Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Ellərİbrahim xan Şadlı

İbrahim xan Şadlı (?-?) — Şadlı elinin elbəyi, Fətəli şah Avşarın sərkərdəsi.

Həyatı[redaktə]
İbrahim xan Xorasan əyalətinin Qoçan vilayətinin Şadlı elinin Yusifsultanlı obasında anadan olmuşdu.

Atasından sonra elbəyi təyin edilmişdi.

İbrahim xan Fətəli şah Qacarın hakimiyyətinin ilk illərində Əsfərayinin valisi idi. Ardı »

EllərEl

Ümumi məlumat[redaktə]
Azərbaycan ellərində daxili bölgü bir düstura əsaslanırdı: eldən-evə. Bu düsturun ayrıntılarına varıb bildirək ki, el oymaqlara, oymaq tayfalara, tayfa tirələrə, tirə törəklərə, törək evlərə bölünürdü.

Özbəklərdə bu bölgü bir az fərqlidir. Onlarda ulus-el-boy-uruq ayrıntısı var. Vəfik paşanın lüğətində də bölgü bu cürdür. Həmin lüğətdə yazılır: «Ulus elə bölünür, el oymağa, oymaq boya, boy da uruğa ayrılır».

Ərəblərdə əşirətin şəb-qəbilə-əmarə-bətn-fəhz-fəsilə bölgüsü var.

Eli elxanlar, elbəyilər, minbaşılar, bəzi hallarda isə kələntərlər idarə edirdilər. Bəylərbəyilik dönəmində el başçılarının xan, sultan rütbələri olurdu. Adlarının önlərinə çox zaman əmir və yaxud mir ünvanları əlavə olunurdu.

Oymaqlara oymaqbəyi kimi kələntərlər, yüzbaşılar, tüşmallar və kədxudalar başçılıq edirdilər. Tayfalar, tirələr, törəklər isə Ardı »

EllərMükri eli Tarixi

XVI yüzilliyin sonlarında yazılan, kürd tayfalarının tarix və coğrafiyasını əks etdirən və kürd tarixinin araşdırılmasında əsas mənbə rolunu oynayan "Şərəfnamə" kitabında bu gün Savuqbulaq bölgəsində geniş bir əraziyə yiyələnmiş Mükrilərin Osmanlı ərazisindəki Zül şəhəri (Şəhrəzur hazırda İraqa daxildir) ətrafında yaşayan Mükriyə tayfasına bağlı olduğu yazılır. Rəvayətə görə, Baban paşaları nəslinə mənsub Seyfəddin adlı bir şəxs Baban tayfasını və digər kürd əşirətlərini toplayıb Azərbaycandakı Dəryaz bölgəsini Çabuklu türklərindən alaraq orada məskunlaşmışdır. "Seyrüld-əkrad" müəllifinə görə də, Mükri eli XVI yüzilliyin sonlarında Osmanlı torpaqları və Quzey Mesopotamiyadakı İbn Ömər ərazisindən (indiki Suriya) Azərbaycana köç etmişlər. O yazır ki, ilk dəfə Baban nəslindən Babamir adlı Ardı »

EllərVarsaq elinin tanınmış nümayəndələri

Yusif bəy Varsaq-I Şah İsmayılın hakimiyyəti illərində dəstə başçısı, Çaldıran savaşında çərxçi idi.
Musa bəy Varsaq-I Şah İsmayılın hakimiyyəti illərində dəstə başçısı
Həsən xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi, I Şah İsmayılın hakimiyyəti illərində Xorasan əyalətinin Xaf vilayətinin hakimi
Durhəsən xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi
Qasım xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi
Məhəmməd bəy Varsaq-Kamax qalasının komendantı Ardı »

EllərNəfər elinin tanınmış nümayəndələri

Hüseyn xan Nəfər—Nadir şah Qırxlı-Avşar tərəfindən Baharlı oymağının kələntəri təyin edilmişdi.
Məhəmmədtağı xan Nəfər—atası Hüseyn xandan sonra Nəfər elinin və Baharlı oymağının kələntəri.
Ələkbər xan Nəfər—atası Məhəmmədtağı xandan sonra Nəfər elinin və Baharlı oymağının kələntəri. Ardı »

EllərBıçaqçı eli

Tarixi[redaktə]
Azərbaycanımızın bağrından qopmuş və hal-hazırda İran adlanan ölkənin Kirman əyalətində yaşayan Oğuz boylarımızdan biri də Bıçaqçı elidir. Adın anlamını həm “bıçaq hazırlayanlar”, “bıçaq düzəldənlər”, həm də “bıçaq gəzdirənlər” mənasında “qəzəbli”, “qızğın” kimi izah edirlər, bu sonuncu daha ağlabatan sayılır.

Bıçaqçı elinin kökləri ilə bağlı çox-çox az məlumat var. Orta əsr səyyahı İbn Battuta (1304−1377) Anadoluda Sivas dolaylarında Əhməd Bıçaqçı adında bir əsilzadədən xəbər verir. Bundan başqa Bıçaqçı elinin içində Ərəşli/Ərəşlü tirəsinin olması Bıçaqçı boyunun bir zamanlar Avşarlarla bağlılığını göstərir, çünki, bilindiyi kimi Ərəşlilər tarixən Avşarlara aid bir tirə olmuşdur.

Bıçaqçı eli Birinci Dünya Savaşı dönəmində İranda Britaniyaya qarşı üsyanda, xüsusən “Sircan epizodu” olaraq Ardı »

EllərSulduz eli

Rəşiddəddin Fəzlullah Həmədani Sulduz tayfası haqqında[redaktə]
Sulduz tayfasından bir çox əmirlər çıxmasına baxmayaraq, biz daha çox məşhur və Çingiz xanın xidmətində olanlar haqqındaki hekayələri və bilgiləri verməklə yetinəcəyik. Çingiz xan gənc olduğu zaman Tayçıut tayfası onunla muxalifət edirdi. Bir gün Çingiz xan önəmli bir iş üçün yola düşmüşdü. Yolda öz-özünə hərəkət edən bir daşa rastlandı.Çingiz xan düşündü ki, burada bir uğursuzluq olmalıdır. Yola davam edib-etməməsi barədə tərəddüd etdi. Sonunda yoluna davam etmə qərarı aldı. Çingiz xan bu yolçuluğunda xoşagəlməz hadisə ilə qarşılaşdı. Onun düşməni olan Tayçıut tayfasının xanı Tarqutay Qırıltuq onu əsir edərək boynunu iki şaxə ağacla bağladı. O zaman əsir düşənləri Ardı »

EllərŞeyx Hasan və Şeyx Əhməd dədə

Şeyx Hasan və Seyx Əhməd dədə qardaşdirlar. Türbələri Elazığ ilinin Baskil ilçəsinə (Əski Malatya) bağlı Şeyx Hasan kəndindədir. Şeyx Hasan və Şeyx Əhməd dədənin əski məzar daşında 1188 YA ALLAH KONYA yazı və ili mövcud olub bu tarixin doğummu yoxsa Haqqa yürüməmi olduğu haqqında dəqiq bir bilgi yoxdur. Bu tarixlər də İran Xorasanın Nişapur şəhərindən Malatyanın Şeyx Hasan kəndinə gəldikləri də bilinir. Əski məzar daşlarının Ələvi inanç məzar mədəniyətində çox rastlanan cikək motivləri ilə süslü olup Karakaya Barajı nədəni ilə nakil çalişmaları əsnasında itdiyi bilinir. Ardı »