beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhihi Müslim

Səhihi Müslim (ərəb. صحيح مسلم‎‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan ("Kutubi Siddə"-dən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"-dən) biridir. Əhli Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilən ikinci kitabdır.

Müəllifi Müslimdir (h.q. 206-261) (M. 821-875). Əsərin əsil adı " Əl Müsnəd əs Səhih bi Nəqlil Ədli" olsa da müəllifinə nisbətlə "Səhihi Müslim" olaraq anılır.Mündəricat
1 Haqqında
1.1 Müəllif
1.2 Əsər
1.3 Nəşrləri
2 İstinadlar
3 Həmçinin bax


Haqqında

Müəllif

Əbul Hüseyn Müslim ibn Həccac ibn Müslim əl-Quşəyri ən-Nişapuri, ərəblərin Bəni Quşeyr adı ilə məşhur qəbiləsinə mənsub olub, Əhli Sünnə məzhəbinin ən məşhur alimlərindəndir. Müslim 821-ci ildə Mərkəzi Asiyadakı Nişapur şəhərində doğulmuşdur. Hədis toplamaq və bu sahədə təhsilini artırmaq üçün bir çox yerlərə səfər etmiş və İmam Buxari, Əhməd ibn Hənbəl, İsmayıl ibn Əbu Üveys, Məhəmməd ibn Yasar və b. alimlərdən hədis öyrənmişdir. Və həmçinin Tirmizi, Yəhya ibn Səid, Məhəmməd ibn Məhləd, İbrahim ibn Məhəmməd ibn Süfyan, Məhəmməd ibn İshaq ibn Hüzeymə və b. alimlər ondan hədis nəql etmişlər

Əsər

Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Təkrarları çıxmaq şərtilə kitabda 3033 hədis var. Ümumilikdə isə kitabda 7275 hədis var[1].

Səhiheynin ehtiva etdiyi hədislər haqqında İbni Salah (h.q. 577-643) bunları demişdir :

"Bizə Hureyb-dən rəvayət olundu. Deyib ki : Əbu Züratə ər-Razi-nin yanında idim. Deyərkən Müslim ibn Həccac gəldi və ona salam verərək bir müddət oturdu. Müzakirə etdilər. Getmək üçün qalxdığı zaman mən Əbu Züra-ya :

Səhih adlı kitabda dörd min hədis toplayan bu zatmıdır ? dedim.

Əbu Züra geriyə qalanını kimə qoydu ? dedi.

İbni Salah (577-643) deyir ki : Əbu Züra (h.q.?-164) bununla Müslim-in kitabında təkrarsız olaraq dörd min əsil hədis olduğunu anlatmaq istəmişdir. Buxari-nin kitabı üçün də təkrarları xaric, dörd min hədis ; təkrarları ilə birlikdə 7275 hədis ehtiva etdiyini söyləmişdir."

Kitabları (Bölmələri)

Nəşrləri

Kitab Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub :
"Səhih Muslim və şərhi", İmam Əbul-Huseyn Muslim ibn Həccac ibn Muslim əl-Quşeyri ən-Nisaburi (206-261 h.q.), Ərəb dilindən tərcümə edən: Əlixan Musayev, I cild

Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub :


Tarix: 24.02.2013 / 17:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 543 Bölmə: Hedisler