Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlikdən sonra kiloların atılması

Qidalanmağınıza diqqət edərkən həm südünüzü artıra bilər, həm də hamiləlik kilolarınızdan xilas ola bilərsiniz!

9 ay həyəcanla gözlədiyiniz körpənizi qucağınıza götürdünüz. Ancaq bir tərəfdən də körpəmi südümlə bəsləyə biləcəyəmmi və hamiləlik dövrü boyunca aldığım kilolardan xilas ola biləcəyəmmi narahatlığı da başlayır.

Hamiləlik müddətindəki qidalanma südünüzün kafiliyini təyin edir
Hamiləlik müddəti həyatınızda düzgün qidalanmanın ən əhəmiyyətli mərhələlərindən biridir. Bu dövrdəki qidalanma həm sizin, həm də körpənizin sağlamlığı üçün nə qədər əhəmiyyətlidirsə, doğum sonrası müddət də bir o qədər əhəmiyyətlidir. Körpənizi əmizdirməyə başladığınız dövrdə 2 hədəf olur: birincisi və ən əhəmiyyətlisi körpənizi ən yaxşı şəkildə qidalandırmaq; ikincisi isə hamiləlik müddəti ərzində aldığınız kilolardan canınızı qurtarmaq…

Əslində bunu rahat şəkiləd tətbiq edib istədiyinizə nail ola bilərsiniz. Südünüzün keyfiyyətini artıracaq qidaları nizamlı şəkildə istehlak edərkən eyni zamanda uşaq əmizdirdiyiniz üçün sürətlə və çox kilo verə bilərsiniz. Çünki əmizdirmə zamanı bədəninizin xərclədiyi enerji, normal dövrdən daha çox olur. Əmizdirdiyiniz hər gün kilonuzdan 500 kalori xərcləyərsiniz. Bu həm də sizin sağlamlığınız üçün faydalıdır.

Südünüzü artırmaq istəyirsinizsə
Gündəlik maye istehlakınız 3 — 4 litr səviyyəsində olsun. Beləcə südünüzün miqdarı və keyfiyyəti artar. Süd, su, cökə, bitki çayları, meyvə şirəsi, az şəkərli kompotlar için. Xüsusilə də, qəbizliyə qarşı maye qida istehlakı baxımından əhəmiyyətli olan üzüm, heyva, kompotlarının içilməsi südünüzün artmasına yaxşı təsir edəcək.
Artan zülal və dəmir ehtiyacınızı hər gün qaynadılmış yumurta, pendir və qatıqla qarşılayın.

Bu qidalardan uzaq durun!
Əmizdirmə dövründə yeməklərlə birlikdə alınan dəmirin istifadə edilməsinə maneə törədən çay və qəhvənin istehlakını mümkün olduqca azaldın. Çay yerinə təzə sıxılmış meyvə sularını seçin.

Hamiləlik dövründə olduğu kimi əmizdirmə dövründə də həddindən artıq duz istehlakından çəkinin.
Xəmir, şirin, unlu məhsullar, plov, makaron, çörək kimi kalorisi yüksək yeməklərdən uzaq durun.

Tərəvəz və meyvə nə qədər çox yesəniz, hamiləlik dövründə aldığınız kilolardan bir o qədər tez xilas ola bilərsiniz.
Lakin qətiyyən tərləmə, tez-tez duşa girmək və idman növləri ilə məşğul olmayın. Çünki südünüz azala bilər və nəticədə körpənizi süni qidalarla bəsləmiş olarsınız. Normal doğuş keçirmisinizsə, xüsusi birpəhrizə ehtiyac yoxdur. Bunun üçün bol maye qəbul etməyiniz qida faydalı olacaq.

Kesrlə doğum keçirmisinizsə, ilk gün yalnız maye qidalarla bəslənməlisiniz. Daha sonra bağırsaq hərəkətlərinizin normala düşməsilə (bu müddət ümumiyyətlə 2 — 4 gün arasında dəyişər) yumşaq qidalara və ya normal qidalanmaya keçə bilərsiniz.


Tarix: 26.11.2014 / 15:41 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Ginekoloq Meslehetleri
loading...