beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləliyin dad şıltaqlığı

Hamiləlikdə elə şıltaqlıqlar, qəribəliklər olur ki, məsələn, qışın oğlan çağında birdən xanımlar çiyələk istəyir. İndiki vaxtda bu çətin ol­masa da bu halda hər kişi həmin arzunu ye­rinə yetirmək üçün mağaza və bazarlara qaçmalı olur.
"Dad şıltaqlığı" necə yaranır? Bu məsələyə bir neçə təklif vardır. Sözsüz ki, bir sıra şıltaqlıqların yaranmasına hormonlar səbəb olur. Dünyada tanınmış həkim Mişel Qlismanın demişdir: "hamiləliyin ilk üç ayında orqanizmdə baş verən bu qeyri-adi, ekssentrik hormonlar dad qəribəlikləri əmələ gətirir". Amma bu qəribəliklərin hamısının hormonların təsirindən yaranmasını fikirləşmək sadəlövhlük olardı.
hamilə qadının dad şıltaqlığıBir çox alimlər belə hesab edirlər ki, hamilə qadınların bu kimi qəribəliklərində orqanizmin "müdrikliyi" təzahür edir. Məsələn, qəflətən südə qarşı yaranan tələbat onu bildirir ki, sizdə kalsium çatışmır və orqanizm С vitamini tələb edir. Şokolada qarşı həvəs əsasən hamiləliyin ikinci yarısında başlayır ki, bu da orqanizmin çoxlu miqdarda kaloriyə ehtiyacını bildirir. Yeri gəlmişkən, südə, meyvəyə, şoko­lada və turşuya qoyulmuş ərzaqlara həvəs əsasən "dad şıltaqlığı" olan hamilə qadınlar arasında daha geniş yayılmışdır. - Turş qidaya həvəs hamiləliyin ikinci və üçüncü üçaylıqlarında baş verir. Şirin şeylərə həvəs olduğu kimi "turşməzə" yemək həvəsi də qadınlara öz rasionunu formalaşdırmağa kömək edir ki, bu da daha çox müxtəlif xeyirli maddələrin və kalorilərin alınması deməkdir. Meyvələr özündə həm turş, həm də şirin dadları əks etdirdiyindən hamilə xanımlar arasın­da daha çox sevilir.
- Duzlu qidaya daha çox üstünlük vermə, əsasən də marinadlaşdırılmış xiyar və kələmə qarşı olan həvəs və həssaslıq da tibbi cəhətdən öz izahını tapmışdır. Hamiləlik vaxtı əhəmiyyətli dərəcədə qan artır ki, bu da natriuma tələbata gətirib çıxarır.
- Birinci üçaylıqda əksər vaxtlar acı tərkibli yeməklərə qarşı nifrət hissi əmələ gəlir. Alimlər hesab edirlər ki, bir sıra meyvələr və zəhərli bitkilər acı dada malik olduğundan bu təkamül müdafiəsidir. Acı dada qarşı belə yüksək həssaslıq rüşeymin əsas inkişaf dövrü olduğundan hamilə qadınları zəhərli və zərərli meyvələrin, alkoqolun, kofenin qəbul edilməsindən qoruyur.
Bir qrup alimlər isə hesab edirlər ki, hamiləlikdə dadın dəyişilməsi heç də müəyyən mad­dələrin çatışmamazlığından asılı deyil; müstəsna psixoloji xarakter daşıyır. Bu nəzəriyyənin öz məntiqi mənası var - hamilə qadın bütün qida qrupuna deyil, hansısa spesifik meyvəyə meyl göstərir. Məsələn, onlar yalnız apelsin istəyirsə, deməli onu nə kivi, nə də qreypfrutla əvəzləmək mümkün deyil. Daha doğrusu, dad qəribəliklərində hər iki - fiziolojil və psixoloji faktor günahkardır.


Tarix: 26.11.2014 / 16:21 Müəllif: Aziza Baxılıb: 157 Bölmə: Ginekoloq Meslehetleri