beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süni mayalandırma metodu

Süni mayalanma sonsuzluğun xüsusi formalarının müalicə metodlarından biridir.Bu prosedur zamanı spermatozoidlər xüsusi üsullarla birbaşa qadın bədəninə yeridilir ki, bu da özlüyündə onun qət edəcəyi məsafəni azaltmaqla bərabər yumurtahüceyrə ilə “görüş” şansını və dolayısıyla mayalanma prosesini sürətləndirir.Bu üsuldan istifadə edən qadınlar kifayət qədər az olsalar belə süni mayalandırmanın bir forması kimi bu prosedur daha əziyyətsiz, əksgöstərişsiz bir tibbi hadisədir.Geniş istifadə olunmamasına baxmayaraq tibb mütəxəssisləri tərəfindən sonsuzluğun bir çox formalarının ilkin müalicəsi kimi rahatlıqla təyin olunur.

Süni mayalandırma daha çox fertilliyin qabarıq problemləri ilə əlaqədar təyin olunur.Xüsusilə kişilərdə spermanın hərəkətlilik qabiliyyəti kifayət qədər azdırsa onun təyinatı yüksək effektliliklə nəticələnir, çünki birinci halda onlar öz hesabına uşaqlıq borularında energetik nöqteyi baxımından hərəkət edə və yumurta hüceyrə ilə qovuşa bilmirlər ki bu da mayalanmamaq ilə nəticələnir.Qadınlarda isə spermaya həssas olan xüsusilə uşaqlıq boynu mayesi onun hərəkətinə mane ola biləcək patoloji pozuntulara malikdirsə bu üsulun tətbiqi çox səmərəli nəticələr verir.

Bu üsuldan istifadə etməyi həkimlər məsləhət görsələr də cütlüklərin razılığı olmadan heç bir halda həyata keçirilə bilməz.Bu qanun ilə və mənəvi-psixoloji baxımından insan haqlarına üstünlük istəyi kimi qarşılanır.Cütlüklər razılaşdığı zaman isə mütləq venadan alınmış qanda veneroloji infeksiyalara görə analizlərin verilməsi mütləqdir.Bura İİV,sifilis,hepatitlər aid edilir.Kişilərin spermoqramması da əhəmiyyətli laborator analizlər sırasındadır.Lakin,ən mütəmadi olanı isə uşaqlıqdan alınan yaxmadır ki, onun infeksion tərkibi dəqiq araşdırılmalıdır, çünki bu üsulun tətbiqi üçün həmin mühitin reaktivliyi ən əhəmiyyətlilərindəndir.

Üsulun tətbiqi zamanı həkim tərəfindən təyin edilir.Bu qadının ovulyasiya mərhələsinə uyğun olmalıdır, bunun üçün isə qadın USM, qan analizi və ovulyasiya testinin köməkliyi ilə müəyyən diaqnostik müşahidədən keçirilir.Əkscinsin spermaqramması aparıldıqdan sonra ona sağlam, keyfiyyətli, həyat qabiliyyəti yüksək spermalar alınması üçün 5 gün ərzində cinsi həyatdan uzaq olması məsləhət görülür.Kişilərdən sperma masturbasiya vasitəsilə alınır.Əgər o klinikaya yaxın qalırsa bunu ev şəraitində də edə bilər.Ancaq klinikadan kifayət qədər uzaq olan pasientlər isə mütləq prosedurun düzgün tamamlana bilməsi üçün bunu xəstəxanada onun üçün ayrılacaq xüsusi otaqda həyata keçirməlidirlər.Çünki, orqanizmdən xaric olunan sperm ən çoxu bir saat ərzində “yuyulmalıdır”.Yuyulma proseduru isə spermanın kimyəvi qatışıqlardan təmizlənilməsidir ki, bunun nəticəsində həm onun mayalandırma şansı yüksək olur, eyni zamanda qadında yarada biləcək diskomfort hissinin də qarşısı alınmış olunur.Əvvəlcə spermanın yarım saat ərzində qızışdırılması prosesi həyata keçirilir.Daha sonra isə sentrifuqanın köməkliyi ilə daha aktiv spermatozoidlər ayrılaraq mayalandırma prosesi üçün seçilir.

Xüsusi seçilmiş spermatozoidlər tibbi kateterlər vasitəsilə uşaqlıq yolundan onun boynu istiqamətində yeridilir.Bu kifayət qədər ağrısız və rahat bir prosesdir.Spermatozoidlərin yeridilməsindən 45 dəqiqə ərzində qadına mütləq şəkildə beli üstə uzanmaq təklif edilir.Bu zaman bitdikdən sonra isə o sərbəst bir şəkildə öz həyat fəaliyyətini tam normal davam etdirə bilər.Az hallarda qadınlarda spermanın yeridilməsindən dərhal sonra əhəmiyyətsiz hesab oluna biləcək spazm və kiçik ölçülü qansızma müşahidə oluna bilər.

Ovulyasiya prosesini əhəmiyyətli dərəcədə sürətləndirmək üçün həkimlər ona kömək edə biləcək Klomid preparatı təyin edirlər.Praktiki olaraq heç nə prosesin tam effektliliyini sığortalaya bilməz.Ancaq onun təsirini azalda biləcək bir neçə faktor təyin edilmişdir.Süni mayalandırmaya qadının kişidən bir neçə yaş böyük olması və ümumiyyətlə onun yaşlı olması, borularda uzun müddət davam edən iltihabi proses, spermanın miqdar azlığı, sağlam və keyfiyyətli yumurta hüceyrənin olması, ağır endometrioz kifayət qədər mənfi təsir edən faktorlar sırasındadırlar.

Xatırlatmaq lazımdır ki, süni mayalandırma birinci dəfədən nadir hallarda nəticə verir, beləki, cütlüklərin bir çoxu bu proseduru dəfələrlə təkrarlamalı olurlar.Bəziləri üçün isə bu üsul tamamilə yarasız olduğundan onlar üçün daha başqa formalar təyin və tətbiq olunur.

Süni mayalanma nəticəsində doğulan uşaqların normal cinsi əlaqədən doğulanlara nisbətən hər hansı xüsusi neqativ və ya pozitiv fərqliliklərinin olması barədə narahatlığa qətiyyən əsas yoxdur.Bu üsulun ikincidən fərqi onun həyata keçirilməsi zamanı daha çox laborator analizlərin verilməsi və qinekoloq həkimin qəbulunda kifayət qədər çox olması ilə fərqlənir.Beləki, unudulmamalıdır ki, süni mayalandırma olsa belə istər spermatozoidlər, istərsə də yumurtahüceyrə doğmadır, döl də digərləri kimi ananın bətnində inkişaf edir.Prosedurun əhəmiyyəti isə cinsi hüceyrələrin qovuşmasının sürətləndirilməsi ilə əlaqədardır.Belə üsul ilə doğulan uşaqların sağlamlıq baxımından zəif olması və tez-tez xəstələnməsi isə tibbi nöqteyi nəzərdən tamamilə uydurulmuş bir əfsanədir.Çünki, sağlamlıq heç bir şəkildə mayalanma prosesindən asılı deyildir.


Tarix: 26.11.2014 / 15:36 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Ginekoloq Meslehetleri