Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Huyandi

Huyandi şanyü seçkilərlə hakimiyyətə gəlmiş bir hökmdar idi. Buna görə də əyanların əlində oyuncaq olaraq qalmışdı. Dövləti idarə edən Huluqunun həyat yoldaşı idi. Eramızdan əvvəl 83-cü ildə Hunlar bir Çin generalını öldürüb geri çəkilmişdilər. 3 il sonra şanyü böyük bir ordu ilə Çinə hücuma keçdi. Lakin məğlub olaraq geri döndü. Bir çox hun şahzadəsi Çinin tərəfinə keçərək üsyan etdilər. Sonraki illərdə şanyünün həyatı müharibələrlə keçdi. Çinlə müttəfiq olan Vusunlar Mete xaqanın dövründən bəri ilk dəfə Hunlara üsyan qaldırdılar. Şərqdən Vuhuan, qərbdən Vusun və cənubdan Çin ordusu ilə daim müharibə aparan hökmdar eramızdan əvvəl 68-ci ildə vəfat etdi.


Tarix: 02.03.2013 / 18:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Dunya ve tarixi
loading...