beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəfəranlı eli

Tarixçəsi
Zəfəranlı konfederasiyası 8 böyük, 24 kişik eldən ibarətdir.

Zəfəranlı eli
Zəfəranlı eliin başçılarından biri Məhəmmədhəsən xan idi. O, Nadirə qarşı qiyam qaldırmışdı.

Bu konfederasiyanın ən böyük qollarından viri Cəmişgəzək (Çemişkəzək) elidir.

Cəmişgəzək eli
Dərsimin (indiki Tuncelinin) Çemişkezek qəzasından çıxan bu el əvvəlcə Ağqoyunlu tayfa birliyinə, sonra Qızılbaşların tərkibinə qatıldı.

Cəmişkəzəkli elinin kökəni haqqında müxtəlif fikirlər var. Şərəfnaməyə görə, Çemişkezek demək, kürdlük deməkdir. Kürdlər arasında, «Çemişkezek deyincə, ağla kürd gəlir» deyir. Digər tərəfdən, yenə Şərəfnamənin bu qeydi, Cəmişkəzəkli elinin türklüyünü sübut edir:

«Çemişkezek hökmdarlarının bu Məlikşahın soyundan gəlmiş olmaları və "Məlikşah' sözünün Kürd dilinde 'melikiş' biçimində dəyişmiş olması ehtimaldır, başqa yandan Çemişkezek hökmdarlarının adları da onların türklərin övladlarından və törəmələrindən olduqlarını dəqiqləşdirir, çünkü adlarının heç bir yandan ərəb və kürd adlarıyla ilgisi yoxdur; Ərəb və kürd adlarına heç də bənzəmir.». Yuxarıda bildirdiyimiz kimi, Cəmişkəzəkli eli, Türkmandır.

Bu konfederasiyanın əsas hissəsi Xorasanda məskunlaşmışdı.

1727-ci ildə Mirzə Mehdi xan Astrabadi yazır: “Nadir bu tayfanı cəzalandırmaq üçün tələsirdi, ona görə də öz qoşununu hazırlıq vəziyyətinə gətirdi. Əmr verildi ki, Camışgəzək və Qaraçorlu ellərinin nümayəndələri onun düşərgəsinə gəlsinlər. Onlar təşkil olunmuş ekspedisiyada iştirak edəcəkdilər. Camışgəzək elinin başçısı Məhəmmədhüseyn xan Qaraçorlu ellərinin nümayəndələrini qızışdırdı ki, yürüşdən boyun qaçırsınlar. Onlar da Nadirin təklifini rədd etdilər. Kürdlərin başçıları isə Kərmənəxan bölgəsinin Mane və Semelqan adlı yurdlarında üsyan qaldırdılar və çox sayda dəstə topladılar”. [Mirzə Mehdi xan Astrabadi, Tarixi-Nadiri, Tehran, 1263, (hicri qəməri).]

Nadir şah Avşar (1730-1747), Bruniessenə görə Şadlılarınn bir qolu olan Qaraçorlu və Əmirli ellərini də gətirib Xorasana yerləşdirmişdi. Beləcə Qaçarlar hakimiyyəti zamanında Xorasanın bəzi bölgələri elxan ünvanı verilən Camişgəzəkli və Şadli ellərindən olan xanlar tərəfindən idarə edilmişdi. [Prof. Dr. Martin van Bruinessen, Kürtlük, Türklük, Alevilik & Etnik ve Dinsel Kimlik Mücadeleleri].

Cəmişkəzəkli elinin başçılarından biri, vəkil Sam bəy idi. Sam bəyin qızını Nadirə ad eləmişdilər. Nadir Qoçana, bu qızın ardınca adam göndərmişdi. Saray adamlarının öyrətməsiylə II Şah Təhmasib Səfəvi də qıza elçi yolladı. Nadir cəld tərpənib qızla evləndi.

Sam bəyin Məhəmmədhüseyn bəy adlı oğlu vardı.

Cəmişkəzəkli elinin başçılarından biri Şəkər bəy idi. Şəkər bəy II Şah Təhmasib Səfəviyə qarşı qiyam qaldırmışdı.

Etimologiyası
Zəfəranlı = Zəfəran (Saffron) + lı Türk suffiksindən yaranıb.


Tarix: 21.01.2015 / 18:17 Müəllif: Feriska Baxılıb: 125 Bölmə: Ellər