beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rasulullahın (sallAllahu aleyhi və səlləm) tövsiyyəsi

Əbu Nəcih əl-İrbad ibn Sariyə (radıyAllahu anhu) buyurur:
- Rəsulullah (sallAllahu aleyhi və səlləm) bizə elə bir təsirli öyüd-nəsihət verdi ki, qəlblərimiz qorxudan titrədi və gözlərimiz yaşardı. Dedik:

- Yə Rasulullah! Bu vidalaşanın öyüd-nəsihətinə bənzəyir. Bizə nə tövsiyyə edirsən?

Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu:
- Sizə Allahdan qorxmağı, bir həbəşi köləsi sizə əmirlik etsə belə, ona tabe olmağı tövsiyyə edirəm. Sizlərdən yaşayan olsa, çoxlu ixtilaflar görəcəkdir. O zaman mənim və haqq yolda olan Raşidi xəlifələrin yolu ilə gedin. Azı dişlərinizlə bu yollardan yapışın. Bidətlərdən çəkinin. Çünki hər bir bidət zəlalətdir.


Tarix: 22.04.2013 / 21:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 125 Bölmə: Hedisler