beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi Ginekoloji meslehetler

Ginekoloji meslehetler

Qeyd edek ki, evlilikden önce “tibbi müayine” adlı meqalemizde her iki cins üçün nezerde tutulmuş esas müayineler qeyd olunub, bezileri haqda ise daha geniş melumat verilib. İndi ise xanımlarımız üçün daha maraqlı ve lazımlı olan evlilikden önce ginekoloji meslehetler haqda danışacağıq. Evlilikden önce dedikde ise bu elbette bizim ve şerq xanımları üçün nezerde tutulub, çünki bildiyiniz kimi yalnız şerq ölkelerinde, xanımların ekseriyyeti evlilikden sonra ilk defe intim elaqede olurlar. Bu ise her bir xanımın heyatında vacib meqamlardan biridir. Nezere alın ki, bu meqaleni mehz bizim xanımları nezere alaraq yazırıq. Bizim xanımların ekseriyyeti, evlilikden bir neçe ay keçmiş artıq uşaqlarının olmasını isteyirler, bunu ya özleri, ya qohumlarının tekidi, ya da valideynlerinin neve sahibi olmaq istemeleri ile elaqelendirirler. İlk növbede uşaq haqda yox, öz sağlamlığı haqda düşünmek lazımdır. Her iki teref sağlam olduqdan sonra ise uşaq dünyaya getirmek de bir problem yaratmır. Ona göre de ilk növbede “tibbi müayine” adlı bölmemizde olan müayinelerden keçmeyi meslehet görülür. Odur ki, eger aile quran kimi sizin üçün uşaq dünyaya getirmek vacibdirse, en azından qadın cinsiyyet orqanlarının ultrases müayinesi, xarici müayine, müxtelif infeksiyaların olub-olmadığın müeyyenleşdirmelisiniz. Nezerinizde saxlayın ki, hamile qala bilmemek tekce xanımın her hansı bir problemi olduğunun göstericisi deyil. Yoxlamaya getdikde her iki teref yoxlanılmalıdır. Bu xüsusile de bizim “Mende ne problem olacaq?! Men sağlam kişiyem”-deyen, eslinde ise belke de “infeksiya menbeyi” olan orqanizmi ile xanımını da yoluxduran kişilerimize aiddir. Size heyatdan götürülmüş, mehz bizim şeherimizde baş veren bir hadise haqda yazmaq isterdim… Bir xanımla bey evlenmeye hazırlaşırlar. Xanım özü artıq lazımlı müayinelerden keçmiş olur. Bunu da öz gelecek heyat yoldaşından teleb edir. Eks cins ise onda heç bir xesteliyin olmadığını tekid ederek yoxlamadan keçmek istemir (yuxarıda qeyd etdiyimiz kimi). Xanım ise qeti olaraq bununla razılaşmır. Neticede beyimiz yoxlamadan keçmeli olur… Sizce neticesi?????? Gelecek aile başçısının sen deme, QİÇS ( rusca SPİD ) xesteliyine yoluxduğu aydınlaşdırılır ve o buna inanmayaraq xarici bir ölkede yeniden müayine keçmeye yollanır, netice ise eyni olur… İndi tesevvür edin, bu qurulacaq ailenin sonu hansı facie ile neticelenecekdi, eger xanımın tekidi olmasaydı. Heç birimiz bele hadiselerden sığortalanmamışıq. Sağlamlıqsa insanın sahib olduğu en qiymetli deyerdir. Odur ki, meslehetlerimizi diqqetden qaçırmayın.


Tarix: 20.11.2012 / 05:28 Müəllif: [Ram] Baxılıb: 2646 Bölmə: Ginekoloq Meslehetleri