beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qalx Xalq

(Nəqarət)
Qalx Xalq! Qalx Xalq! (mühakimə)
Qalx Xalq! Qalx Xalq! (müdafiə)
Qalx Xalq! Qalx Xalq! (mübarizə)
Qalx Xalq! Qalx Xalq! (müharibə)


(verse:Qaraqan)
Mənim silahım qələm!
Mənim talehim döyüş!
Mənim düşmənim cəmiyyət!
Mənim söyüşüm gülüş!
Mənim həyatım qumar!
Mənim Vətənim məzar!
Mənim bənədim torpaq!
Mənim gözyaşım Xəzər!
Mənim bayrağım səma!
Mənim qəzəbim sizlər!
Mənim mübarizəm -
Nə qədər dözə bilir bu dizlər!
Mənim müdafiəm -
Məktəblər və küçələrdən!
Mənim müharibəm -
Hücuma keçirik gecələrdən!
Biz qara kapüşonlar!
Biz ümidsiz cavanlar!
Ölülər ölkəsində biz tək tük sağ qalanlar!
Həyat öyrədir cırmaqlamağı
Ölümün üzünü hərdən!
Ölüm öyrədir:
Həyat səhnə,
Gözlərimiz pərdə!
Mənim gücüm zəiflər,
Mənim zəifliyim güc!
Mənə çox dedilər ki,
Qaç bu ölkədən uzaq köç!
Mənim başçım idea,
Mənim ruhum materiya!
Neft dolu venalarda,
Şəhid qanı arteriya!

(Nəqarət)
Qalx Xalq! Qalx Xalq! (mühakimə)
Qalx Xalq! Qalx Xalq! (müdafiə)
Qalx Xalq! Qalx Xalq! (mübarizə)
Qalx Xalq! Qalx Xalq! (müharibə)


(verse:AiD)
Kimlərsə deyir ki bizim cəmiyyətimiz müqəddəsdi.
Kimlərsə deyir ki HOST`un missiyası zamana tərsdi.
Kimlərsə əlacsızdı - gələcəyi üçün bugünü satır!
Kimlərsə depressiyadan villasında özünü asır!
Kim deyir həyat oyundu, oyuncaqlar günlərimiz!
Kim deyir çox büküldü müdür önündə bellərimiz!
Kim deyir uzun illər bağlı qalıb gözlərimiz!
Gözlərimiz açıq bu gün, amma bağlı əllərimiz!
Kimdənsə dəstək almaq bugün yaltaqlıq sayılır,
Kim üçünsə dustaq olmaq indi azadlıq sayılır!
Kimlərsə cunqli cəmiyyətində özünə dost axtarır.
Kimlərsə özünü tapıb, bu adamları HOST axtarır!
Kimlərin mübarizəsi -
Kimlərin həyat tərzi!
Kimlərin fəlsəfəsi -
Kimlərin həyat dərsi!
Kimlərsə tab gətirir,
Kimlərinsə durur nəbzi!
Xalqımın gəlsin səsi!
Xalqımın gəlsin səsi!

(Nəqarət)
Qalx Xalq! Qalx Xalq! (mühakimə)
Qalx Xalq! Qalx Xalq! (müdafiə)
Qalx Xalq! Qalx Xalq! (mübarizə)
Qalx Xalq! Qalx Xalq! (müharibə)


Tarix: 30.03.2015 / 09:50 Müəllif: Aziza Baxılıb: 250 Bölmə: Host