beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacıəlili eli

Tarixi
Hacıəlili Qaradağın önəmli ellərindən biridir. Yaylaqları Müşgənbərin yüksək məntəqələri, qışlaqları isə, Xudafərin civarında Araz çayı kənarıdır. El rəisləri, əskidən bəri Hacıəlili xanədanındandır. Bu xanədana mənsub olan Nüsrətullah Əmir Ərşad, son dönəm el rəislərindəndir.

El mənsubları, İran-Rus savaşlarına qatılmışdır. Hacıəlili elinin rəisi/ xanı Əsədullah sultan Hacıəlili, doqquz oğlunu bu savaşda itirmişdir. Ondan sonra, Məhəmmədhəsən bəy və Rüstəm xan el rəisliyini yürütmüşdür. Rüstəm xandan sonra oğlu Məhəmmədhüseyn xan Zərğam-Nizam, elin rəisi/ Sərdari Əşayir olmuşdur. Rüstəm xanın digər oğlu Sam xandır. Öncə “Ərşəd-Nizam”, daha sonra “Əmir-Ərşad” və “Sərdar-Ərşad” ləqəbləri ilə anılmış və Azərbaycan Türk ellərinin ən böyük rəisi/ xanı olmuşdur. Müxbirüssəltənə Hacı Mehdiqulu xan Hidayətin Azərbaycanda hökm sürdüyü və Qəvamüssəltənə Əhməd Qəvamın baş nazir olduğu h.ş. 1300/ 1921-ci ildə, min nəfərlik yerli milis və minbeşyüz jandarma gücü əmrinə verilərək, İsmayıl ağa Simko ilə aparılan savaşa göndərilmişdir. Əmir Ərşad, Təsucda cərəyan edən savaşda kürd üsyançılar tərəfindən öldürülmüşdür.

Hacıəlili elinin XX əsrdəki digər xan və el rəisləri; Fəramərz xan, Surxay xanın oğlu Ağa Məhəmməd xandır.

Önəmli tirə/ oymaqları; -Qaraxanlı, -Yağbəstili, -Gəncəli, -Çaxırlı, -Bəstamlı, -Qarabağlı, -Kəngərlu, -Pirəlili və -Müqəddəmdir.


Tarix: 21.01.2015 / 18:34 Müəllif: Feriska Baxılıb: 70 Bölmə: Ellər