beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (Quranı öyrənməyin fəziləti)

Uqba ibn Amir (r.a) belə rəvayət edir: “Biz Suffada olan vaxtı Peyğəmbər (s.a.v) (evindən) çıxıb belə buyurdu: “Sizdən hansınız hər gün heç bir günah etmədən və qohumluq əlaqələrini kəsmədən Buthana ya da Aqiqa gedib oradan iki dənə iri hürgüclü dişi dəvə gətirmək istəyər?” Biz: “Ey Allahın Elçisi, bunu hamımız istəyirik!” deyə cavab verdikdə, Peyğəmbər (s.a.v) belə buyurdu: “Sizdən birinizin məscidə gedib Allahın Kitabından iki ayə öyrənməsi və ya oxuması onun üçün iki dişi dəvədən xeyirlidir. Üç ayə, üç dəvədən, dörd ayə dörd dəvədən və oxunacaq ayələr o qədər saydakı dəvələrdən daha xeyirlidir.”


Tarix: 23.04.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Hedisler