beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminin dünyaya baxışı

Peyğəmbər(səllallahu aleyhi və səlləm) demişdir : "Mənim bu dünyada olan məsəlim, ağacın kölgəsində dincəlib sonra yoluna davam edən müsafirin məsəlinə bənzəyir." (Sünən ən-Nəsai)

İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) mənim çiynimdən tutub dedi: "Dünyada bir qərib yaxud bir müsafir kimi ol!"
İbn Ömər (r.a) deyərdi: "Axşama çıxdıqda, səhərə sağ qalacağını və səhərə çıxdıqda axşama sağ qalacağını gözləmə. Xəstələnənədək sağlamlığından və ölənədək həyatından istifadə et!" (Sünən Əbu Davud)

Peyğəmbər(səllallahu aleyhi və səlləm) demişdir : “Bilirsinizmi ən ağıllı mömin kimdir?” “tez-tez ölümü fikirləşən, buna hazırlıq görən insan!” (Səhih ət-Tərğib vət Tərhib)

Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir kişiyə nəsihət edib demişdir: "Beş şey gələnədək beş şeydən istifadə et! Qocalanadək cavanlığından, xəstələnənədək sağlamlığından, kasıblayanadək var-dövlətindən, məşğul olanadək boş vaxtlarından və ölənədək həyatından!" (Mustədrək, Hakim)


Tarix: 22.04.2013 / 21:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Hedisler