beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aslan sultan Şadlı

Həyatı
Qraf Paskeviç şadlılar tayfasının rəhbəri, XX əsrin ikinci onilliyində Vedibasar mahalında erməni-daşnak işğalçılarına qarşı mübarizə aparmış xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin ulu babası Aslan sultan Binnətalı sultan oğlu ilə görüşmək təşəbbüsündə bulunur. "O (Paskeviç – Ə. Ç.) Vedibasarda məskunlaşan olduqca döyüşkən, əyilməz qarapapaqlar tayfası arasında Aslan sultanın böyük nüfuz sahibi olduğunu bilir, onun vasitəsilə qarapapaqları yola gətirmək istəyirdi".

Aslan sultan 200 şadlı və 10 qarapapaq ağsaqqalı ilə Eçmiyədzində Paskeviçlə görüşüb rusların təbəəliyini qəbul edir. Paskeviçin yazdığına görə bu qarapapaqların üzlərindən ruslara itaətdən çox etibarsızlıq açıq oxunurdu.

Aslan sultanın rus himayədarlığını qəbul etməsi müəyyən nəticələr verməyə başladı. V. Potto: "Şadlılardan 60 nəfər silahlarını atıb Sərdarabaddan qaçdı, Nağı xanın ən yaxşı atlılarından olan 50 qarapapaq onu tərk edib Göyçəyə qayıtdı. Ancaq bu hələ ki, ayrıca istisnalar idi. Tatar tayfalarını daha təhlükəsiz etmək üçün müvafiq tədbirlər həyata keçirmək lazım gəlirdi. Belə tədbirlərdən daha məqsədəuyğunu onlarla dinc münasibətin yaradılması idi. Rus tərəfinə keçmiş tatarların sayı az olsa da, ümid etmək olardı ki, başqaları da onların yolunu seçəcəklər". Paskeviç şadlılardan bir neçəsini qarapapaqlarla əlaqə yaratmaq və onlardan mal-qara almaq üçün dağlara göndərir. Əlbəttə ki, başkomandanın əsas məqsədi qarapapaqlarla ticarət əlaqəsinin yaradılması deyildi. O qraf Nesselroda ünvanladığı məktubda açıqlayırdı ki, əsas məqsəd 30 verst aralıdakı daşınmaların Göyçə səmtindən "Həsən xan tərəfdə döyüşən soydaşları kimi qaçaqçılıqla nəfəs alan oradakı qarapapaq atlıları tərəfdən narahat edilməməsindən ibarət idi". V. Potto Göyçə qarapapaqları haqqında yazırdı: "İranlıların özləri də onları köçməyə təhrik etmirdi. Çünki bilirdilər ki, dağlarda qalmaqla da qarapapaqlar onlar üçün lazımi işlər görəcəklər. Əla at sürənlər, ancaq tənbəl əkinçilər kimi onlar rusların ərzaqla təmininə heç bir kömək edə bilməzdilər, əksinə rusların əksinə çevrilməklə hər bir keçiddə, hər bir tərəfdən rus dəstələrinə ziyan vura bilərdilər".

Ailəsi
Aslan sultanın Niftalı sultan, Kəlbəli sultan, Hüseyn sultan adlı oğlanları vardı.


Tarix: 21.01.2015 / 18:23 Müəllif: Feriska Baxılıb: 80 Bölmə: Ellər