beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erkən doğuş riski

Müasir dövrdə dünyada, xüsusən də ölkəmizdə erkən doğuş problemi böyük müzakirələrə səbəb olur. Tibb elminin yüksək dərəcədə inkişaf etməsi bunun qarşısını müəyyən dərəcədə alsa da bu problem yenə də qalmaqda davam edir.
-Erkən doğuş nədir və başvermə səbəbləri hansılardır?
37 həftədən əvvəl baş verən doğuşlar erkən doğuş sayılır. Ümumiyyətlə erkən doğuşun dəqiq səbəbi məlum deyil. Yəni, doğuş nədən baş verir, tibb aləminə bu günəcən bəlli deyil. Sadəcə bu haqda nisbi fikirlər var. Ümumi götürəndə isə erkən doğuşun bir çox səbəbləri var. Bu səbəblər 3 yerə bölünür. Birincisi, ana ilə bağlı olan səbəblərdir. İkincisi, dölyanı mayenin açılması ilə bağlı olan səbəblərdir. Üçüncüsü isə dölyanı maye açılmadan baş verən erkən doğuşdur.
Birinci səbəb, yəni ananın sağlamlığı ilə bağlı olan erkən doğuşa yüksək təzyiq, diabet xəstəliyi və s. daxildir ki, bu zaman ananın həyatı təhlükə qarşısında qalır. Həmçinin, ciftin ayrılması da daxildir ki, bu zaman anada qanaxma baş verir və bu da ananın həyatını təhlükəyə atır.
İkinci səbəb dediyimiz kimi suyun açılmasıdır ki, bu zaman da erkən doğuş baş verir. Çünki bu zaman qadının uşaqlığı infeksiyalara açıq olur. Bu da uşağın infeksiyalaşmasına gətirib çıxara bilər. Bu zaman da ananın həyatı təhlükəyə girdiyi üçün erkən doğuş edilməsi həkim tərəfindən də məsləhət görülür.
Üçüncü səbəb zamanı isə amniozlar açılmır. Yəni su getmir. Ancaq uşaqlıq boynunda problem olur. Açılır, buna servikal yetməzlik deyilir ki, bu da uşaqlıq anomaliyaları ilə bağlı ola bilər. Bəzən də uşaqlıq boynunun özünün anomaliyası olur və bu zaman vaxtından əvvəl doğuş başlayır.
Həmçinin, çox artıq çəki erkən doğuşa gətirib çıxardığı kimi, az çəki də erkən doğuşa gətirib çıxara bilər. Bəzi ölkələrdə yaxşı qidalanmamaq da səbəb olur. Bəzən uşaqlığın içində anomaliyalar da ola bilər. Və yaxud uşaqlıq özü tək buynuz şəklində ola bilər. Bundan başqa, immunoloji səbəblər də var. Bir də adiapatik deyilən, yəni səbəbi bilinməyən proseslərdən baş verə bilər.
Erkən doğuşa genetik problem səbəb ola bilərmi?
Əlbəttə, genetik problem də səbəb ola bilər. Əgər qadının anası erkən doğum edibsə, deməli həmin qadında da erkən doğum riski yüksəkdir. Bundan başqa, erkən doğuşda infeksiyaların da rolu sübut olunub. Bu nə deməkdir? Amniotik zarın içində su olur. Bu tamdır, dəlinməmiş olmalıdır. Ancaq bəzi bakteriyalar var ki, onlar zarı keçə bilir. Məsələn, bağırsaq çöpləri və s. Bu bakteriyalarda müəyyən maddələr var ki, onlar pastoqlandinin sintezini artırır. Pastoqlandin də nəzəriyyələrə görə, doğuma gətirə bilən maddədir ki, o artdıqca doğuş baş verə bilər.
-Stress, əsəb necə? Bunlar da erkən doğuşa gətirib çıxarırmı?
Stress və əsəb bir çox xəstəliklərə səbəb olan amildir. Ancaq elə bir statistik məlumat yoxdur ki, erkən doğuşda stresin və ya əsəbin payı nə qədərdir. Yəni, əsəbiləşəndə erkən doğuş riski nə qədər artır, bu məlum deyil.
-Hamiləlik zamanı intim əlaqədə olmaq erkən doğuşa səbəb ola bilərmi?
Bəli, 28 həftədən sonra baş verən intim əlaqə də erkən doğum riskini artırır.
-Bu problemin qarşısını almaq üçün qadınlar nə etməlidirlər?
Ümumiyyətlə, bütün qadınlar hamilə qalmaq istədikləri zaman əvvəlcə müəyyən analizlər vardır ki, onlardan keçməlidirlər. Yəni yuxarıda dediyimiz səbəblərdən hər hansı biri varsa, əvvəlcədən bu bilir və qabaqlayıcı tədbirlər alındığı üçün erkən doğum riski azalır. Ancaq səbəblər aradan qaldırılmayınca erkən doğum həmişə baş verəcək. Əgər qadın bir uşaq düşürübsə, onda erkən doğuş riski daha da artır. Həmçinin, aylıq kontrollar da çox vacibdir. Hamilə qadın hər ay aylıq həkim nəzarətindən keçməlidir. Bəzən elə olur ki, həkim özü erkən doğuş elətdirəsi olur. Yəni, belə olur ki, uşaq 35 həftəlik olsa da ölçüsü kiçik olur. Ultrasəs müayinələri, uşağın fetal biometriyası və s. kimi analizlər aparıldıqdan sonra lazımi qənaətə gəlinir. Bu qənaətə görə uşaq ana bətnində kişik qalır.Bu zaman təcili keysəriyyə əməliyyatı olunur. Çünki uşaq kənarda daha sürətlə böyüyür, fetal ölüm olmur. Əgər əməliyyat vaxtında olunmasa uşaq ananın bətnində onsuz da öləcək. Bundan başqa, bütün mübadələ proseslərinin normal getməsi üçün qadın mütləq maye qəbul etməlidir. İnfeksiyaların müalicəsi, vaxtında aparılmış əməliyyatlar profilaktikaya daxildir.
-Artıq erkən doğuşa səbəb olan problemlərlə üz-üzə qalan hamilə qadının erkən doğuş etməməsi üçün hansısa tədbirlər görmək mümkündürmü?
Mümkündür. Bir və ya bir neçə dəfə erkən doğuş etmiş qadınlara, servikal yetməzlik deyilən əməliyyatı tətbiq edirik. Əməliyyatla tikiş qoyulur ki, erkən doğuş baş verməsin. Bunun da qaydaları var. Məsələn, açılış baş veribsə tikiş qoymuruq. Tikiş qoyulduqdan sonra hamilə qadın hamiləliyini sona qədər çatdıra bilir və vaxtında doğuş baş verir.
Bir şeyi də qeyd edək ki, bu da məhz Azərbaycan üçün spesifikdir. Çünki bir sıra ölkələrdə 28 həftədən sonra doğulan uşaqların sağ qalma faizi daha yüksəkdir. Azərbaycanda isə demək olar ki, çox azdır. Burada ginekoloqlardan önəmli neatroloji xidmətdir. Məsələn, ola bilər ki, xəstənin hipertiasonu var. Biz çalışırıq ki, onu bir həftəyə çatdlraq ki, neanatoloqlar onu yaşada bilsinlər. Azərbaycanda bu böyük problemdir. Yəni, uşaq üçün süni tənəffüs aparatları da olmalıdır. Bundan başqa, bir sıra avadanlıqlar da var ki, onların olması çox vacibdir. Bəzi inkişaf etmiş ölkələrdə 25-26-cı həftələrdə anadan olan uşaqlar da sağ qala bilir. Ölkəmizdə isə bu çətindir.
-Dünyada erkən doğuşların statistikası necədir?
Dünyada bütün doğuşların 10%-ni erkən doğuş təşkil edir. Ölkəmizdə isə hələ ki, bunun statistikası aparılmır.


Tarix: 30.11.2012 / 11:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1790 Bölmə: Ginekoloq Meslehetleri