beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dövri - İntihar

verse: PRoMete )
Təkliyini özünə dost et!
Dost hər şeyi tərk et, get!
Bir içində də bax bəlkə?
Neçə il axtarışında olduğun mənalı həyatı elə öz içində tapdın.
Sən qapana bilmədikcə sənin üzünə qapadılar qapıları!
Səkiləri dost saymayana qədər gecələri sevməyəcəksən!
Sevmədikcə gecələri, içinə dolan qocaman sualları çözməyəcəksən!
Dözməyəcəysən bəlkə də, bir gün bir xarabalığda özünə yer seçəcəksən
Bir kəndir və bir taburet hazır qoyacaqsan ki,
Bəlkə özümü öldürdüm bir gün lap bərk bezəndə deyə!
Amma gələndə buralara hər dəfə qulağın bənd olacaq bir küyə!
Və guya bu bəhanələrlə hər dəfə daha bir neçə günlük uzanacaq ömrün!
Yaşanacaq hər gün,
Sənə biruzəsi kimi gələcək yer üzərindəki zülmün!
Bu deyil düzgün!..

[deyil düzgün!]

(skit)
Yuxudan oyandım. Öldüm. Hər səhər yuxudan oyananda ölürəm.
Çox az evdən çölə çıxıram.
Bir gün otağımdan çölə çıxmağa qorxdum.
Artıq heç nə hiss eləmirəm.
Oyanıb ölmək istəmirəm!
İstəmirəm oyanıb ölmək!!!


(verse: AiD)
Bu gün hədəfim var, kəsmək amma bir az səlis!
Dağıdacam otağımı, amma bir az təmiz!
Arzum boğulmaq olsa, bəs edər mənə bir az dəniz!
Mənə verin kəniz! Həyatımın son dəqiqələri olsun.
Bir az qəliz, düşüncəsiz, məhkum, ölüm astanasında həyata həris.
Qırışlar və iz, tanış göz və üz.
Hər şey, hər an mənə deyir ki, kəs damarlarını! Sıx qollarını!
Turşutmadan üz-gözünü, söylə səlist-səlist!
Sevmirəm səni ey həyat!!!
Sən olmasan bəlkə olacam rahat!
Dizlərim tozlu küçəylə güləşən əllərim.
Mənadan uzaqda günlərim.
İndi günəşə çıxmaqdan daha çətindi yaxşı günə çıxmaq!
Əbədimi dünya, yoxsa bu da bir mif?!
Yaşamaq - yaşayıb yaşamın sonuna çıxmaq!
Həyat okeanında dərində rift.
Bir qurtuluş! İntihar da çox primitiv, elə həyat qədər!
Bəlkə həyat hədər?! Son qərar! Tək seçim - ilk tərif!


Tarix: 30.03.2015 / 10:19 Müəllif: Aziza Baxılıb: 342 Bölmə: Host