beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik və qidalanma

Hamiləlik zamanı düzgün qidalanma dölün normal böyüməsi və inkişafı üçün əsas şərtdir. Gələcək ana qida vasitəsi iə yeni orqanizmin yaranması üçün lazım olan enerci və madələr qəbul edir. Dölün genetik proqramının düzgün getməsi üçün olan kimyəvi proseslərin dəqiq və sürətli baş verməsini təmin edən mikroelementlər və vitaminlər də orqanizmə qida vasitəsi ilə daxil olur.

Bir saniyə ərzində kvadrilionlarla çevrilmə prosesləri baş verir ki, bu yeni həyatın yaranmasına səbəb olur. Bu sürətlə gedən proseslər yeni və yeni kimyəvi maddə “eşelonlarını” tələb edir. Ona görə də Ulu Tanrı hamilə qadınlara qida intuisiyası vermişdir ki, bu da dölə vaxtında biokimyəvi maddələri çatdırmağa imkan verir. Hələ də biologiya, tibb elmi və nutrilogiya (qidalanma haqqında elm) bu qabiliyyətin mexanizmini aydınlaşdıra bilməmişdir. Lakin çoxillik təcrübə hamilə qadınların təlabatına və daxili proseslərinə uyğun bir qidalanma reciminin işlənib hazırlanmasına kömək etmişdir.

Ilk növbədə qeyd edək ki, hamiləlik dövründə qadınlarin enerciyə olan sutkalıq ehtiyacı 300 kkal qədər artır (əgər gələcək ananın bədən çəkisi azdır və ya o 18 yaşdan kiçikdirsə — 500 kkal).

Hər bir gələcək ananın gündəlik olaraq zülala, yağlara, vitaminlərə, minerallara, sellülöza, mayeyə və s. vacib qida maddələrinə ehtiyacı var. Zülallar ana bətnində amin turşularına parçalanırlar, bu parçalanma məhsullarından ana və döl onlara daha vacib olan yeni zülallar sintez edirlər. Yağlar yeni hüceyrələrin yaranmasına və yanaraq enerci yaranmasında iştirak edirlər. Vitaminlərin və mikroelementlərin rolunu biz artıq qısa da olsa müzakirə etmişdik (daha sonra bu mövzuya qayıdacağıq). Onlar hamiləliyin normal gedişi üçün lazım olan bir sıra məsələlərin həll olunmasında iştirak edirlər.

Bütün bu təlabatları ödəmək üçün düzgün tərtib olunmuş pəhriz olmalıdır.



1.Yarmalar, dənli bitkilər və un məmulatları

Bu məhsullar bitki mənşəli zülallar, karbohidratlar və sellülözdan ibarətdirlər. Çörək vitamilərlə (xüsusilə B qrupu) zəngindirlər. Mikrolementlərdən sink və dəmir daxildir. Sizin gündəlik qida rasionunuzda bu məhsullardan hazırlanmış 4-5 yemək növü olmalıdır. Bir yemək belə hesablanmalıdır:

1 dilim çörək
1 ədəd mayalı xəmirdən hazırlanmış məmulat (bulka)
1 biskvit
1 tortilya
½-dən ¾ qədər hazır dənli bitki portlağı
2 orta ölçülü yağlı kökə (blinı)
1 stək.hazır popkorn
1 vafli
4-6 ədəd kreker





Sıyıqların və makaron məmulatlarnın hesabı belə aparılır – 2/1 — 3/4 stəkan yarma və ya sındırılmış spagetti, vermişel və s. bir yemək hesab olunur. Bu Sizin qida rasionunuzun əsasını təşkil edir.

2. Meyvə və tərəvəz.

Bunlar vitamin, üzvi turşular, sellulöz və mikroelementlərin əsil xəzinəsidir. Bağırsaqlara zəif boşaldıcı təsir göstərə bilər. Gündəlik olaraq bu məhsulların 4 növünü qəbul etməlisiniz. Tərkibində A-C vitaminləri olan meyvələrinin hərəsindən 1 ədəd götürün, digər 2-3 isə öz zövqünüzə görə seçə bilərsiniz. Istəyinizə görə seçimi dəyişə bilərsiniz.



A vitamininin mənbəyi

C vitamininin mənbəyi

Digərləri

ərik, brokkoli, yemiş, kök, balqabağ, şirin kartof, tünd göy rəngli yarpaqlı tərəvəzlər, ağ turp, çuğundur.

brüssel və gül kələmi, qarpız, apelsin, limon, qreypfrut, çiyələk, pomidor, şirin bibər, ağ kələm, ispanaq, manqo, papaya, kivi.

badımcan, noxud, kartof patisson, alma, banan, turş gilas, üzüm, albalı, armud, gavalı, ananas, xiyar, moruq.



3. Ət, balıq, ev quşlarinin əti, yumurta, qurudulmuş lobya və qoz.

Bu məhsullar zülalın əsas mənbəyidir. Gundəlik olaraq bu məhsullardan hazırlanmış 3 növ yemək qəbul etməlisiniz. Bir növ yemək kimi qəbul etmək olar:

60-90 q yağsız ət (hamburger, bir neçə dilim mal və ya dana əti, iki sosiska);
orta ölçülü bütöv balıq və ya bir dilim qızıl balıq;
iki tikə hindi əti və ya bir toyuq budu;
2 yumurta;
220-330 q tofu (soya kəsmiyi);
60-70 q günəbaxan tumu.


Yeməklərə müxtəlif əlavələr edə bilərsiniz, süd məhsulları ilə bərabər qədul edə bilərsiniz. Ət və ət məhsulları yaxşı bişirilməlidir, çünki müxtəlif bakteriya və helmintlərlə infeksiyalaşma təhlükəsi möcuddur. Yumurta ilə də ehtiyyatlı olmaq lazımdır. Çalışın ki, qayqanaq, az bişirilmiş omlet və çiy yumurta qəbul etməyəsiniz.



4. Süd və süd məhsulları.

Bu məhsulların vəzifəsi orqanizmi kifayət qədər kalsiumla təmin etməkdir. Bu da öz növbəsində sümük sisteminin normal inkişafına kömək edir. Bundan başqa bu məhsulların tərkibində yağlar, zülallar və üzvi turşular da var.

Gün ərzində 4 stəkan (800 ml) süd içərsinizsə, lazım olan kalsiumu qəbul etmiş olursunuz. Aşağıdakı süd məhsulları göstərilən miqdarlarda 1 stəkan südün tərkibində olan miqdarda kalsium verə bilər:

- 1 stəkan yağlılığı az olan süd;

- ½ stəkan qatılaşdırılmış süd;

- 2 dilim pendir;

- 1/3 stəkan quru süd:

- 1 stəkan yoqurt və ya südlü pudinq;

- 1 2/1 stəkan dondurma.

- 40 q bərk pendir.

Südü çiy içmək məsləhət deyil.

Südü qaynadarkən kalsium parçalanmır, zülalların da tərkibi dəyişmir, orqanizm tərəfindən normal mənimsənilir. Toksinfeksiyanın yaranma imkanı isə xeyli azalır.

Əgər süd məhsullarını sevmirsinizsə, və ya orqanizminiz bu növ məhsulları qəbul etmirsə, həkimizlə söhbət edin, dölün və Sizin kalsiuma olan ehtiyacınızı təmin etmək üçün bir başqa yol tapmağa çalışın.



5.Yağlar və şirniyyat.



Bu geniş qrupa kərə yağı, bitki marqarini, konfetlər, cele, cemlər, desert, şirin içkilər, şəkər, siroplar və s. aiddir. Bu məhsulların tərkibinə karbohidratlar, doymuş və doymamış yağ turşuları, mineral duzlar daxildir. Bundan əlavə bütün bu məhsullar yüksək kaloriyə və energetik dəyərə malikdirlər. Yağlar sutkalıq təlabatın 30%-ni təmin edirlər. Yaxşı olar ki. qəbul edilən yağlar bitki mənşəli olsunlar (qoz, xolesterini az olan yağlar).

Bu məhsulları istəyinizə görə qəbul edin, amma hədsiz istifadə etməyin. Onlar Sizin iştahanızı “Küsdürəcək”, və Siz əhəmiyyəti daha yüksək olan məhsulları yemək istəməyəcəksiniz. Süni şirinləşdiricilərin, xüsusilə də saxarin və siklamatların qəbulu xüsusi göstəriş olmadıqda, məsləhət deyil.

Bu məhsulların gündəlik istifadə olunması “qidalanma piramidasında” göstərilmişdir. Bu əyani diaqram 1992-ci ildə USDA təşkilatının (ABŞ-da Kənd Təsərrüfatı Nazirliyinin analoqu) ekspertləri tərəfindən işlənib hazırlanmışdır. Bu məhsulların müxtəlif səviyyələrdə yerləşdirilməsi təsadüfi deyildir. Aşağıdan yuxarı doğru məhsulların dəyəri zirvəyə doğru tədricən azalır. Maye qəbuluna gəldikdə isə, sizin gündəlik təlabatınız 6-8 stəkandır. Bu miqdara həmçinin süd, şirələr, bulyonlar və yediyiniz sulu xörəklər də daxildir. Kofeinin dölə mənfi təsirini unutmayın və qəhvənin, tünd çayın və kolanın miqdarını məhdudlaşdırın.



yağ və şirniyyat

vaxtaşırı

Süd və süd məhsulları

gündə 2-3 növ



ət,balıq,quş əti,paxlalar və qoz

gündə 2-3 növ

Tərəvəz

3-5 növ

Meyvələr

2-4 növ gündə

Yarmalar, dənli bitkilər və un məmulatları

gündə 4-6 növ





Duz haqqında. Əvvəlllər belə fikir hökm sürürdü ki, hamilə qadınların hamısı ödemlərin yaranmasının qarşısını almaq məqsədi ilə duzdan mümkün qədər az istifadə etməlidirlər. Hazırda müəyyən olunmuşdur ki, ödemlərin baş verməsi duz qəbulu ilə deyil, gələcək ananın orqanizmində estrogenlərin balansının dəyişməsi ilə bağlıdır. Ona görə də duzun miqdarını azaltmaq bütün qadınlara deyil, ancaq müəyyən bir qrup qadınlara (böyrək problemləri, preklampsiya olan) məsləhət görülür. Bu barədə həkiminizlə məsləhətləşin. Yeməyinizdə yodlaşdırılmış duzdan istifadə etsəniz daha yaxşı olar. Suyunun tərkibində yod az olan ərazilərdə bu xüsusilə vacibdir.



Veqetarian qidalanma haqqında. Əslində ət və balığın tərkibindəki zülalı biz digər qeyri-heyvani qidlarla da ala bilərik. Lakin bunlarla yanaşı, süd məhsulları və yumurtanın da istisna edilən pəhrizlər ağırlaşmalara səbəb ola bilərlər. Bu halda yaranan əsas çətinlik kalsium çatmamazlığıdır. Həmçinin B12 defisiti də yarana bilər ki, bu da öz nöbəsində anemiyaya səbəb ola bilər. Bu məsələ də həkimlə müzakirə olunmalıdır.



Qidalanma recimi haqda bir neçə kəlmə. Hamiləliyin əvvəlində tez-tez az miqdarlarla qida qəbul etməniz məqsədə uyğundur. Sonralar isə sərbəst qida reciminə (Sizə rahat olan) keçə bilərsiniz. Əlbəttə bu kifayət deyil lakin, Siz onlardan öz qida rasionunuzu tərtib edərkən istifadə edə bilərsiniz. Unutmayın ki, dölün inkişafı Sizin düzgün qidalanmanızdan çox asılıdır.


Tarix: 26.11.2014 / 15:42 Müəllif: Aziza Baxılıb: 239 Bölmə: Ginekoloq Meslehetleri