beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bərkə xan

Bərkə xan (1257-1266) – Qızıl Orda xanı, Cuçi xanın oğlu, Cuçi xanın atası Monqol İmperiyasının banisi Çingiz xanın nəvəsi .

Həyatı

Batı xanın ölümündən sonra yerinə kiçik qardaşı Bərkə xan keçdi (1257). Bərkə xan öz adına sikkə basdırmaq surətiylə Qaraqorumla əlaqəsini kəsərək müstəqilliyini elan etdi. Ayrıca Yenisaray şəhərini təmir edərək yeni paytaxt yaratdı.

Bu sırada Çingiz xanın digər oğulları bir-biriylə anlaşmazlığa düşmüş, Böyük xaqanlıq taxtı üçün öz aralarında savaşmağa başlamışdılar. Bərkə xan bu durumu yaxşı dəyərləndirdi. Böyük xaqanlıq savaşında öncə Arık Buqayın tərəfini tutdu. Amma bu savaşdan Xubilay xan qalib çıxmışdı və bu üzdən Böyük xaqanlıqla əlaqəsi büsbütün kəsilmişdi.

Tarixi

Çingiz İmperatorluğunun bölünməsindən Xarəzm bölgəsinin Çığatay xana düşdü. Bu ölkə artıq Çığatay ölkəsi və ya Çığatay ulusu deyə anılırdı. İndi burada Algu xan hökm sürürdü. Bərkə xan, Azərbaycana yürüşə çıxdığı sırada Algu xan sərhədləri Qızıl Orda sərhədlərini aşacaq qədər genişlətmişdi. Bu üzdən araları açıldı. Savaşa hazırlaşdılar. Digər yandan Elxanlı hökmdarı Hülaku xan Qafqaza girincə, onlarla savaşmaq məcburiyyətində qaldı. Bu qardaş hökmdarların ikisi də zəngin Azərbaycan torpaqlarını əllərində tutmaq istəyirdi. Bu üzdən aralarında savaş çıxdı. Bərkə xan, Hülaku xanı tam məğlubiyyətə uğratdı.

Bərkə xanın Elxanlılarla savaşması, onun qıpçaq ölkələrindən gəlib Misirdə dövlət quran məmlüklərlə yaxınlaşmağa səbəb oldu.

Məmlük Sultanı Baybars ilə dosluq quran Bərkə xan, Bizansla da məşğul olmağa başladı. 1265-ci ildə qardaşıoğlu Nogayın başçılığında 20 min nəfərlik bir ordunu Dunayın şimalına adlatdı. Bizans ordusuna qalib gəldi və tamamiylə dağıtdı. Bu səfəri ilə İstanbulda əsir olan II Keykavusu da qurtararaq Kırıma götürdü.


Tarix: 03.03.2013 / 16:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 224 Bölmə: Dunya ve tarixi