Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pertinaks

Publiy Helviy Pertinaks(lat. Publius Helvius Pertinax * 1 Avqust 126 , Alba Pompeya; † 28 Mart 193 , Roma) — [31 dekabr]] 192 - 28 mart 193 tarixdə XVIII Roma imperatoru olmuşdur.

Həyatı

Pertinaks Luqurili bir xırda ticarətçi, odunsatan Helviy Suçessun oğludur. Əvvəllər müəllim olan Panteaks sonradan əsgər, senturion ( lat. centum = yüz) - yüzbaşı, koqort lat. cohors = çəpərlənmiş yer) - bölüm, legion və Reyn donamasının başçısı olmuşdur. Pertinaks Daçiyada vergi yığıcısından senator, konsul vəzifəsinədək qalxaraq, Dunay ordusuna başçılıq etmişdir. Ardıcıllıqla Moeziyanın, Daçiyanın, Btitaniyanın, Şimali Afrika ərazilərinin hakimi, sonradan Romanın prefekti olmuşdur.

'

Ölümü

Bir sıra torpaq islahatları aparması hərbiçilər arasında kəskin etirazlara səbəb olur. İmperatoru öldürmək istəyən bir neçə zabitin edamından sonra imperator sarayına hücum çəkən hərbiçilərin önünə çıxan və onları öz uzun-uzadı və inandırıcı nitqi ilə sakitləşdirməyə qismən nail olan Pertinaks qəflətən vurulan nizə zərbəsi ilə qətlə yetirilir. Sonradan hərbiçilər onun başını nizəyə keçirib bütun şəhər boyunca daşıyaraq düşərgələrinə gətirirlər.


Tarix: 05.03.2013 / 13:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 273 Bölmə: Dunya ve tarixi
loading...