Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəngilər

Zəngilər - qədim türk boylarından biridir.Mündəricat
1 Tarixi
2 Hökmdar şəcərələri
2.1 Mosul atabəyləri
2.2 Hələb atabəyləri
2.3 Sincar atabəyləri
2.4 Cəzirə atabəyləri
2.5 Zəngilərin hökmdar sülaləsi
3 İstinadlar
4 Həmçinin bax


Tarixi

Adları qədim mənbələrdə "sanqi" şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər. Böyük qazax mütəfəkkiri Çokan Vəlixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir [1].

Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi. Lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də hakimiyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş.

Prof. F. Cəlilov qeyd edir ki, Zəncan şəhərinin adı da sanqi//zəngi boyu ilə bağlıdır. [2] Azərbaycan bölgələrindən 1403 – cü ildə keçən Klavixo elçi heyətinin Miyanə yolunda dincəldiyi Sanqa şəhəri haqqında yazır: "Bu şəhər tamamilə boş idi, lakin deyirlər ki, bu əvvəllər Azərbaycanın ən iri şəhəri imiş" [3].

İrəvan mahalı birbaşa Assur hücumlarına məruz qalmadığı üçün yalnız bu mahalın güney periferiyaları barədə Asur mənbələrində məlumat vardır. Arazdan aşağı, Urmu gölünün quzey sahilləri Asur qaynaqlarında Sanqibut ölkəsi adlanır. Qədim türk dilində but // bud "tayfa", "boy" anlamında işlənən sözdür və "xalq" anlamlı budun sözü də bu kökdən yaranmışdır. Həmin bölgədə, Maku şəhərinin güneyində axan indiki Zəngi-mar çayının adı məhz qədim sanqi//zəngi boylarının nişanəsidir. Asur qaynaqları Urmu gölündən aşağıda da zəngilərin yaşadığından xəbər verir. Buradakı Zəngi ölkəsinin adına Bit - Sanqi və Bit - Sanqibut şəklində rast gəlirik ki, bu da həmin adın asur dilindəki ev, yurd anlamında işlənən "bit" sözü ilə verilməsi, yəni asurca "sanqi (boyunun) yurdu" anlamında işlənməsidir. Bu bölgədən m.ö. VIII əsrdə asurların Suriyaya deportasiya etdikləri boylar içində sanqilli (zəngili) tayfa adı da e.ə. 738-ci ilə aid Tiqlatpalasar annalında qeyd olunmuşdur [4].

Hökmdar şəcərələri

Mosul atabəyləri
I İmadəddin Zəngi (1127 - 1146)
I Seyfəddin Qazi (1146 - 1149)
Qütbəddin Məvdud (1149 - 1170)
II Seyfəddin Qazi (1170 - 1180)
I İzzəddin Məsud (1180 - 1193)
I Nurəddin Arslan Şah (1193 - 1211)
II İzzəddin Məsud (1211 - 1218)
II Nurəddin Arslan Şah (1218 - 1219)
Nəsrəddin Mahmud (1219 - 1222 ya da 1234)

Hələb atabəyləri
I İmaddədin Zəngi (1127 - 1146)
Nurəddin Mahmud Zəngi (1146 - 1174) + Şam atabəyi (1154 - 1174)
Saleh İsmayıl Məlik (1174 - 1181) + Şam atabəyi (1174)
II İmaddədin Zəngi (1181 - 1183)

Sincar atabəyləri
II İmadəddin Zəngi (1171 - 1197)
Qtbəddin Məhəmməd (1197 - 1219)
İmadəddin Çahənşah (1219 - 1220)
Cəlaləddin Mahmud (1219 - 1220)
Fəthəddin Ömər (1219 - 1220)

Cəzirə atabəyləri
Müzəddin Səncər şah (1180 - 1208)
Müzəddin Mahmud (1208 - 1241)
Mahmud Məlik Zahir (1241 - 1250)

Zəngilərin hökmdar sülaləsi

Ak Sunqur

Hələb Atabəyliyi

I Zəngi
1.(1127-1146)



I Qazi
2.(1146-1149) Məvdud
3.(1149-1170) Nurəddin
ii.(1146-1174)



II Qazi
4.(1170-1180) I Məsud
5.(1180-1193) II Zəngi
iv.(1181-1183) Saleh
iii.(1174-1181)



I Arslan
6.(1193-1211)



II Məsud
7.(1211-1218)



II Arslan
8.(1218-1219) Mahmud
9.(1219-1222)


Tarix: 02.03.2013 / 17:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 534 Bölmə: Dunya ve tarixi
loading...