beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xançobanlı eli

Tarixi
Nadir şah Əfşarın yaratdığı imperiyanın dağılması ilə əlaqədar XVIII yüzilliyin ortalarında Köhnə Şamaxıda varlı ailədən olan Xançobanı tayfasının Sərkərlər nəslinin nümayəndəsi Allahverdi bəyin oğlanlarının, Yeni Şamaxıda isə Hacı Məhəmmədəlinin hakimiyyətə gəlməsi ilə ikihakimiyyətlilik əsasında Şirvanda müstəqil xanlıq yaranır. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, Şirvan xanları heç bir hakimə vergi ödəmirdilər. Bu isə Şirvan xanlığının müstəqil olaraq yaranmasına əsaslı sübut ola bilər. Sərkərlər nəsli, Şirvan xanlığının yaranmasında, həmçinin əvvəlki dövrlərdə də Şirvanda siyasi qüvvə kimi özünü göstərə bilmişdir.

1721-ci ildə Hacı Davud Şirvanda üsyan qaldırarkən Şirvanı ələ keçirir və burada böyük nüfuza malik olan Sərkərlərin nümayəndəsini öldürür. Çox güman ki, həmin nümayəndə Sərkərlər nəslindən olan Əsgər bəyin Allahverdi bəydən başqa digər övladlarından biri olmuşdur. Hadisələrin sonrakı gedişi göstərir ki, Hacı Davud Şamaxıda hakimiyyəti ələ keçirmək üçün türk sultanından kömək istəyir. Buradan belə nəticə çıxır ki, Cahangir Zeynaloğlunun göstərdiyi kimi, Sərkərlər Səfəvilər dövründən Şirvanda böyük nüfuza malik olmuşdular.


Tarix: 21.01.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Ellər