Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların peyğəmbər (sav) tələbi

Əbu Səid nəql edir: Bir qadın Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Ey Allahın Rəsulu! Ancaq kişilər sənin elmindən faydalanırlar. Ona görə də xahiş edirik ki, bizə də bir gün vaxt ayırasan və Allahın sənə öyrətdikərini bizə də öyrədəsən". Peyğəmbər (s.ə.s) ona dedi: "Filan gündə və vaxtda filan yerdə yığışın". Onlar yığışdılar və Peyğəmbər (s.ə.s) Allahın ona öyrətdiyini onlara öyrətdi. Sonra Peyğəmbər (s.ə.s) onlara dedi: "3 uşaq itirən hər bir qadın uşaqları tərəfindən oddan xilas olunacaq". Onların arasından bir qadın durub dedi: "Ya Rəsulullah! Bəs iki uşaq itirən?". Qadın bu sualı iki dəfə təkrarladı. Peyğəmbər (s.ə.s) buyurdu: "Hətta 2, hətta 2, hətta2!" Əbu Hureyrə əlavə et ki, bu uşaqlar həddi-buluğa çatmamış olmalıdır. (Buxari)


Tarix: 23.04.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Hedisler
loading...