beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səbuk Təkin

Səbuk Təkin - (fars. ابو منصور سبکتگین‎) - Böri Təkindən sonra hökmdarlığa seçki ilə gələn 977-ci ildə taxta çıxan Qəznəvi hökmdarı.

Həyatı

942-ci ildə Qəznə şəhərində anadan olmuşdu [1]. 12 yaşında əsir alınaraq Hacı Nəsr adlı tacirə satılmışdı. Daha sonra Alp Təkin tərəfindən satın alınmışdı. Alp Təkin Samanilərə qarşı üsyan edəndən sonra onun qızı ilə evlənib sərkərdə olmuşdu. Əmir əl Üməra və Vəkili Mütləq titullarına layiq görülən Səbuk Təkin sonrakı sərkərdələrin hakimiyyəti dövründə Qəznəni qorudu.

Hakimiyyəti

977-ci ildə taxta çıxanda başqa bir Qəznəvi sərkərdə olan Toqan ona qarşı çıxdı. Səbuk Təkin onu məğlub edib Qəndəharı ələ keçirdi. Şahilər sülaləsinin nümayəndəsi Cayapalanın ordusunu məğlub edən onu vergi verməyə məcbur etdi. Vergi vermək istəməyən Cayapala digər hind knyazları ilə müttəfiq olub yenə döyüşsə də Səbuk Təkin bir daha qalib gələrək bütün Əfqanıstanı hindlilərin əlindən aldı. 944-cü ildə Samani hökmdarı II Nuha yardım edən Səbuk Təkin Nasirəddin titulunu aldı, oğlu Mahmud isə Xorasan hakimi vəzifəsi ilə Seyfəddövlə titulu aldı. Səbuk Təkin çox dindar və mövhumatçı biri idi. Alimləri həbs etdirir, elmin inkişafını bidət kimi görürdü. [2]. Onun müstəqilliyi Abbasi xəlifəsi tərəfindən tanındığı üçün Qəznəvilər sülaləsinin ilk nümayəndəsi kimi tanınır.

Ölümü

997-ci ildə Səbuk Təkin bir yürüşdə, Bəlxdən Qəznəyə gedən yolda xəstələnib öldü. Yerinə oğlu İsmayıl Qəznəvi keçdi.


Tarix: 01.03.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 209 Bölmə: Dunya ve tarixi