Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məzdəkilər hərəkatı

Məzdəkilər hərəkatı — Məzdəkin rəhbərliyi ilə 496 – 531 – ci illərdə Sasani zülmünə və feodallara qarşı baş vermiş hərəkat, erkən orta əsrlərin ən mühüm ictimai və tarixi hadisələrindən biri.

Maniçiliyin təsiri altında yaranmış Məzdəkilər hərəkatı özünəməxsus spesifik xüsusiyyətlərə malk olmuşdur.

V əsrin sonunda meydana çıxmış məzdəkilər hərəkatı başqa sosial hərəkatlar kimi cəmiyyətin sayca çox cüzi hissəsini təşkil edən yüksək təbəqənin xalq kütlələrini hədsiz istismarı və əsarət altına salması zəminində genişlənib artdı.

Məzdəkilər hərəkatının səbəblərini araşdırarkən, hər şeydən əvvəl, o dövrün sosial və iqtisadi vəziyyətini təhlil etmək lazımdır. Əhalinin dörd zümrəsindən ən çox istismar olunanı - əkinçiləri, maldarları, sənətkarları və ticarətlə məşğul olanları öz tərkibində birləşdirən "vergi verənlər" zümrəsi idi.

Kəndli və şəhər icmaları o zaman tənəzzül dövrünü keçirirdilər. İri torpaq sahibləri, necə olursa olsun, icmaların və xırda sahibkarların torpaqlarını ələ keçirməyə çalışırdılar. Geniş torpaq sahələrinin bir ovuc sahibkarın əlində toplanması prosesi gedirdi.

Torpaq sahiblərinin, dövlətin və kahinlərin istismarına məruz qalan əhali gücçatmaz vergiləri ödəməli olurdu. Bununla yanaşı, şahənşahın çoxlu canlı və maddi ehtiyatlar tələb edən fəal xarici siyasətini də nəzərə almaq zəruridir. "Vergi verən" zümrə ilə əyanlar arasında günü-gündən dərinləşən ziddiyyət şəraitində Bamdadın oğlu Məzdəkin başçılıq etdiyi hərəkat meydana çıxdı. Getdikcə genişlənən bu hərəkata maniçilik ideyası da az təsir etməmişdi. Lakin xeyrin şər üzərində qələbəsinin mümkünlüyünü inkar edən maniçilərdən fərqli olaraq məzdəkilər son məqamda xeyrin qələbəsinə inanırdılar.

Hər hansı şəxsi mülkiyyəti inkar edən məzdəkilər bərabərliyi təbliğ edirdilər. Hərəkat on illərlə davam etdi, bir çox iri torpaq sahibi öldürüldü, onların torpaqları və əmlakı isə bölüşdürüldü. Hərəkatın başlanğıcında Sasani Şahənşahı I Qubad (488-531) iri feodalların gündən-günə artan təsirinə qarşı mübarizəsində məhz bu hərəkatdan istifadə etməyə çalışırdı. Ancaq məzdəkiliyin yüksələn qüdrəti şahənşahın taxtı və daxili siyasəti üçün birbaşa təhlükəyə çevrildiyindən bu hərəkatın sonu qaçılmaz idi. VI əsrin birinci yarısında hərəkat amansızcasına yatırıldı, onun ardıcılları təqiblərə məruz qaldı, əmlakları şah xəzinəsinə verilməklə müsadirə olundu. Təqiblərdən baş götürüb qaçmağa çalışan məzdəkilər Azərbaycanın, Deyləmin, Təbəristanın dağlıq yerlərində sığınacaq tapdılar.

Məzdəkilər hərəkatı ərəfəsində quraqlıqlar və təbii fəlakətlər nəticəsində ardı-arası kəsilmədən aclıqlar baş vermişdi. Beləliklə hərəkatın başlanması üçün iqtisadi və ictimai amillər meydana gəlmişdi.

Məşhur Çexoslovakiya şərqşünası O. Klimanın qeyd etdiyinə görə Məzdək hərəkatı heç də dinin təsiri altında baş verməmişdir. [1]

Şəhristaninin yazdığına görə , Məzdək öz çıxışlarında deyirdi ki, "Allah bütün insanları bərabər yaratmışdır. Lakin bir qrup insanlar bütün sərvətləri öz əllərində toplayaraq varlanmışlar. Həmin sərvətləri onların əlindən alaraq bütün insanlar arasında bərabər şəkildə bölmək lazımdır. " (Şəhristani, səh. 291)

496-cı ildə quraqlıq nəticəsində baş verən qıtlıq Məzdəkilər hərəkatının başlamasına təkan verdi, onlar mülkədarlara hücum edir, onların mülklərini ələ keçirir və öz aralarında bölürdülər. Bu səbəbdən də məzdəkilər tezliklə yoxsul kütlə tərəfindən rəğbətlə qarşılandı. İqtisadi-siyasi cəhətdən ağır vəziyyətdə olan ölkəni xilas etmək məqsədi ilə I Qubad (488-531) onlarla sazişə girib, müqavilə bağlamalı oldu. Lakin bütün bunlara baxmayaraq Sasanilər dövlətində və eləcə də həmin dövlətin vassalı olan Atropatena ərazisində feodal zülmünə və Sasanilərin hakimiyyətinə qarşı xalq hərəkatı daha da genişləndi. V əsrin 80 – ci illərindən başlayaraq Məzdəkilər hərəkatı feodal istismarına qarşı güclü xalq hərəkatına çevrildi.

Belə bir şəraitdə mərkəzi hakimiyyət böyük torpaq sahələrinə malik olan din başçıları və əyanların özbaşınalıqlarının qarşısını almaqda da aciz idi. Ona görə ki, istər ruhanilər, istərsə də mülkədarlar mərkəzi hakimiyyətlə razılaşmadan müəyyən işlər görürdülər. Bu hal isə istər-istəməz Qubadı narahat edirdi.

Məzdəkilər hərəkatına Məzdək Bamdadan rəhbərlik edirdi. O, ilk dəfə ö təlimini Həmədan yaxınlığında yaymağa başlamışdı. Hərəkatın əsas hərəkətverici qüvvəsini öz ağalarına qarşı mübarizə aparan kəndlilər təşkil edirdi. Həmçinin qullar və nökərlər də onlara qoşulmuşdu.

Məzdəkilərin ölkə daxilində böyük nöfuz qazanıb, çoxlu tərəfdar toplamaları, yuxarı təbəəni bərk təşvişə salmışdı. Ona görə də onlar məzdəkilərə qarşı nifrət bəsləyən bacarqlı bir şəxsin hakimiyyət başına gətirilməsinin tərəfdarı idilər.

Nəhayət 529 – cu ildə iri feodallar I Qubad və I Xosrov başda olmaqla hərəkatı yatıra bildilər. Üsyan başçıları, o cümlədən Məzdək öldrüldü. Bütün ölkədə məzdəkilərin kütləvi qırğını başlandı. Bu qırğınlarda səksən min nəfərə qədər adam öldürüldü.

Məzdəkilər hərəkatı nəticəsində iri kahinlər dövlət rütbələri sırasında birinci yeri itirdilər və dünyəvi vəzifə sahibləri birinci plana çəkildilər. Ümumilikd hərəkat pis təşkil edilmiş, kortəbii bir hərəkat idi. Üsyançılar hərəkatın inkşaf qanunlarını düzgün başa düşmürdülər. Bütün kəndli hərəkatlarında olduğu kimi, məzdəkilərin də aydın bir proqramı yox idi. Onlar heç bir iqtisadi və siyasi tələblə çıxış etmirdilər. Daha doğrusu çevrilişin məqsədini qarşıya qoymamışdılar.

Kəndli hərəkatının başıçıları və iştirakçıları istismarın ictimai, iqtisadi bərabərsizliyin əsas səbəbi olan istehsal vasitələri üzərində xüsusi mülkiyyəti aydın görmürdülər. İstismardan azad olmaq üçün hansı mübarizə metodlarına əl atmağın lazım olduğunu bilmirdilər. Onlar yalnız bərabərliyi meydana atır, varlılar üzərinə düşüb onların varını əlindən alıb öz aralarında bölməklə kifayətlənirdilər.

Məzdək hərəkatının məhdud cəhətlərinə baxmayaraq bu üsyan dövrünün müstəbid hökmdarlarını geniş zəhmətkeş kütlələr qarşısında müəyyən ictimai-iqtisadi və siyasi güzəştlərə getməyə və gələcək kəndli üsyanlarının qarşısını almaq məqsədilə I Xosrovu islahat keçirməyə məcbur etdi. Feodal zülmünə qarşı sonrakı kəndli hərəkatlarının inkişafı üçün mənəvi zəmin hazırladı.

Məzdək hərəkatnın məğlub olmasına baxmayaraq Məzdəkn adı əsrlər boyu İranın, Azərbaycanın və züləmə məruz qalmış digər Şərq ölkələrinin əhalisinin xatirəsində yaşamışdır.

Məzdəkilər hərəkatı Sasnilər dövlətinin daxili həyatının zəif tərəflərini aşkara çıxartdı, onun əsaslarını elə sarsıtdı ki, ölkənin inzibati idarə sistemini və iqtisadiyyatını yoluna salmaq üçün I Xosrov Ənuşirəvanın hərbi, inzibati və vergi islahatlarını həyata keçirmək lazım gəldi.

Məzdəkizm həmçinin İran və Azərbaycanda yaşayan əhalinin feodal istismarına qarşı sonrakı azadlıq mübarizəsinin gedişinə böyük təsir göstərmişdir.

Məzdək hərəkatı və onun ictimai xarakteri haqqında Bizans, Suriya, ərəb və İran mənbələrində külli miqdarda məlumata rast gəlmək olar. Təbəri özünün "Tarixe ər – rüsul və əl-müluk" adlı əsərində, Əbu Mənsur Səalibi "Yətimət əd-dəhr", Məsudi "Müruc əz-zəhəb və əl-məadin əl-cövhər", Şəhristani "Əl-miləl və əl-nihəl", Nizamülmülk "Siyasətnamə", Firdovsi "Şahnamə" əsərində Məzdəkilər hərəkatı və onun ictimai xarakteri haqqında ətraflı məlumat vermişlər. Bundan başqa Bizanslı Prokopinin əsərində də Məzdək hərəkatı haqqında maraqlı faktlar vardır. Həmin mənbələrdən istifadə edən Çexoslovakiya tarixçisi O. Klima və Sovet tarixçisi N. V. Piqulevskaya Məzdək hərəkatı və onun tarixi, ictimai xarakteri haqqında bir sıra qiymətli tədqiqat əsərləri nəşr etdirmişlər.

Məzdək hərəkatı haqqında Nizamülmülk deyir: "Əhali gzli və ya aşkar formada Məzdəkin dini dünyagörüşünü qəbul edirdi." (Nzamülmülk, Siyasətnamə, səh 65) Bu haqqda Firdovsi yazırdı ki, "...cavan və yaşlı olmasından asılı olmayaraq, bütün yoxsullar onunla birləşmişdilər."

Əyan və ruhanilərin özbaşınalığından və onların mərkəzi hakimiyyətin bütün işlərinə qarışmalarından cana gələn I Qubad Məzdəkin tərəfdarları ilə razılaşmağa və saziş bağlamağa məcbur olmuşdu. Girşmanın yazdığı kimi, "...xalq elliklə Məzdək hərəkatına qoşulmuşdu." [2]

Məzdək hərəkatının iştirakçıları Camaspın hakimiyyəti dövründə üç il təqib edilib sızışdırılmışdılar. Lakin Camasp hakimiyyətdən düşdükdən sonra Qubadın dövründə 25-26 il ərzində Məzdək və onun tərəfdarlarına toxunulmamşdır. Nəəhayət, Qubad əyan və ruhanilərlə razılığa gəldikdən sonra 564-cü il 25 yanvarda Məzdək və onun tərəfdarlarına divan tulmuşdur.

Nizamülmülk "Siyasətnamə" əsərinin IV-V fəsillərində Məzdək hərəkatı, onun təriqəti, nəhayət I Xosrov tərəfindən hərəkatın yatırılması və Məzdəkin öldürülməsi haqqında I Xosrova istinadən yazır: "Məzdəki öldürmək asandır, lakin onun tərəfdarlarıolduqca çoxdur. Onu öldürsəm məzdəkilər qaçıb dağılar, əhalini əldə edib böyük istehkamlar əldə edər, bizim ölkənin işini bitirərlər. Biz fikirləşməli, onları ellilə qırıb, bir nəfəri belə diri qoymamalıyıq."

Nizamülmülkün yazdığına görə, I Qubad və I Xosrov Məzdəki aldadaraq ona dedilər ki, tərəfdarlarını topla, onlara xələt və hədiyyələr vermək lazımdır; onun tərəfdarlarını bu adla 20-30 nəfərlik dəstələrə bölüb bağa aparıb az-az məhv ediblər.


Tarix: 05.03.2013 / 13:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 3653 Bölmə: Dunya ve tarixi
loading...