Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonsuzluq haqqında miflər

Statistikaya inansaq dünya əhalisinin 20%-ə yaxını bu və ya digər səbəblərə görə sonsuzluqdan əziyyət çəkirlər. Ancaq təəssüf ki, hələ də hamı bu məsələdə rasional düşünmür, müxtəlif fərziyyələrə və hətta xurafata da uyurlar və nəticədə bəzi ciddi problemlər öz həllini tapmaqda çətinlik çəkir. Bu isə əssasız boşanmalara və qalmaqallara rəvac verir. Bəs sonsuzluqda mifləri və həqiqəti ayıran sərhəddi necə tapmaq olar?

1-ci mif. Sonsuzluq qadınlara xas xəstəlikdir.
Ta qədimdən formalaşmış bu fikir təəsüf ki, günümüzdə də aktualdır. Əslində isə kişilər sonsuzluq statistikasına görə heç də qadınlardan geri qalmırlar. Sonsuz cütlüklərin ayrılamsından sonra “sonsuz” qadınların dünyaya uşaq gətirmələrinə və “problemsiz” ərlərin təkrar nikahdan belə uşağının olmamasına minlərlə nümunə gətirmək olar.

2-ci mif. Sonsuzluq irsi xəstəlikdir.
Əslində isə qadının nəslində sonsuz və ya uzun muddət hamilə qala bilməyən qadınların olması xəstəliyin irsi xarakter daşımasına dəlalət etmir. Odur ki, hər bir sonsuz qadına fərdi qaydada yanaşılmalı və müalicə edilməlidir.

3-cü mif. Sonsuzluğa valideynlərin qan qruplarının uyğun gəlməməsin də səbəb olur
Rezus faktorların uygun gəlməməsi sonsuzluq yarada bilməz. Bu ən pis halda uşağın düşməsinə və ya sağlamlığına təsir edə bilər.

4-cü mif. Sonsuzluqdan heç vaxt uşagı olmayanlar əziyyət çəkir.
Bu əsla belə deyil. Tibbə bir neçə uşağın olmasından sonra yaranan sonsuzluq faktları məlumdur. Bunun səbəbləri isə çox müxtəlif ola bilər.

5-ci mif. Qadının heç nədən şikayəti yoxdursa və ginekoloq problemə rast gəlmirsə o sonsuz ola bilməz.
Əslində isə qadında elə gizli xəstəliklər ola bilər ki, həkim onu adi müayinə zamanı görməyə bilər. Bəzən belə gizli xəstəliklər təsadüf nəticəsində müalicə olunduqdan sonra qadınların gözlənilmədən hamilə qalma hallarına rast gəlinir.

6-ci mif. Aybaşı siklinin pozulması sonsuzluq yarada bilər.
Kliniki yoxlamalar sübut edib ki, aybaşı siklinin pozulması (onun tamam kəsilməsi istisna olmaqla) və ya ağrılı keçməsi döllənməyə heç cür təsir etmir. Bu pozuntular adətən endometriozda hər hansı bir problemi olmasına işarədir. Döllənmədə isə əsas faktor aybaşının 12-14-cü günlərində yetişmiş toxum hüceyrələrinin yumurtalıqdan çıxmasıdır.

7-ci mif. Kişinin dölləndirmə qabiliyyəti spermasının həcmindən və tərkibidən asılıdır.
Bu da yanlış fikirlərdən (aktiv spermatozoidlərin 0-a bərabər olamsı istisnadır) biridir. Çünki spermanın tərkibi və həcmi daim dəyişir. Buna kişinin səhhətindən tutmuş, sonuncu cinsi əlaqənin vaxtına və ya onun hər hansı bir dava-dərman qəbul etməsinə qədər müxtəlif amillər təsir göstərir.

8-ci mif. Qeyri-müntəzəm seks sonsuzluq yaradır.
Sonsuzluq seksual aktivliklə elə də sıx əlaqəli deyil. Döllənmə üçün sekslə müntəzəm məşğul olmaq elə də vacib deyil. Çünki qadın orqanizminə düşmüş sperma aktivliyini 48-saatdan 72-saata qədər saxlaya bilir. Döllənmə isə yalnız yumurtalıqlar yetişib partladıqdan sonra mümkün olur.

P.S. Unutmayın ki, sonsuzluq genetik, psixoloji, seksual və sairdən daha çox tibbi problemdir. Sonsuzluq haqda isə evliliyin ilk 2 ili ərzində hamiməlik yaranmadığı halda düşünmək lazımdır. Sonsuzluğun əsl səbəblərini ayırd etmək üçünsə cütlüyün hər ikisinin tam müayinə olunması zəruridir.
Mənbə tibb.az saytına istinadən hazırlanmışdır.


Tarix: 26.11.2014 / 15:48 Müəllif: Aziza Baxılıb: 147 Bölmə: Ginekoloq Meslehetleri
loading...