Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerSəhih Qüdsi hədislər (Bədr Əhlinin Fəziləti)

İslamda ilk böyük döyüş olan Bədr döyüşündə iştirak edənlər.

Əbu Abdurrahmən əs-Suləmi deyir ki, mən Əli ibn Əbu Talibin (r.a) belə rəvayət etdiyini eşitdim: «Peyğəmbər (s.a.v) məni və Zubeyr ibnul-Əvvamı - atlı olduğumuz halda - (Məkkəyə doğru) göndərib dedi: «Filan baxçaya çatana qədər gedin. O baxçada bir qadın olacaq. O qadında Hatibin müşriklərə yazdığı məktubu var. Onu mənə gətirin!» Biz o qadına Peyğəmbərin (s.a.v) təsvir etdiyi yerdə, dəvəsinin üstündə gedərkən çatıb soruşduq ki: «Səndəki məktub haradadır?» O dedi: «Məndə məktub yoxdur». Biz onu da, onun dəvəsini də axtardıq. Zubeyr (r.a) dedi: «Mən heç nə görmürəm». Mən dedim: «Peyğəmbər (s.a.v) yalan danışmaz. Canım Ardı »

HedislerSəhih Müslim (“Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub apa

Abdullah ibn Məsud (r.a) bir kişinin Peyğəmbərin (s.a.v) yanına gəlib belə dediyini rəvayət edir: “Mən şəhərin ən ucqar tərəfində bir qadını müalicə edirdim. Onunla (cinsi əlaqəyə girmədən) yaxınlıq etdim.Bu mənəm və istədiyin hökmü mənə ver!” Ömər (r.a) ona dedi: “Allah-Təala sənin bu eybini örtdü. Sən də eybini örtsəydin?!” Peyğəmbər (s.a.v) ona cavab vermədi. O kişi qalxdı və getdi.Peyğəmbər (s.a.v) onun ardınca bir kişini göndərib onu çağırtdı və ona bu ayəni oxudu: “Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və Ardı »

HedislerSəhih Qüdsi hədislər (Qiyamət günü insanın əzakarının şahidlik etməsi)

Rəvayət edilir ki, Əbu Hureyra (r.a) demişdir: «Soruşdular: «Ey Allahın Elçisi , Qiyamət günü Rəbbimizi görəcəyikmi?» Allah Elçisi (s.a.v) soruşdu: «Günorta vaxtı bulud olmayanda günəşi görməkdə çətinlik çəkirsinizmi?» Dedilər: «Xeyr». O soruşdu: «Bulud olmayan gecədə bədrlənmiş ayı görməkdə çətinlik çəkirsinizmi?» Dedilər: «Xeyr». O, belə buyurdu: «Nəfsim Əlində olan Allaha and olsun ki, bu ikisindən birini görməkdə çətinlik çəkmədiyiniz kimi, Rəbbinizi görməkdə də çətinlik çəkməyəcəksiniz. Qiyamət günü Allah bir qul ilə qarşılaşacaq və ona belə deyəcək: «Ey filankəs, Mən sənə yaxşılıq etmədimmi? Səni başqaları arasında mövqe sahibi etmədimmi? Sənə evlilik nəsib etmədimmi? Sənə at, dəvə vermədimmi? Səni başqaları tərəfindən itaət olunan və Ardı »

HedislerMüxtəlif mövzulara dair seçilmiş hədislər

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Münafiqin əlaməti üçdür: Söz söylərkən yalan söylər, vəd etdiyi zaman sözündə durmaz, ona bir şey əmanət edəndə ona xəyanət edər” (Buxari 1/14; Müslim, HN. 107; Tirmizi 2766; Nəvəvi, Sünən, Beyrut 1986, 8/116, HN; 5021)

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Həlak edici yeddi şeydən çəkinin” “Ya Rəsulallah! Onlar nədir?” deyə soruşuldu. Rəsulullah buyurdu ki: “Allaha şirk qoşmaq, sehr etmək; bir haqq qarşılığı olmaq müstəsna, Allahın, qətlini haram qıldığı bir nəfsi (canı, həyatı) öldürmək, yetim malı yemək, faiz yemək, düşmənə hücum əsnasında müharibədən qaçmaq və zinadan uzaq olub, onu xatirindən belə keçirməyən müsəlman qadınlara zina Ardı »

HedislerSəhih Qüdsi hədislər (Daimi tövbə və istiğfara həvəsləndirmə)

Əbu Hureyra (r.a) demişdir: «Mən Peyğəmbərin (s.a.v) belə dediyini eşitmişəm: «(Bir dəfə Allahın qullarından) biri günah iş gördü və: «Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!» - dedi. Rəbbi dedi: «Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu bağışlayıram». Bu adam Allahın istədiyi qədər (günah işlətmdən) yaşadıqdan sonra yenə günah iş gördü və: «Ey Rəbbim, mən yenə günah iş gördüm, günahımı bağışla!» - dedi. Allah dedi: «Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu bağışlayıram». Bu adam Allahın istədiyi qədər yaşadıqdan sonra bir daha Ardı »

HedislerSəhih Qüdsi hədislər (Uca Allah bir bəndədə iki qorxu ilə iki arxayınşılığı cəm etməz)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) Uca Rəbbindən rəvayət edərək belə buyurur: «İzzətimə and olsun ki, quluma eyni zamanda iki qorxu və iki arxayınlıq verməyəcəyəm. Əgər bu dünyada Məndən qorxsa, Qiyamət günü ona əmin-amanlıq bəxş edərəm. Yox, əgər bu dünyada Məndən qorxmayıb arxayın yaşasa, Qiyamət günü onun canına vəlvələ salaram».

(İbn Hibban 640. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir.) Ardı »

HedislerSəhih Qüdsi hədislər (Övladın Valideynləri Üçün Bağışlanma Diləməsinin Fəziləti)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: « UcaAllah əməlisaleh qulunun Cənnətdə dərəcəsini artırır. O deyir: «Ey Rəbbim! Bu mənə hardandır?» Allah buyurur: «Övladının sənin üçün bağışlanma diləməsinə görədir».

(Əhməd 10611, 10618, 10890. Şueyb əl-Arnavut isnadını həsən adlandırıb.) Ardı »

HedislerSəhih Müslim (“İxlas” surəsini oxumağın fəziləti)

Əbu Darda (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Sizdən biriniz bir gecədə Quranın üçdə birini oxumağa acizdirmi?” (Səhabələr ): “Quranın üçdə biri necə oxuna bilər?” deyə soruşduqda, Peyğəmbər (s.a.v) belə buyurdu: “Qul huvallahu əhəd” Quranın üçdəbirinə bərabərdir!”

Aişə (r.a) belə rəvayət edir: “Peyğəmbər (s.a.v) bir kişini bölük başçısı olaraq göndərmişdi. O kişi yanındakılarla namaz qılarkən daimə “Qul huvallahu əhəd” surəsini oxuyardı. Onlar qayıtdıqda bunu Peyğəmbərə bildirdilər. Peyğəmbər (s.a.v) belə buyurdu: “Ondan nəyə görə bunu etdiyini soruşun.” Səhabələr o kişidən soruşdular. O, belə dedi: “Çünki “İxlas” surəsi əl-Rəhmanın sifətidir. Mən də onu oxumağı sevirəm.” Peyğəmbər (s.a.v) belə buyurdu: “Ona xəbər verin ki, Ardı »