Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlikdən qorunma üsulları

Insanlar lazım olduqda müxtəlif üsullardan (kontraseptiv) istifadə edərək hamiləliyin qarşısını alırlar. Bunun üçün müxtəlif səbəblər, o cümlədən hamiləliyin qadının sağlamlığına zərər verməsi səbəb ola bilər. Belə məsələləri döllənmənin qarşısını alan vasitələrdən düzgün istifadə etməklə həll etmək olar.. Lakin təcrübə göstərir ki, ailələrin çoxunda (xüsusilə gənc ailələrdə) seçilmiş kontrassptiv üsulları uğurlu hesab etmək olmaz. Bunun əsas səbəbi ər-arvadın müasir kontraseptiv vasitələrin imkanlarını bilməməkləridir.Kontraseptiv vasitələrin hər hansı birinin seçilməsində ən əsas cəhət o vasitənin zərərsiz olmasında və etibarlılığında, arzu olunmayan hamiləlik qorxusunu aradan qaldıra bilməsindədir. Bu da qadının cinsi hissiyyatının artmasına səbəb olur.
Hamiləliyin qarşısını almaq üçün hazırda təbabətdə bir sıra çox təsirli vasitələr və üsullar var. Sağlamlıq üçün tamamilə təhlükəsiz olması, yüksək dərəcədə effektliliyi, cinsiyyət hisslərinə mənfi təsir göstərməməsi, onlardan istifadə etmədikdə hamiləlik qabiliyyətinin tez bərpa olunması həmin üsullara olan əsas tələbdir. Qeyd etməliyik ki, hamiləliyin qarşısını almaq üçün istifadə olunan vasitələr hələ ki, göstərilən bütün tələblərə tam mənada cavab vermirlər. Təbabətdə belə vasitələrin axtarışı davam edir.
1.Yarımçıq cinsi əlaqə üsulu

Aparılan çoxsaylı sorğu-suallardan məlum olmuşdur ki, hamiləliyin qarşısını almaq üçün cinsi əlaqənin yarımçıq aparılmasını bir çox. adamlar ən asan üsul, hesab edirlər. Bu doğrudan da asan üsuldur: eyakulyasiyanın baş verəcəyini hiss edən kişi friksiya hərəkətlərini yarımçıq dayandırır, eyakulyasiya kənarda baş verir. Lakin bu üsul həyatda özünü o qədər də
doğrultmur. Cinsi əlaqə aktmı idarə etməyi öyrənməmiş, təcrübəsiz kişi bir çox hallarda eyakulyasiyanın başlanğıcını düzgün təyin edə bilmir, nəticədə qadın hamilə olur. Bundan əlavə, cinsi əlaqədə öz hərəkətlərini nəzarət altında saxlayıb eyakulyasiya aktını gözləmək ər-arvadın, xüsusilə kişinin əsəb sistemində, psixikasında həddən artıq gərginlik əmələ gətirir ki, bu da cinsi hisslərin azalmasına səbəb olur. Bu üsulun etibarsızlığı, arzu olunmayan Hamiləlik qarşısındakı qorxu qadına bu zaman cinsi hisslərə qapılmağa imkan vermir. Beləliklə o, yarımçıq cinsi əlaqə aktından həzz ala bilmir.
Məlumdur ki, qadınların müəyyən hissəsində orqazmın baş verməsi eyakulyasiya vaxtı kişi cinsiyyət üzvünün dartılması və spermanın təzyiqlə atılması ilə bağlıdır. Yarımçıq aparılan cinsi əlaqədə isə qadın bu göstərilən aktlardan məhrum olur və orqazm baş vermir. Belə yarımçıq cinsi qıcıqda ər-arvadın hər ikisinin cinsiyyət üzvlərində toplanmış qan normal cinsi əlaqədə olduğu kimi sürətlə geriyə, qan damarlarına qayıtmır. Bu isə tez-tez təkrar olunduqda gələcəkdə kişidə eyakulyasiyanın tez baş verməsinə, qadında isə qarının aşağısında, sağrı nahiyəsində ağrılara və aybaşı dövrünün pozulmasına səbəb olur. Bundan əlavə ər və arvad bilməlidir ki, cinsi
əlaqənin yarımçıq kəsilməsində də bəzən hamiləlik baş verməsinin səbəbi eyakulyasiyadan sonra az da olsa spermanın müəyyən hissəsinin kişinin sidik kanalında qalması və təkrar cinsi əlaqənin elə başlanğıcında xaric olmasındadır.

2.Hamiləliyin qarşısının alınmasının fizioloji üsulu

Yumurta hüceyrənin yarandığı vaxtın dəqiq təyin edilib onun spermatozoidlə rastlaşıb mayalanmasına yol verməməyə əsaslanır. Bunun üçün ilk növbədə yumurta hüceyrənin yalnız əmələ gəldiyi 2-3 gün müddətində mayalanmağa qadir olduğunu bilmək lazımdır. Qadının yumurta hüceyrəsinin əmələ gəlməsi bədənin hərarətinin 0,5-1,0 dərəcə artmasına səbəb olduğunu nəzərə alaraq qadın 3-6 aybaşı dövründə səhərlər yataqdan durmadan eyni termometrlə düz bağırsaqda 10 dəqiqə müddətində hərarətini ölçərək nəticəni yazır. Ginekoloq həkim onun aybaşı dövründə hansı günlər cinsi əlaqədə olmaması haqqında məsləhət verir.
Bu üsulun çatmayan cəhəti onun nisbətən çətinliyi, aybaşı dövrü dəyişkən olan qadınlarda ümumiyyətlə etibarsız olması, eləcə də müxtəlif həyəcan, təlaş hissləri keçirdikdə ovulyasiyanın müddətinin dəyişərək bir necə gün tez və ya gec baş verməsidir.
3.Kontraseptivlərin yerli (mexaniki və kimyəvi), hormonal və uşaqlıq daxili üsulları.
Hamiləliyin qarşısını almaq üçün mexaniki üsullar qlennatozoidlər və yumurta hüceyrə arasında mexaniki maneə yaradaraq mayalanmanın qarşısını alır. Buna misal olaraq ilk növbədə kişilərin istifadə etdikləri prezervativləri (kondom) göstərmək olar. Ər və arvadın hər ikisi tərəfindən yad çisim kimi qəbul olunmursa və onların seksuallıq hisslərinə mənfi təsir göstərmirsə, ondan istifadə olunması cinsiyyət üzvünün ersksiyasına pis təsir etmirsə, başqa kontrassptiv üsullardan istifadə etmək mümkün deyilsə, o, cinsi əlaqə aktının müddətinin uzanmasına səbəb olursa (eyakulyasiyası tələsik olanlarda) o zaman prezervativdən istifadə etmək olar. Bu üsulun mənfi cəhətləri aşaqıda qeyd olunanlardır: cinsiyyət üzvünün ucunda hissiyyatın azalması ilə əlaqədar cinsi əlaqə
qabiliyyətinin azalması; tərkibində qadın orqanizminə müsbət təsir göstərən maddələr olan spermanın uşaqlıq yoluna düşməməsi; cinsi əlaqə aktında bəzən prezervativin yırtılması.
Prezervativdən istifadə olunduqda ona qarşı arxayınlığı artırmaq üçün bir sıra tələblərə əməl etmək lazımdır: istifadə olunma müddətinə fikir verməli (hazırlandıqdan sonra 2 il); sperma toplanan xüsusi yeri olmayan prezervativi cinsiyyət üzvünə geydirdikdə baş hissəsində 2-3 sm boş yer saxlanması vacibdir; istifadədən əvvəl prezervativin qüsuru olub-olmadığı yoxlanmalıdır; yırtılmaq təhlükəsini azaltmaq üçün prezervativin ucunu vazelinlə yaqlamaq lazımdır.
Eyni təsir mexanizmi olan qadın mexaniki kontrassptivləri də vardır. Müasir materiallardan (alümin, plastmas, kauçuk) hazırlanmış uşaqlıq boynu qalpaqcıqları (uşaqlığın boynuna geydirilir), uşaqlıq yolu prezervativləri (uşaqlıq yoluna salınır) spermatozoidlərin uşaqlığa keçməsinin qarşısını alır. Uşaqlıq boynu qalpaqcıqlarından ən çox istifadə olunanlar alümindən hazırlanmış Kafka qalpaqcıqlarıdır. Onlar müxtəlif həcmlərdə hazırlanır və həkim-ginekoloq tərəfindən hər bir qadın üçün fərdi olaraq seçilir. Bu qalpaqcıqlar aybaşı tamam qurtardıqdan bir neçə gün sonra geydirilir və 2-3 gün qalmış çıxarılır. Kafka qalpaqcıqlarından yalnız tamamilə sağlam qadınlar istifadə edə bilərlər. Uşaqlıqda, uşaqlıq yolu və boynunda müxtəlif iltihab prosesləri, eroznyalar, yırtıqlar, irinli ifrazatlar və s. bu üsul üçün əks göstərişlərdir.
Təsirli vasitələrdən biri uşaqlıq yolunun rezindən hazırlanmış günbəzşəkilli qalpaqcığıdır. Cinsi əlaqədən əvvəl qadın özü onu uşaqlıq yoluna daxil edir və 12-24 saatdan sonra özü də çıxarır. Qalpaqcığın ölçüyə görə seçilməsi və ondan istifadə olunması qadın məsləhətxanalarında öyrədilir.
Hamiləliyə qarşı mexaniki üsullara müxtəlif kimyəvi maddələr hopdurulmuş tamponlar və süngərlər də aiddir. Onlar mexaniki təsirdən əlavə spermatozoidlərə öldürücü təsir göstərərək hamiləliyin qarşısını alırlar. Hamiləliyə qarşı kimyəvi üsulların istifadə olunması bəzi kimyəvi maddələrin spennatozoidlərə öldürücü təsirinə əsaslanır. Bunların ən sadəsi kimi cinsi əlaqədən dərhal sonra uşaqlıq yolunun kalium manqanat məhlulu, sirkə turşusu, borat turşusu və ya süd turşusu məhlulları ilə (1 l suya 1-2 çay qaşığı) yuyulmasıdır. Bu zaman 1 m hündürlükdə asılmış Esmarx balonundan istifadə etmək məqsədəuyğundur. Çünki məhlul təzyiqlə uşaqlıq yoluna daxil olaraq oranı spermatozoidlərdən yuyulub təmizləyir, tək-tük qalmış spermatozoidləri kimyəvi maddələrin təsiri tələf edir. Deməli bu üsulda həm mexaniki və həm də kimyəvi amillərin təsiri hamiləliyin qarşısını alır. Bilavasitə cinsi əlaqədən əvvəl tətbiq olunan pasta, məlhəm, həb, krem, aerozol formalı kimyəvi maddələrin təsiri ən çox 1-2 saat davam edir.

Lyutenurin adlı preparat hamiləliyin qarşısını almaqla yanaşı trixrmoniaz xəstəliyinin müalicəsində də tətbiq olunur. Bu preparatdan 1-2 həb cinsi əlaqədən 5-10 dəqiqə əvvəl uşaqlıq yoluna qoyulmalıdır.

Qramisidin pastası da hamiləliyin qarşısını almaqla yanaşı bəzi zərərli mikrobları tələf edir, uşaqlıq yolunun vəziyyətini yaxşılaşdırır. Bu pastadan 5-6 qr miqdarında ya xüsusi alətlə, ya da tamponla uşaqlıq yoluna qoyulur.
Kimyəvi maddələrin tətbiq olunmasının mənfi cəhəti bəzən selikli qişada gicişmə və xoşa gəlməyən hissiyyatın əmələ gəlməsidir. Bundan əlavə təsir müddətləri qısa olan bu maddələr cinsi əlaqə aktından əvvəl tətbiq olunmalıdır.
Hamiləliyin qarşısını almaqda ən sadə üsul cinsi əlaqədən əvvəl uşaqlıq yoluna qabıqsız kiçik limon dilimi daxil etməkdir. Əlaqədən 1-2 saat sonra onu çıxarmaq lazımdır.
4.Uşaqlıq daxili vasitələr (UDV). Uşaqlığa yad cisimlər daxil etməklə hamiləliyin qarşısının alınması cəhdlərinə hələ qədim zamanlardan başlamışlar. Keçəri xalqlar mayalarda döllənmənin qarşısını almaq məqsədi ilə. onların uşaqlığına kiçik daşlar qoyurdular. Sonralar metaldan, sümükdən, rezindən hazırlanmış yad cisimlərlə qadınlarda hamiləliyin qarşısını almaq cəhdləri göstərildi. Lakin bunların müxtəlif fəsadlar əmələ gətirməsi (uşaqlığın iltihabı, güclü qanaxmalar, uşaqlıq divarının deşilməsi və s.) müəyyən müddət bu üsulun tətbiq olunması cəhdlərinin qarşısını aldı. Yalnız insan toxumaları üçün bioloji inert materialların kəşfi bu problemi həll etməyə imkan verdi. Müxtəlif şəkilli plastik maddələr (spiral, yay və s.) uşaqlıqda fəsad əmələ gətirmir və hamiləliyin qarşısının alınmasına 95-98 faiz qarantiya verir.
Müxtəlif xəstəliklərdə hipertoniya xəstəliyi, diabet, revmatizm, böyrək və qaraciyər xəstəliklərində tibbi göstərişlərə görə hamiləliyin qarşısını almaq üçün UDV-dən istifadə etmək məsləhətdir. Onlar yüksək dərəcədə təsirinə və fəsadların nisbətən az əmələ gəlməsinə görə başqa vasitələrdən daha əlverişlidirlər. Cinsiyyət üzvlərində şişlərin olması, vərəm, sidik yollarında xroniki xəstəliklər, qanın laxtalanma qabiliyyətinin azalması, uşaqlıqda qeyri-funksional qanaxmalar, uşaqlıq yolunda və boynunda iltihab prosesləri bu üsul üçün əks göstərişdir.
UDV daxil edildiyi ilk günlər qadınlar qanlı ifrazatdan və qarının aşağı nahiyəsində ağrılardan şikayətlənirlər. Bəzən 1-2 aybaşı adi qaydaya nisbətən bir neçə gün tez başlayır və daha uzun müddət davam edir. Elə bu dövrdə də hələ hamiləlik keçirməmişlərdə həmin materialların öz-özünə düşüb xaric olması baş verə bilər, Bəzi qadınlar UDV-nin qoyulması nəticəsində uşaqlıqda şişin əmələ gələcəyindən qorxurlar. Amma bütün dünyada aparılmış minlərlə müşahidələr belə qorxunun əsassız olduğunu göstərir. Uşaqlığın selikli qişasında əmələ gələn dəyişikliklər yad misim kənar edildikdən bir müddət sonra öz əvvəlki normal vəziyyətinə qayıdır.
Odur ki, uşaqlığa UDV-nin təkrar tətbiqi yalnız 2-4 aydan sonra mümkündür. Bu dövrdə başqa kontraseptiv vasitələrdən istifadə etmək məqsədəuyğundur. UDV-nin tətbiq olunmasına qarşı başqa arqumentlərdən biri də onun uşaqlıq divarına hamiləlik baş verərsə uşağın qeyri-normal doğula biləcəyi, UDV çıxarıldıqdan sonra heç bir vaxt hamiləliyin baş verməyəcəyi və s. Kimi təhlükələrin göstərilməsidir. Əlbəttə, bu deyilənlərin heç bir əsası yoxdur, çünki UDV qoyulmuş qadınlar o çıxarılana qədər dispanser nəzarəti altında olurlar. UDV-nin başqa vasitələrdən üstünlüyü isə çox böyükdür: cinsi əlaqədən əvvəl və sonra xoşa gəlməyən əməliyyatlara lÜzum olmur, qadın orqanizmi ona çox lazım olan spermadakı bioloji aktiv maddələri ala bilir; hamiləliyin qarşısının alınmasına əminlik qadında seksuallığın daha da artmasına səbəb olur. Bütün bu göstərilənlər seksopatoloqlara UDV-nin hamiləliyə qarşı ən mükəmməl üsul olduğunu deməyə imkan verir. Hormonal üsulla hamiləliyin qarşısının alınması. Bu üsulun əsasını baş beyində cinsiyyət sahəsini idarə edən neyroendokrin sistem, hipofiz, hipotalamus və eləcə də yumurtalıqlara hormonal preparatların təsiri təşkil edir. Bu təsirin nəticəsində uşaqlıq boynu kanalında selikli maddə qatılaşır və bu vəziyyət spermatozoidlərin uşaqlığa keçməsini çətinləşdirir. Bundan əlavə, burada qələvi mühit dəyişərək turş mühitə çevrilir ki, bu da sperfnatozoidlərin aktivliyinin dayandırılmasına səbəb olur. Eləcə də uşaqlığın daxilində selikli qişa dəyişərək elə bir vəziyyətə düşür ki, mayalanmış yumurta hüceyrə orada inkişaf edə bilmir. Bundan əlavə yumurta hüceyrənin yumurtalıqda inkişafı pozulur, uşaqlıq borularında fizioloji aktiv hərəkətlər yavaşıyır. Bütün qeyd olunanlar hormonal preparatların təsiri ilə qadın orqanizmində güclü dəyişikliklərin baş verdiyini göstərir. Lakin hormonal preparatların tətbiq olunma müddəti artdıqca onların tətbiqinə qarşı əks göstərişlər də artır. Müxtəlif dəri, sinir-psixi xəstəlikləri, allergiya reaksiyaları, endokrin vəzi və qan xəstəlikləri, tromb əmələ gəlməsinə meyllilik hormonal preparatlardan sui-istifadə olunması nəticəsində baş verə biləcək fəsadlardır. Uşağı əmizdirmə dövründə hormonal preparatlardan istifadə olunması da məsləhət görülmür. Bu preparatlar yalnız təlimat əsasında və həkimin göstərişi ilə qəbul olunmalıdır. həmin preparatlar adətən aybaşı dövrünün 6-cı günündən 26-cı gününə qədər, gündə 1 həb olmaqla qəbul olunmalıdır. Preparatların qobulunda hətta bir gün ara verilərsə arzu olunmayan hamiləlik təhlükəsi yaranar. Onu da qeyd etmək lazımdır ki, hormonal preparatların qəbulu dayandırıldıqdan sonra döllənmə qabiliyyəti nisbətən daha da artır. Buna görə bu dövrdə qadınlara özlərini daha diqqətlə qorumaq məsləhətdir. hormonal preparatları 3-4 aydan artıq qəbul etmək məsləhət görülmür.
Hamiləliyin qarşısını almaq üçün yuxarıda qeyd olunan pasitələr çox ciddi şəkildə fərdi olmalıdır. Bu vasitələrdən hər biri müəyyən bir qadın üçün əlverişli, bir başqası üçün isə tamamilə yararsız ola bilər. Odur ki, vasitələri seçdikdə mütləq ginekoloqla məsləhətləşmək lazımdır.


Tarix: 20.11.2013 / 01:58 Müəllif: ADMIN Baxılıb: 2733 Bölmə: Ginekoloq Meslehetleri
loading...