beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dar busqalterlə yatmaq yuxunu pozur

Araşdırmalar, sinə qəfəsini və çiyinləri sıxan dar bustqalterlərin yuxunu böldüyünü təyin edib...

Yapon araşdırmaçıların gəldiyi nəticələrə görə, sinə qəfəsini və çiyinləri sıxan bir büsthalter yuxunuzu bərbad edir. Mütəxəssislər xüsusilə möhkəm paltarlar nəticəsində, artan bədən istiliyi və melatonin səviyyəsinin yuxunun ən pis 2 düşməni olduğunu ifadə edir.

Yuxunu məhv edən bir başqa faktor isə gecə 21.00 -dən sonra işlə əlaqəli edilən e-mailləşmələr və telefon danışıqlarıdır. Miçigan Universitetində edilən araşdırmalara görə, işlə əlaqədar olaraq saat 21.00 -dən sonra telefon istifadə edənlər yaxşı yatmır və ertəsi gün məhsuldar ola bilmir. Araşdırma qrupunun başında olan Russell Johnson şərhində, "Yuxu əvvəli işlə əlaqədar telefon danışıqları edənlər, e-poçt və SMS atanlar dost-tanışları ilə telefon əlaqəsi saxlamayanlar qədər rahat ola bilmir.
İş saatı olaraq 21.00 seçdik. Çünki bir çox insan 21:00 ilə 01:00 arasında yatır. Ağıllı telefonlar isə ən dağıdıcı vasitələrdir. Çünki portatipdirlər. Buna görə insanlar onları yastıq altına, ya da yatağa yaxın tumba üzərinə qoyarlar. Və dizüstü kompüterlərin əksinə ağıllı telefonların səsləri və işıqları daha narahat edici təsirə malikdir" deyib.


Tarix: 22.11.2014 / 16:14 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Ginekoloq Meslehetleri