beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar üçün sağlam qida

Doğru seçilən qidalar ilə həm sağlam, həm fit, həm də gənc qalmağın mümkün olduğunu söyləyən super qida təklifi və bunların faydalarını sıraladı...

Brokoli:

Xüsusilə dəri sağlamlığı üzərində müsbət təsiri olan brokoli, antioksidan xüsusiyyəti ilə dəri yenilənməsini sürətləndirir və yaşlanmağı gecikdirir. Dərimizdəki göyərmə və çürümənin qarşısını alır, xərçəngə qarşı qoruyur. Acne meydana gəlməsini önləyər, dəri quruluğunu azaldar. Bunun yanında mədə və bağırsaq sistemimizin təşkilinə də müsbət təsirləri vardır.

Kök:

A vitamini məzmunu yüksək olaraq bilinən kök, həm sinir sistemi həm göz, həm də dərimiz üçün olduqca əhəmiyyətli bir qidadır. Dəriyə parlaqlıq verir, nəm qazanmasını təmin edər və yenilənməsinə köməkçi olar. Qəbizliyə yaxşı gəlir, ürək dostudur və iltihabının xəstəliklərdə təsirlidir.

Kivi:

Kivi həm bədənə xoşbəxtlik verən seratonin hormonunun ifraz olunmasına köməkçi olur, həm də dərini gözəlləşdirir və qidalandırır, kolestrerol salıcı və təzyiq salıcı təsirləri var. C vitamini məzmunu yüksək olan kivinin məzmunu hüceyrə DNT'sini qoruyar, qan şəkəri tənzimlənməsinə köməkçidir.

Bütün qırmızılar:

Qadınların pomidor, qan portağalı və qarpız kimi likopen zəngini qidaları həftədə üç - beş dəfə istehlak etmələri tövsiyə edilir. Güclü bir antioksidant olan likopenin kişilərdə prostat xərçəngi riskini azaltdığı kimi, qadınlarda da məmə xərçəngi riskini azaltdığını ortaya qoyan yeni araşdırmalar var.

D vitamini ilə az yağlı süd və ya portağal suyu:

Qadınların gündə müəyyən miqdarlarda D vitamininə ehtiyacı var. Kalsiumun sümüklərə faydalı ola bilməsi üçün bağırsaqlardan sovrulmağı lazımdır. D vitamini qəbulu qadınlarda kalsium itkisi səbəbiylə sümük qırılmalarına qədər mənfi nəticələrə yol aça bilən osteoporozu yanında şəkər xəstəliyi, çox skleroz (MS), sinə, kolon və yumurtalıq xərçəngi risklərini də azaldır. Kaliforniya universitetində edilən araşdırmalar D vitaminin bağırsaq və yumurtalıq xərçəngini tədbirə potensialı olduğunu ortaya çıxardı.


Tarix: 22.11.2014 / 16:13 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Ginekoloq Meslehetleri