakit olurlar. Əgər uşaq həddindən artıq temperamentlidirsə,sizi hefsləndirməliyik,çünki,o,bu siyahıda olan ən çətin uşaqdır. Belə uşaqlar onlarçün nəyin xoş,nəyin qeyri-xoş olduğunu xoş yaxşı bilir.Əgər övladınız nəyisə yeməyə imtina edirsə,onu məcbur etməyin.Çünki,buna nail ola bilməyəcəksiz.Bu uşaqlar çox hissiyyatlı olurlar.Belə övladlar körpəlikdən sizin keyfinizin olmadığını hiss edirlər. Çalışın bu uşaqları özündən çıxartmayasız.Çünki,küsdükləri halda onlar özünə qapanan və kinli olurlar.Belə uşaqların anaları çox diqqətli olmalıdırlar.Bacardığınlz qədər çalışın ki,onun rejimi dəyişməyəsiz.Bu balacalar rejimin və mühitin dəyişməsinə çox gec adaptasiya olunurlar.
Onu incəsənətə istiqamətləndirin!


Səkkiz
Yenicə doğulmuş bu uşağa baxdıqda başa düşəcəksiz ki,sizin övladınız ən mülayim uşaqdır.Ancaq bir müddət keçdikdən sonra elə düşünəcəksiz ki,bəlkə uşağınızı dəyişiblər?Ancaq böyüdükcə bu uşaqların xarakterləri çətin olmur.Əsas odur ki,valideynləri onu düzgün tərbiyə etməyi bacarsınlar.Hələ körpəliyindən ona evdə kimin böyük olduğunu hiss elətdirməlisiz.
“Səkkiz rəqəmi” altında dünyaya gələn uşaqlar özlərində qüvvə və hakimiyyət kimi keyfiyyətləri birləşdirir.Hələ balacalığından ona yaxşını pisdən fərqləndirməyi öyrənmək çox vacibdir. Belə uşaqlar çox qısqanc olurlar.Belə ki,ona həmişə digər uşaqlardan fərqləndirmədiyinizi sübut etməliz.Bu kiçik " ildırım parçası" çox tələbkar, şıltaq və dözümlüdür.
Doğum tarixilə uşağın xarakterini müəyyən et
Doqquz
Uşaq ən yaxşı müəlliminizdir. O böyüyənədək, siz ondan çox şey öyrənəcəksiz. Bu gözəl uşaq nəhəng cazibədar qüvvəyə, universal istedada və ən varlı təxəyyülə sahibdir. Körpə hər şeyi anlaması ilə sizi heyrətləndirəcək. Belə uşaqlar ailə problemlərini öz üzərinə götürürlər. Onlar niyyətlərini və fikirlərini tək-tək hallarda dəyişirlər.Əgər belə uşağı hər bir hərəkətində dəstəkləyib müdafiə etsəz,ona xoş sözlərlə sevginizi bildirsəz ,gələcəkdə yanınızda sizi sevən ürək və arxa hiss edəcəksiz.


Tarix: 03.01.2015 / 12:50 Müəllif: Aziza Baxılıb: 223 Bölmə: Körpəyə qulluq