beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gecə ağlayan körpələri necə sakitləşdirməli?

Körpəniz hələ də gecənin bir yarısı döş ya da əmzik üçün oyanıb yata bilmir? 3-4 aylıqdırsa, bunda bir problem yoxdur. Lakin 6 aylıqdırsa artıq yeməyə ehtiyacı olduğu üçün deyil, onda vərdiş halına gəldiyi üçün oyanır. Bu da valideynlər üçün pisdir. Gecənin yarısında artıq 6 aylıq körpənin ağlamasına oyanmaq hamını narahat edər.
Nə edəcəyik? Əslində körpənin gecə boyu ağlaması ac olduğundan deyil, yalnız vərdiş olduğu ağlayır. Buna görə də buraxın uşağınız ağlasın. Əvvəlcə qulağa olduqca pis gəlsə də, bir müddətdən sonra sakitləşəcək. İnanmaqda çətinlik çəksəniz də, onu ağlamağa buraxma üsulu ən yaxşı üsuldur. Bu üsul, onu narahat etdiyindən daha çox sizi narahat edər. Özünüzü dünyanın ən pis anası kimi hiss etsəniz də, bilin ki, ağlamaq onu incitmir, hətta bir müddətdən sonra yatmağı öyrəndiyi üçün onun faydasına etdiyiniz bir şeydir!


Tarix: 03.01.2015 / 12:34 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Körpəyə qulluq