beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Frigidlik haqqında

Frigidlik nədir?
Frigidlik (cinsi soyuqluq) - qadınlarda cinsi marağın, seksual hissiyatın və orqazmın olmamasıdır. Bəzi hallarda isə cinsi münasibətlərə nifrət kimi də özünü büruzə verir. Adətən cinsi soyuqluğun 4 tipi müəyyən olunur.
1. Gecikən orqazm
Cinsi hissiyyatlar heç də bütün qadınlarda eyni cür inkişaf etmir. Bəzilərində bu hisslər tez başladığı hallarda bir qisim qadınlarda gecikmiş orqazm baş verir. Uşaq dünyaya gətirdikdən sonra problem aradan qalxır. Bu cür qadın frigidliyi (retardasion – kecikmiş) xoşbəxtlikdən keçici xarakter daşıyır.
Nə ilə xarakterizə olunur.

Cinsi akta laqeydlik. Sizə sadəcə xoş ola bilər, lakin orqazm baş verməyəcək Seksdən sonra da laqeyd münasibətiniz davam edəcək. Siz sadəcə sevgilinizə həzz bəxş etdiyiniz üçün özünüzü xoşbəxt hiss edəcəksiniz.
Qeyri-stabil menstrual sikl.
Xarakterdə passivlik, utancaqlıq. Frigidliyə görə əsəb gərginliyinin olmaması. Siz bu haqda heç düşünmürsünüz, çox sakitsiniz. Əslində bu düzgün yanaşmadır.
Proqnoz: bu problem hamiləlik və doğuşdan sonra aradan qalxacaq. Əgər partnyorunuz yaradıcıdırsa, o zaman bəxtiniz gətirəcək.

2. Müvəqqəti frigidlik
Müvəqqəti frigidlik adətən bəzi xəstəliklərdən sonra yarana bilir. Məsələn:

Cinsi xəstəliklər
Qadın cinsi orqanların yaxşı inkişaf etməməsi
Doğuşdan sonra uşaqlıq yolunun böyüməsi
Hormonal çatışmamazlıq və endokrin pozğunluq
Onurğa və ya beyindəki xəstəliklər
Depressiya
Hətta vitamin çatışmamazlığı və ya xroniki yorğunluq cinsi marağı zəiflədə bilər. Lakin ginekoloji xəstəliklərə görə yaranan frigidlikdə erogen nayihələrdə hissiyat, həmçinin cinsi yuxular baş verir.
Proqnoz: bu növ frigidliyin baş vermə səbəbi aradan qalxdıqdan sonra normal seksual həyata qayıtmaq mümkün olur.

3. Merlin Monro sindromu (psixogen frigidlik)
Merilin Monro sindrom
Sekslə bağlı hər hansı xoşagəlməz uşaqlıq duyğuları ona gətirib çıxarır ki, həddi-buluğa çatmış qız seksi ləyaqətsiz hesab edir. Buna misal olaraq Norma Cin Beykeri (Merlin Monro) göstərmək olar. Onu uşaqlıqda bir neçə dəfə zorlayıblar. O, özündə mümkün olan hər şeyi dəyişdi. Bədən formasından tutmuş adına qədər. Lakin həyatının sonuna kimi intim həyata qarşı laqeyd qaldı. “Əgər mən nə vaxtsa insanların sekslə bu cür maraqlandığını anlasam bəxtim gətirəcək. Şəxsən mənim həyatımda seks adi ayaqqabı təmizləmək qədər yer tutur.” – Merlin Monro deyirdi.
Psixogen frigidliyin yaranma səbəbləri də çoxdur. Güclü psixoloji travmalar (seksual sahəyə aid)

Həddən artıq ciddi tərbiyə
Zorlama
Bakirəlikdən ağrılı məhrum olma
Cinsi partnyorun ideala uyğun gəlməməsi
Sevmədiyin insanla nikah
Münasibətlərin möhkəmliyinə inamsızlıq
Psixoloji frigidlik zamanı qadınlarda güclü ehtiras baş verir, lakin orqazm olmur. Bu cür frigidlik həmçinin konkret insana qarşı da yönələ bilər.
Proqnoz: müalicə yolu münasibətlərə yenidən baxmaqdır. Ən yaxşı yol psixoterapevt və ya seksopatoloqa müraciət etməkdir.

4. Anadangəlmə soyuqluq
Genetik frigidliyin səbəbi mütəxəssislərə məlum deyil. Ola bilsin ki, bunun səbəbi psixoseksual funksiyaların anadangəlmə çatışmamazlığıdır. Musiqi duyumu və ya bədən elastikliyinin olmaması kimi bir şeydir. Bu cür qadınlarda heç bir başqa problem yoxdur. Onlar tam normal həyat yaşayırlar, ana olurlar. Onlar tam məmnunluğun nə olduğunu da bilmirlər. Sadəcə “ər” onlar üçün cəmiyyətin tələbidir.
frigid,cinsi əlaqəyə meyli olmayan qadın,həvəssiz qadın
Genetik frigidliyin əsas səbəbləri

Cinsi orqanlar qıcığa reaksiya vermir, buna görə də frigid qadın heç vaxt masturbasiya ilə məşğul olmur.
Erotik yuxular görmür. Hətta uzun sürən oxşamalar zamanı uşaqlıq yolunda maye ifraz olunmur.
Menstrual sikldə də müəyyən problemlər meydana çıxır.
Proqnoz: optimal çıxış yolu mütəxəssisə müraciət etməkdir. İnternetə əsasən diaqnoz qoymaq düzgün deyil.


Tarix: 26.11.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 332 Bölmə: Ginekoloq Meslehetleri