beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağacəri eli

Tarixçə
Beşinci əsrdə Ağacəri eli, Volqa çayının ətrafında və Qıpçaq düzənliklərində yaşayırdılar.Mahmud Qaşqarlı, Divani Lüğəti Türkdə onları 24 Oğuz Türk qəbilələrindən biri bildirib.Onlar, sonra İran, Anadolu və Qara dənizin şimalına köçüblər.İranda onlar Şərqi Azərbaycan, Zəncan, Həmədan və Xuzistan ostanlarında yaşayırlar.

“Ağacəri” adı (“ağac ərləri”, “orman insanları”) özü özlüyündə tarixi qədim olan bir etnonimdir. Türkiyə tarixçisi Zəki Vəlidi Toğanın yazdığına görə, 460-cı ildə Xəzər ölkəsində Azərbaycana Ağacəri adında bir boy gəlmişdir. Daha sonra, biz Ağacəri adına Anadolunun Maraş dağlarında Avşar və Bayatların qonşuluğunda rast gəlirik. 1246-cı ildə həmin bu Ağacərilər Elxanlı sərkərdəsi Baycu noyonla çarpışmışlar. Ağacərilərin başqa bir bölüyü isə uzun illər Ərdəbil yaxınlığındakı Xalxalda hakim olmuşlar. Qəzvinin ünlü Ələmut qalasının (“qartal yuvası”) Hülaku xan tərəfindən fəthinə Ağacəri eli də qatılmışdır.

Ağacəri elinin adına Qaraqoyunluların və Ağqoyunluların tərkibində də rast gəlinir. Minorski Ağacəri elini Kohgiluyə Lurlarının tərkibində göstərsə də, Ağacəri elinin Türklərdən ibarət olduğunu söyləmiş və tirələrini sadalamışdır: Avşarlar, Cağataylar, Bəydililər və Qarabağlılar.

Ağacərilərin ən azından bir hissəsinin (xüsusən Avşar adlı tirələrinin) keçmişdə bir zamanların qüdrətli Oğuz boyu olan Xuzistan Avşarlarının 1596-1597-ci illərdəki üsyandan sonra I Şah Abbas tərəfindən pərən-pərən salınmış Kohgiluyə bölgəsindəki qolundan törədiyini güman etmək olar.

Ağacəri elinin Qaşqayların Kəşküli bölüyü ilə də bağlılığı təxmin edilir, çünki, hər ikisinin tərkibində eyni adlı Bəydili və Cama Bozorqi adlı tirələr var.

1820-ci illərdə Ağacəri eli Xuzistan ərazisində Behbahan şəhəri ətrafına bu şəhəri Bəxtiyarilərdən, Boyer Əhmədilərdən və başqa köçərilərdən qorumaq üçün köçürülmüşlər. Ağacəri Türklərinin bir qismi zamanla İrandilli qövm olan Boyer Əhmədilərə qarışmış və həmin qism bu gün Ağayi adı ilə tanınır.

1913-cü ilə aid bilgilərə görə Behbahandakı Ağacərilərin sayı 2,000 ailə qədər olmuşdur. Tirələri bunlardır: Bəydili, Avşar, Cağatay, Ağbaği, Şeri, Lur Zaban, Baseri, Cama Bozorqi, Tiləkü, Deyləmi, Gəştil və Davudi.

Ağacərilərin bir hissəsi hələ də doğma Türkcəmizi qoruyub saxlasa da, qalan hissəsi artıq Fars və Lur dilinə keçmişdir.

Ağacəri elindən bir çoxları İran adlanan ölkənin güneyindəki Abadan, Bəndər Mahşəhr və öz adlarını daşıyan Ağacəri şəhərinə köçmüş və hal-hazırda neft sənayesi başda olmaqla müxtəlif peşələrdə işləməkdə və şəhər həyatı sürməkdədirlər.


Tarix: 21.01.2015 / 18:27 Müəllif: Feriska Baxılıb: 108 Bölmə: Ellər