beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birinci Dünya müharibəsi

Birinci Dünya müharibəsi, I Dünya müharibəsi (28 iyul 1914 — 11 noyabr 1918) — bəşəriyyət tarixində II Dünya müharibəsinə qədərki ən böyük müharibə. Bu adlandırma İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanmış, iki Dünya müharibəsi arasındakı dövrdə isə qərbdə "Böyük müharibə" (ing. The Great War, fr. La Grande guerre) və ya "Dünya müharibəsi" adlandırılmışdır. Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: "Antanta"da İngiltərə, Fransa və Rusiya, "Üçlər ittifaqı"nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya(1915-ci ildə Antantanın tərəfinə keçir) var idi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi(onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı.

Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən muharibənin başlanması üçün bəhanə oldu.Mündəricat
1 Müharibənin əsas səbəbləri
2 Müharibənin başlanması
3 1914-1917-ci İllərdə hərbi əməliyyatlar
4 Qafqaz cəbhəsi
5 Diplomatik mübarizə
6 Müharibənin sonu
7 Nəticə
8 Birinci Dünya müharibəsində yeni silah texnologiyaları
9 Azərbaycan Birinci Dünya Müharibəsi illərində
10 Xarici keçidlər
11 İstinadlar


Müharibənin əsas səbəbləri

Müstəmləkəçi ölkələrin inkişafı, ilk növbədə bu ölkələr arasındakı ziddiyətlərin kəskinləşməsi, dünyanın yenidən bölüşdürülməsi uğrunda Avropa dövlətlərinin iki hərbi-siyasi bloku arasında mübarizə Birinci Dünya müharibəsinə gətirib çıxardı. Bu ziddiyətlərin başlıcası Almaniya ilə Böyük Britaniya arasında idi.

Alman hərbi-siyasi dairələri Böyük Britaniya və Fransanın hesabına yeni müstəmləkələr zəbt etmək, Fransa və Rusiyanı zəiflətmək, onların müstəmləkələrinin bir hissəsini ələ almaq niyyətində idilər. Onun müttəfiqi Avstriya-Macarıstan dövləti isə Balkan yarımadasında öz nüfüzunu genişləndirməyə və yeni ərazilər işğal etməyə çalışırdı.

Böyük Britaniya hökuməti müharibə yolu ilə Almaniyanı zəiflətmək, onun müstəmləkələrinin bir hissəsini ələ keçirmək, Osmanlı İmperiyasını bölüşdürmək ümidində idilər. Fransız hökuməti də buna nail olmaq istəyirdilər. Bundan başqa onlar, 1870-1871-ci illərdə Almaniya ilə olan müharibədə itirilmiş Elzas və Lotaringiya vilayətlərini geri almaq, Almaniyanın Reyn vilayətinin bir hissəsini ələ keçirmək istəyirdi. Rus çarizmi isə Balkanda, Bosfor və Dardanel boğazlarında öz hökmranlığını yaratmağa, həm də Almaniyanı iqtisadi cəhətdən zəiflətməyə çalışırdı.

Müharibənin başlanması

Avstriya-Macarıstan ilə Serbiya arasındakı münaqişə müharibənin başlanması üçün bəhanə oldu. Avstriya-Macarıstan ordusunun baş komandanı, ershersoq Frans-Ferdinand Bosniyadakı manevrlərdə iştirak edirdi. İyunun 28-də Serbiyadan gəlmiş terrorçu qrupun üzvü olan Qavrilo Prinsip Avstriya-Macarıstan taxt-tacının vəliəhdini Sarayevoda öldürdü. Bunun qarşılığında Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan etdi.

1914-cü ilin iyulun axırında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil oldu. Belqrad şəhəri bombardman edildi. Rus İmperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə avqustun 1-də Alman İmperiyası Rusiyaya, avqustun 3-də isə Almaniya Fransaya müharibə elan etdi. Almaniya Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlandırdı və avqustun 4-də Belçikaya hücum etdi.

Belçikanı müdafiə etmək bəhanəsi ilə Böyük Britaniya Almaniyaya müharibə elan etdi. Getdikcə yeni-yeni ölkələr müharibəyə qoşuldular. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan etdi. Lakin, o Avropaya qoşun göndərmədi, Yaponiya Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa çalışırdı.

1914-cü ildə Osmanlı dövləti "Üçlər İttifaqı" tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Osmanlıya qarşı müharibə elan etdi. Suriya, Fələstin və Qafqazda yeni cəbhələr açıldı.
Müharibənin başlanmasının xronologiyasıTarixMüharibəni elan edən dövlətMüharibə elan edilmiş dövlət
28 iyul 1914Avstriya-MacarıstanSerbiya
1 avqust 1914AlmaniyaRusiya
3 avqust 1914AlmaniyaFransa
3 avqust 1914AlmaniyaBelçika
4 avqust 1914Böyük BritaniyaAlmaniya
5 avqust 1914ÇernoqoriyaAvstriya-Macarıstan
6 avqust 1914Avstriya-MacarıstanRusiya
6 avqust 1914SerbiyaAlmaniya
6 avqust 1914ÇernoqoriyaAlmaniya
12 avqust 1914Böyük Britaniya və FransaAvstriya-Macarıstan
15 avqust 1914YaponiyaAlmaniya
2 noyabr 1914RusiyaOsmanlı İmperiyası
5 noyabr 1914Böyük Britaniya və FransaOsmanlı İmperiyası
23 may 1915İtaliyaAvstriya-Macarıstan
14 oktyabr 1915BolqarıstanSerbiya
9 mart 1916AlmaniyaPortuqaliya
27 avqust 1916SerbiyaAvstriya-Macarıstan
28 avqust 1916İtaliyaAlmaniya
6 aprel 1917ABŞAlmaniya
7 aprel 1917Panama və KubaAlmaniya
27 iyun 1917YunanıstanAlmaniya
22 iyun 1917SiamAlmaniya
4 avqust 1917LiberiyaAlmaniya
14 avqust 1917ÇinAlmaniya
26 oktyabr 1917BraziliyaAlmaniya
7 dekabr 1917ABŞAvstriya-Macarıstan
11 noyabr 1918Müharibənin başa çatması


Tarix: 03.03.2013 / 16:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 295 Bölmə: Dunya ve tarixi